Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarında Novruz bayramı münasibəti ilə silsilə tədbirlər təşkil olunur. Bu münasibətlə mart ayının 16-da
Hacıqabul rayon “Pir Hüseyn” xanəgahı tarix-memarlıq qoruğunda keçirilən növbəti şənlikdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmiş və bayram tonqalı yandırılmışdır. Tədbir keçirilən məkan milli ornamentlər və Novruz bayramına aid atributlar ilə bəzədilmişdir. Hacıqabul rayon Milli Qəhrəman Mübariz İbrahimov adına İdman və Sağlamlıq Mərkəzinin yetirmələri öz fəaliyyətlərini nümayiş etdirdilər. Bahar libaslarını geyinmiş körpələr bayram sovqatları ilə tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qoruqlarla iş, tarix-mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun baş məsləhətçisi Şahin Şahbazov, Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi Hacıqabul rayon şöbəsinin müdiri Elnur Əmiraslanov, Hacıqabul rayon Mühafizə idarəsinin rəisi Müşviq Tanarverdiyev, Hacıqabul rayon Gənclər və Turizm idarəsinin müdiri Saleh Ələsgərov, eləcə də rayonda fəaliyyət göstərən idarə və təşkilatların nümayəndələri iştirak etmişlər. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkilmişdir.