Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “15 iyun Milli Qurtuluş günü” nə həsr olunmuş konsert baş tutdu
1795
14.06.2018
14.06.2018 03:45
14 iyun tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “15 iyun Milli Qurtuluş günü” nə həsr olunmuş konsert baş tutdu. Konsert məktəbin orkestr alətləri şöbəsi tərəfindən həyata keçirildi. Nəzəriyyə və Orkestr şöbəsinin müəllimi Reqina Məcidova konserti açıq elan edərək, geniş mühazirə söylədi. Daha sonra isə musiqi nömrələrinə keçid verildi. Orkestr alətləri şöbəsinin müxtəlif sinif şagirdləri Qara Qarayevin əsərlərinin yüksək səviyyədə ifa etdilər. Eləcə də görkəmli bəstəkar, SSRİ Xalq artisti Qara Qarayevin yaradıcılığı haqqında ətraflı məruzə olundu.