Sentyabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Dövlət Fortepiano Triosunun konsert proqramı təqdim olunub.
“Qarabağa gedən yol” adlı musiqi layihəsi Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.
Konsertdə gənc solistlər Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (violin), Səbinə İbrahimova (cello), Gülnaz İsmayılova (soprano) bir-birindən parlaq ifalar təqdim ediblər. Vətən sevgisini tərənnüm edən bəstələrin təqdim olunduğu konsert proqramı maraqla qarışlanıb.
Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival sentyabrın 26-dək davam edəcək. Festivalda Türkiyə, ABŞ, İtaliya, Rusiya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər maraqlı konsert proqramları təqdim edirlər.