Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxana “Açıq kitabxana” layihəsi çərçivəsində kitab sərgisi təşkil edib
3080
13.10.2017
13.10.2017 05:47
12 oktyabr 2017-ci il tarixdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qazaxda keçirilən seminar-müşavirə günündə Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxana “Açıq kitabxana” layihəsi çərçivəsində Mədəniyyət Mərkəzinin qarşısında açıq havada kitab sərgisi təşkil edib. Gün ərzində keçirilən tədbirdə “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi”, “Hüseyn Cavid-135”, “Xəlil Rza Ulutürk-85”, “Milli Qəhrəmanlar Zirvəsi”, “Aşıq ədəbiyyatı”, “Yeni kitablar” başlıqlarda kitab sərgiləri təşkil olunub. Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyevin iştirak etdiyi 260 nüsxədən çox kitabın nümayiş olunduğu sərgi geniş oxucu marağına səbəb olub.