Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2551

“Açıq kitabxana” layihəsi çərçivəsində kitab sərgisi təşkil edib

21 may 2018-ci il tarixdə Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları  “Açıq kitabxana” layihəsi çərçivəsində kitabxanın qarşısında kitab sərgisi təşkil edib.

Tədbirin əsas məqsədi kitabxanalara yeni oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaqdır. "Açıq kitabxana" adlanan layihəyə əsasən kitabxanadakı müxtəlif mövzulu nəşrlər sərgilənib. Böyük maraqla qarşılanan tədbirdə “Tarixin Azərbaycanlı Dahisi",  "Azərbaycan tarixi", "Uşaq ədəbiyyatı", "Yeni kitablar", “2018-ci il Azərbaycan Xalq Cumhuriyyəti İli", "Şəhidlər ölməz, vətən bölünməz"adlı sərgilərdə  tariximizə və vətənpərvərliyə dair kitablar nümayiş olunub. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb.

İştirakçılar tədbir barədə fikirlərini bildirərək vurğulayıblar ki, "Mütaliə hər bir insanın həyatında önəmli yer tutur, onun dünyagörüşünün formalaşmasında, peşə vərdişlərinin əldə olunmasında böyük rol oynayır. Bu baxımdan tədbir olduqca maraqlıdır.”

1 saylı kitabxana filialın müdiri Tamam Cəfərova çıxış edərək, müasir dövrdə gənclərin mütaliədən və kitabdan uzaq düşməməsi üçün kitabxanaların daha məsuliyyətlə işləməsinə və oxucu sayının artmasına stimul verən, belə tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib. Tədbir zamanı kitabxanaya xeyli sayda yeni oxucular  üzv yazılıb.

Fəal oxucular Ulu Öndərə, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb