Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4465

Qəbələ rayon üzrə “Pilot layihəsi” çərçivəsində tədbirlər davam edir

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin  Qəbələ rayon üzrə “Pilot layihəsi” çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz rayonun mədəniyyət müəssisələrin tanıdılması, əhalinin maarifləndirilməsi, oxucu kontingentinin genişləndirilməsinə yönəlmiş silsilə tədbirlər təşkil etməyə davam edir.

Layihə çərçivəsində “Gələcəyin üçün oxu” şüarı altında kitab oxumaq ənənələrinin bərpası məqsədi ilə martın 14-də Qəbələ rayonun Bum qəsəbə ümumi orta məktəbində görüş, martın 15-də isə Tikanlı kənd tam orta  məktəbində  “Azərbaycan mədəniyyəti” mövzusunda açıq dərs keçirilmişdir.

Təşkil olunmuş tədbirlərdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin Qəbələ rayon üzrə nümayəndəsi Nargilə Qafarova, Qəbələ rayon Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev, Qəbələ rayon MKS-nin direktoru Anar Rüstəmli, Bum qəsəbə ümumi orta məktəbin direktoru Məlahət Dadaşova, Tikanlı kənd tam orta məktəbinin direktoru Nurəhməd Məmmədcanov, Mərkəzin əməkdaşları və yerli ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Bum qəsəbə ümumi orta məktəb və Tikanlı kənd tam orta məktəbində təşkil olunmuş tədbirlərdə şagirdləri həvəsləndirmək məqsədi ilə onlar arasında viktorina keçirilmişdir. Tədbir çərçivəsində iştirakçılara və viktorina qaliblərinə sertifikat verilmiş,  məktəblərə  müxtəlif janrları əhatə edən kitablar və “Qarabağ silsiləsi” layihəsindən “Qarabağ mifləri” toplusu hədiyyə edilmişdir.

Mərkəzin direktoru Asif Usubəliyev öz çıxışında kitab oxuma  dəbinin bərpa olunması zəruriliyini vurğulamışdır.

Mərkəzin əməkdaşları Məzahir Qarayev, Nurəddin Babazadə, Elnarə Hacıyeva və Ceyhun Əhmədov Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında məlumat vermiş, kitabxanaların fəaliyyətini, mütaliəyə marağın artırılmasını, kitab oxuma mədəniyyətinin əhəmiyyətini vurğulamış, Azərbaycan mədəni irsi, o cümlədən YUNESKO-nun mədəni irs siyahısına daxil olmuş maddi və qeyri-maddi mədəni irs nümunələri haqqında maraqlı və maarifləndirici məruzələrlə çıxış etmişlər.

Hər iki tədbir iştirakçıları arasında kitab oxuma ənənələrinin bərpası, mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara marağın artırılması haqqında fikir mübadiləsi aparılmışdır. Daha sonra ibtidai sinif şagirdləri tərəfindən hazırlanmış ədəbi kompozisiya, mahnı və rəqs nömrələri təqdim olunmuşdur.

 Qəbələ rayon kənd və qəsəbə məktəblərində təşkil olunmuş görüş və açıq dərsdə  müəllimlər heyəti, yerli ictimaiyyət nümayəndələri və sakinlər Nazirliyin sözügedən layihəsini yüksək qiymətləndirmiş və uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət edən layihə olduğunu bildirmişlər.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi