Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi
1299
10.12.2018
10.12.2018 10:38
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə əməkdaşlar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət etmişlər. İlk öncə Ulu öndərin
məzarı üstə gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər. Ziyarət zamanı Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova Ulu Öndərin məzarı önündə nitq söyləyərək bildirmişdi ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur. Bu dahi şəxsiyyət tarixi yazan və yaradan, onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər insan idi.Sonra Kompleks əməkdaşları görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.
Həmin gün Kompleks əməkdaşları son illərin ən gözəl memarlıq nümunələrindən biri sayılan Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinin ümummilli liderin Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olmuşlar.