Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2257

Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir

Quba “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin 20-yə yaxın əməkdaşı üçün Şamaxı “Cümə Məscidi”, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna, Kiş kəndindəki “Alban məbədi” qoruğuna, Qəbələ Dövlət Tarix Bədii Qoruğuna səfərlər təşkil edilmişdir.  

İlkin olaraq Kompleksin əməkdaşları çoxəsrli yaşa malik Şamaxıda yerləşən “Cümə məscidi”ni ziyarət etmişlər. Burada qonaqları tarixçi Fariz Xəlilbəyli qarşılayaraq 800 illik tarixə malik olan Şamaxı “Cümə Məscidi” haqqında məlumat verdi. O, qeyd etdi ki, digər müsəlman ibadətgahları kimi Cümə Məscididə 1918-ci ildə erməni vandalizminin qurbanı olmuş və tamamilə yandırılmışdır. 2013-cü ildə Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilmişdir. Qeyd edək ki, Memorial Kompleksdə Cümə məscidinin həmin dövrə aid fotoşəkilləri mövcuddur.

***

Daha sonra Kompleksin əməkdaşları Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayını ziyarət ediblər. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva qonaqları salamlayaraq, qoruğun özəlliklərindən bəhs etdi. O vurğuladı ki, qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır. Səfər zamanı təşkil olunan dəyirmi masada Kompleks əməkdaşları və Xan Sarayı kollektivi arasında əməkdaşlıq haqqında fikir mübadiləsi edildi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

***

Səfər zamanı əməkdaşlar Kiş Tarixi-Memarlıq Qoruğuna da baş çəkdilər. Qoruğun direktoru İlhamə Hüseynova qarşılamış və təşkil olunmuş əməkdaşlığın əhəmiyyətindən danışaraq bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğuladı. Daha sonra məbədin tarixi haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. İlin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biri də Kiş kəndində yerləşən qədim alban məbədidir. Eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilkgümbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə “Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü qoyulub.

***

Səfərin yekununda “Qəbələ Qalası” ziyarət edildi. Qonaqları qoruğun direktoru Bəhruz Şərifov qarşılayaraq qədim tarixə malik möhtəşəm qalanın tarixi haqqında geniş məlumat verdi. Daha sonra mövzuya aid film izlənildi və sonda xatirə şəkli çəkdirildi.

Səfər çərçivəsində əməkdaşlar arasında təcrübə mübadiləsinin olması, işin günün tələblərinə uyğun qurulmasına, işin səmərəliliyinin və yaradıcı baxışın formalaşmasına müsbət təsir göstərmişdir. Qoruq əməkdaşları arasında iş mübadiləsinin olması, təcrübəli qoruq işçiləri ilə tanışlıq, təmas və məsləhətləşmələr gənc mütəxəssislərin iş prosesində yaranan bir sıra kiçik nöqsanların aradan qaldırılmasına köməklik göstərəcəkdir.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb