Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
752

Qubada keçirilən beynəlxalq simpoziuma beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı qatılıb

Sentyabrın 13-də Quba Soyqırımı Memorial Kompleksində işinə başlayan “Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumunda beş ölkədən 50-yə yaxın alim və tədqiqatçı iştirak edir.

İki gün davam edəcək simpozium Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir.

Simpoziumun iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzərək, xatirələrini ehtiramla anıblar.

Daha sonra tədbir iştirakçıları kompleksdə Azərbaycanın, o cümlədən Qubanın tarixinə aid və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin çap etdirdiyi kitablardan, həmçinin Quba xalçalarından və “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun kəlağayılarından ibarət sərgilərlə tanış olublar.

“Tarixi Yerlər və Abidələr” I Beynəlxalq Quba Simpoziumu plenar iclasla davam edib.

Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova bildirib ki, simpoziumun keçirilməsinin əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək verməkdir.

Tədbirin Quba Soyqırımı Memorial Kompleksində keçirilməsinin əsas səbəbi bu məkanın türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz olması və ilk Cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırımına məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerin burada yerləşməsi ilə əlaqədardır.

Diqqətə çatdırılıb ki, 1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Həmin gün Bakı erməni-bolşevik işğalından azad edilib. 1918-ci ilin ilk möhtəşəm və tarixi hadisəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması idisə, ikincisi Bakının işğaldan azad olunması idi. Bakının azad olunması ilə Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi. Simpoziumun qeyd olunan tarixi hadisənin 101-ci illiyi ərəfəsində təşkili bu tarixi günü bir daha yada salmaq, xatırlamaq məqsədi daşıyır.

Simpoziumda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi, tanınmış Nəsimi və hürufilik tədqiqatçısı professor Fatih Usluer məruzələrlə çıxış ediblər.

Sentyabrın 14-də yekunlaşacaq simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və Omandan olan alimlərin məruzələri dinləniləcək.

Tədbirin sonunda qonaqlar Qubanın görməli yerləri ilə tanış olacaqlar.

Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Quba Soyqırımı Memorial Kompleksi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən inşa olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Kompleks 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.

Xüsusi memarlıq üslubu ilə seçilən kompleks istifadəyə verildiyi gündən dünyanın müxtəlif ölkələrindən minlərlə ziyarətçi qəbul edib.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir