23.01.2019 03:54
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanası “Kitabxanaçı tövsiyə edir” layihəsinə başlayıb.
Layihə çərçivəsində məşhur irland yazıçısı Conatan Sviftin “Qulliverin səyahəti” romanı əsasında videoçarx hazırlanıb.
Qeyd edək ki, roman Conatan Sviftin ən məşhur əsəridir. Fantastik macəralar fonunda İngiltərənin sosial-siyasi mənzərəsini əks etdirən bu əsər artıq üç əsrə yaxındır ki, həm balacalar, həm də böyüklər tərəfindən sevilə-sevilə oxunur.