Qusar Dövlət Ləzgi Dram Teatrı Xaçmazda “Hərənin öz ulduzu” adlı tamaşa ilə çıxış edib
1586
08.11.2018
08.11.2018 07:51
7 noyabr 2018-ci il tarixində Xaçmaz Heydər Əliyev Mərkəzində Qusar Dövlət Ləzgi Dram Teatrı tərəfindən İsi Məlikzadənin əsəri əsasında hazırlanmış “Hərənin öz ulduzu” adlı tamaşa nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru Laləzar Hüseynova, quruluşçu rəssam Marina Mahmudova, musiqi tərtibatçısı Şaik Qardaşovdur.
Tamaşadan öncə tamaşaçılar Mərkəzin foyesində təşkil edilmiş sərgi ilə tanış olmuşdur.