Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1044

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 138-ci mövsümünü R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb.

Səhnə əsərinin nümayişindən əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev çıxış edərək teatrın ötən mövsümdə qazandığı yaradıcılıq uğurlarından, yeni mövsümdə teatrsevərlərə təqdim olunacaq tamaşalardan, premyeralardan, 101 il əvvəl Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni daşnaqlarından və rus bolşeviklərindən azad etdiyi günün tarixindən danışıb. Qeyd edib ki, mövsüm açılışı 15 sentyabr tarixinə ona görə təyin edilib ki, həmin əsərdə Nuru Paşanın bədii obrazı da yer alıb. Ümumiyyətlə, əsər həmin tarixi və o dövrdə baş verən hadisələri əhatə edir.

Tədbirdə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və Türkiyədən dəvət olunmuş Anadolu Aydınlar Ocağının başqanı, professor İbrahim Öztək çıxışlarında İrəvan Teatrının kollektivini yeni mövsüm münasibətilə təbrik edib, onlara səhnə fəaliyyətlərində uğurlar arzulayıblar. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni daşnaqlarından və rus bolşeviklərindən azad etməsindən danışıblar.

Sonra “Soyqırımı tarixinin dastanı” tamaşası nümayiş olunub.

Səhnə əsərində ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər, xüsusi amansızlıqla diri-diri yandırılan türklərin, kürəyinə qaynar samovar bağlanaraq susdurulan Aşıq Nəcəfin acı taleyi, qadınların və uşaqların ah-naləsi və digər vəhşiliklər öz əksini tapıb. Çətin məqamlarda Nuru Paşanın türk bayrağı altında qoşunu ilə Azərbaycana gəlişi, Milli Qəhrəmanımız Mübariz İbrahimovun nəşinin Vətənə gətirilməsi səhnələri və Prezident İlham Əliyevin o zaman dediyi “Biz hər birimiz torpaqlarımızın azadlığı uğrunda şəhid olmağa hazırıq, təki Vətən sağ olsun!” sözlərinin səsləndirilməsi tamaşaçılara böyük ruh yüksəkliyi bəxş edib.

Tamaşanın quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqrafı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, bəstəkarı Muxtar Abseynov, rejissor assistenti Bəhruz Hikmətoğlu, musiqi tərtibatçısı Çingiz Xəlilovdur.

Rollarda aktyorlar Natiq Həziyev, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Müdvər Nemətova, Sevinc Hüseynova, Ruhiyyə Eyvazova, Bəhruz Hikmətoğlu, Güney Əliyeva, Rövşən Cəfərov, Arzuman Tanrıverdi, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Məmmədova, Anar Buludov və Zəki Fətəliyev çıxış ediblər.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir