Sabirabad rayon Mədəniyyət Mərkəzində 21 yanvar 2019-cu il tarix
ində Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilmişdir.İclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin direktorları iştirak etmişdir. İclası giriş sözü açan ilə Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov yeni ildə qarşıda duran vəzifələr barədə söhbət açaraq 2019-cu ildə görüləcək işlər haqqında məruzə ilə çıxış etmişdir. Çıxışında Mədəniyyət Nazirliyi rəhbərliyinin tövsiyə və tapşırıqlarını müəssisə rəhbərlərinə çatdıraraq, xüsusilə sosial şəbəkələrdə fəaliyyətin artırılması və mətbuat xidməti ilə əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd etmişdir.
Şura iclasında Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar müəssisə rəhbərlərinə Nəsiminin həyat və yaradıcılığının təbliği istiqamətində silsilə tədbirlər keçrilmələri barədə tapşırıqlar verilmişdir. İclasda idarənin Sabirabad, Saatlı, Hacıqabul, rayonları Şirvan şəhər üzrə məsləhətçilərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.