Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
374

Sabirabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar yanvarın 15-də Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş foto və stendlərdən hazırlanmış guşə qarşısında tədbir keçirilmişdir. Tədbirdə Sabirabad Regional Mədəniyyət İdarəsinin, Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi və dərnək və kurs üzvləri iştirak edib.

Əvvəlcə Azərbaycanın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, Sabirabad rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Şükufə Əsgərova və Sabirabad Dövlət Sosial İqtisad Kollecinin müəllimi Səidə Hüseynova çıxışlar edərək, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdiyini, lakin iradənin sınmadığı və milli ruhu sarsılmadığını, həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdığını qeyd ediblər.

Sonda tədbir  iştirakçıları 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş foto və stendlərdən hazırlanmış guşəyə baxış keçiriblər.

*      *      *

Yanvarın 16-da Sabirabad Regional Mədəniyyət İdarəsinin kollektivi Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuş və “20 Yanvar şəhidi” adını almış Zəbulla Xeyrulla oğlu Əliyevin məzarını ziyarət edib.

Məlumat üçün qeyd edək ki, Zəbulla Xeyrulla oğlu Əliyev 1946-cı il martın 6-da Sabirabad rayonunun Kürkəndi kəndində anadan olmuşdur. Bakı şəhərində 1 nömrəli tikiş fabrikində sürücü işləyib. Beş uşaq atası olub. Zəbulla Əliyev yanvarın 20-də vəfat edib. Anadan olduğu kənddə dəfn edilib.

Sabirabad rayonunun küçələrindən biri Zəbulla Xeyrulla oğlunun Əliyevin adını daşıyır. Zəbulla Xeyrulla oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli fərmanı ilə ölümündən sonra “20 Yanvar şəhidi adı verilmişdir.                                                                                                                                                                                

XƏBƏRLƏR

27.02.2020 09:11
Milli Qəhrəmanımıza həsr edilən “Ulu türkün Təbrizi” sənədli filmi təqdim olunub
26.02.2020 15:47
Regionlarda fəaliyyət göstərən mədəniyyət ocaqlarında Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilib
26.02.2020 15:06
Qəbələ qoruğunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub
26.02.2020 14:27
Sumqayıtın mədəniyyət müəssisələrində Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib
26.02.2020 14:24
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir
26.02.2020 10:36
Tanınmış pianoçu Adilə Əliyevanın ustad dərsləri keçiriləcək
26.02.2020 09:42
“Söz” ədəbi layihəsinin növbəti tədbiri Xocalıya ithaf edilib
26.02.2020 09:35
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
26.02.2020 09:33
“Xocalı ağrısı” tədbirində soyqırımı gecəsində baş verənlər xatırlanıb
26.02.2020 09:29
Məktəblilər Xocalı faciəsinə həsr olunan kompozisiya ilə çıxış ediblər
26.02.2020 09:25
Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır
25.02.2020 14:59
Beşinci Buktreyler Festivalında iştirak üçün 8 addım
25.02.2020 14:24
Vətəndaşların təklifləri mədəniyyətin inkişafına həssas münasibətdən xəbər verir
25.02.2020 14:09
Milli Kitabxanada “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisi açılıb
25.02.2020 14:00
Özbəkistanda Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyi ilə bağlı tədbirlər keçiriləcək
25.02.2020 13:57
“Xocalı-şəhid şəhər” rəsm müsabiqəsinin yekun sərgisi açılıb
25.02.2020 12:17
Mədəniyyət naziri Masallı rayonunda vətəndaşlarla görüşüb
25.02.2020 12:09
Xocalı faciəsini unutmayaq!
25.02.2020 12:09
“Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə səhnədə
25.02.2020 10:16
Vokalçıların Müslüm Maqomayev adına VI beynəlxalq müsabiqəsinə ərizə qəbulu başlayıb
25.02.2020 09:45
İstanbulda “Cəhənnəmdə 8 gün” teatr tamaşasının premyerası olub
25.02.2020 09:29
Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə. Tarixin səhifələri” kitabının təqdimatı olub