14.03.2019 11:42
Siyəzən rayon Uşaq İncəsənət Məktəbində görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyinə həsr olunmuş tədbir "Əsərlərin musiqili sehri" adlanırdı.
İlk öncə rayon incəsənət məktəbinin direktoru Rəhim Bağırov, habelə məktəbin müəllimləri bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verərək öz fikirlərini bildirdilər. Tədbirdə İncəsənət Məktəbinin müəllim və şagird kollektivi iştirak edirdi.
Daha sonra şagirdlərin ifasında bəstəkarın əsərləri ifa olunmuşdur. Şagirdlərin ifası tədbir iştirakçıların xüsusi marağına səbəb olmuşdur.