Sumqayıt Dövlət Dram Teatrı Novruz bayramı günlərində kiçik yaşlı tamaşaçıları sevindirəcək
2386
18.03.2019
18.03.2019 03:26
Sumqayıt Dövlət Dram Teatrı
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası ilə kiçik yaşlı tamaşaçıları sevindirəcək. Novruz elementləri ilə fərqli çalarda hazırlanan nağıl-tamaşada gənc və istedadlı aktyorlar yer alır. Səhnə əsərində obrazları Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov canlandırır.Məlumat üçün bildirək ki, bayram tamaşaları 20-25 mart hər gün 3 (21, 22, 23 mart 4 seans ) seans olmaqla saat 11:00, 13:00, 15:00, 17:00-da nümayiş olunacaq.