Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1376

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib

Sumqayıt Dövlət Dram Teatrında görkəmli yazıçı-dramaturq Frans Kafkanın “Hökm” əsərinin səhnə versiyasına daxili baxış keçirilib. Dostluğu, xəyanət, ruhun mübarizəsi, ata-oğul münasibətləri kimi bəşəri mövzuları özündə ehtiva edən psixoloji drama əməkdar artist, istedadlı aktyor və rejissor Namis Şirməmmədovun quruluşunda təqdim olunub.

Əsərin qəhrəmanı Georq Bentmandır. Hadisələr onun dostu, qadını və oğluna ölüm hökmü kəsən ata ətrafında cərəyn edir.

İstedadlı aktyorlar Habil Xanlarov, Vəfa Qurbanova, Rövşən Əsgərov,Siyavuş Mahmudov  maraqlı oyun nümayiş etdiriblər.

Rejissor traktovkasını psixoloji gərginliyi anlada bilən musiqi tərtibatı və dramaturgiyaya xidmət edən bədii dekorasiya tamamlayır. Quruluşçu rejissor Namis Şirməmmədov dramatizmi, faciənin miqyasını, obrazların mürəkkəb daxili strukturunu  Xeyir və Şər münasibətlərində məharətlə aydınlada bilib.

Atanın oğluna kəsdiyi ölüm hökmünün dramaturgiyasını ağlı-qaralı rəngləri ilə tamaşaçıya çatdırmağı bacaran quruluşçu rejissorun hökmü isə ümumilikdə müsbət qiymətləndirilib.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İslam Həsənov, baş rejissor, əməkdar artist Firudin Məhərrəmov, rejissor Vasif Məmmədov, əməkdar artist İzaməddin Bağırov, Sədaqət Nuriyeva və başqaları tamaşa haqqında rəylərini bildirdilər.

Sonda tamaşanın quruluşçu rejissoru, əməkdar artist Namis Şirməmmədov Kafka kimi qüdrətli bir sənətkara müraciət etməyin məsuliyyətini bütün yaradıcılıq prosesində duyduğunu söylədi və tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi