20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Sumqayıt Dövlət Dram Teatrında N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə vətənpərvərlik mövzusunda tamaşa nümayiş edildi.
Tamaşadan öncə teatrın direktoru Mübariz Həmidov xalqmızın mücadilə tarixində önəmli rol oynamış 20 Yanvar faciəsinin əhəmiyyətindən danışdı. Teatrın repertuarında tarixi əsərlərə bundan sonra da geniş yer veriləcəyini söylədi. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Namis Şirməmmədov, truppa müdiri Zöhrəli Əliyev çıxış edərək səhnə əsərinin bədii məziyyətlərindən və tərbiyəvi rolundan söz açdı.
Daha sonra görkəmli yazıçı-dramaturq Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası nümayiş edildi.
* * *
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.