Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3532

Sumqayıt Regional Mədəniyyət idarəsinin şəbəkəsinə daxil olan uşaq incəsənət və musiqi məktəblərində silsilə tədbirlər keçirilib

Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin kollektivi Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində konsert proqramı ilə çıxış edib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub. Məktəbin müəllimlər ansamblı, şagirdlərdən ibarət nağaraçalanlar ansamblının və xor kollektivinin ifası,  Qarabağ şikəstəsi, eləcə də, F.Əmirov (Prelüd №2), T.Quliyev (Rəqs), M.Heydərqızı (İlk beşiyim), Ə.Məmmədov (Mənim Azərbaycanım), A.Gəray (Şahnazsayağı), A.Səmədzadə (Azərbaycan), İ.Abdullayev (Payız), P.Bülbüloğlunun (Zəng et), İ.S.Bax (Zarafat), D.Kramer (Rəqs edən skripkaçı), Qranados (Pyes), Şopenin (Vals), əsərləri, tədbir iştirakçlları tərəfindən maraqla dinlənilib. Tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək artıq  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə start verildiyini, şəhərimizdə geniş konsert proqramının təşkil olunacağını bildirib. İdarə rəisi regional tədbirlər çərçivəsində keçiriən konsertlərin birgə fəaliyyətdə mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Sumqayıt şəhər S.Rüstəmov adına Uşaq İncəsənət Məktəbində xor siniflərinin konserti keçirilib. Konsertdə məktəbin böyük xorunun ifasında Ü.Hacıbəyovun “Azərbaycan Dövlət Himni”, S.Kəriminin “Azərbaycan uşaqlarının himni”, N.Mirməmmədlinin “Salam III era” (dirijor Könül Mütəllimova), məktəbin kiçik xorunun ifasında R.Şəfəqin “Doğma Vətən”, O.Zülfüqarovun “Təndir çörəyi” (dirijor Yeganə Rəhimova), Ə.Sadıqovun  “İlhamlı səhərlərim”, S.Ağayevanın “Əziz müəllimim” (dirijor Nuranə Əhmədova), C.Zülfüqarovun “Vətən hissi”, A.Dadaşovun “Ana torpaq” (dirijor Sevinc Muradova) və məktəbin şagirdlərdən ibarət xaq çalğı alətlərinin ansamblının ifasında “Heyratı” ritmik müğamı (ifaçılar: Əliyeva Rövşanə, Ağayev Rəvan və Nuruşov Namiq) dinlənilib. Konsertin sonunda Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov çıxış edərək iştirakçıları təbrik edib və fəqrənən müəllim və şagirdləri Fəxri Fərmanla tətif edib.

Q.Qarayev adına Uşaq Musiqi məktəbinin fortepano şöbəsinin şagirdləri Sumqayıt şəhər Musiqi kollcində konsert proqramı ilə çıxış edib. Konsertdə Esmira Əliyeva, Tamilla Qasımova, Sevda Məcidova, Təranə Kərimova, İradə Bədəlova, Sevda Ələkbərli, Lalə Qocayevanın şagirdləri Azərbaycan, rus və avropa bəstəkarlarının əsərlərini müvəffəqiyyətlə ifa ediblər.Konsertin sonunda Musiqi kollecinin fortepiano şöbəsinin müdiri Təranə Əliyeva çıxış edərək ifaçılara və onların müəllimlərinə minnətdarlığını bildirib və bu konsertlərin davamlı olmasını arzulayıb.

Q.Qarayev adına uşaq misiq məktəbində daha bir tədbir Hacı Xanməmmədovun 100 illik yubileyi münasibətilə keçirilib. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlərinin ifasında bəstəkarın əsərləri ifa olunub.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib