Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1643

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilir

Sumqayıt şəhər  Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları kitabxanada təşkil edilmiş "yay məktəbi"nin fəal üzvlərinin iştirakı ilə 40 saylı xüsusi təyinatlı nitqi qüsurlu “Lisan” Körpələr evi-uşaq bağçasında səhərcik təşkil ediblər. Tədbiri giriş sözü ilə açan kitabxananın əməkdaşı Leyla Mahmudova balaca fidanları nağıl qəhrəmanları ilə  tanış edib.  Nağıl qəhrəmanlarından “Buratino”, “Maşa” və yay məktəbinin fəal üzvləri özlərini təqdim edərək təmsil etdikləri nağıllardan parçalar nəql edib, şeirlər söyləyiblər. “Yay məktəbinin” fəal üzvü Aytac Vəlizadənin ifasında  pianoda Qara Qarayevin “Altı uşaq pyesi”i,  Mircəfər Zəkizadə, Məryəm Əsədzadə və Aytac Vəlizadənin ifasında “O olmasın, bu olsun” operettasından parça balacalar tərəfindən maraqla qarşılanıb.  Kitabxananın əməkdaşı Leyla Mahmudovanın ifasında  “Qoğal” rus nağılı və V.Suteyevin “Kim “myau” dedi” nağılı əsasında hazırladığı kukla tamaşası nümayiş etdirilib. Nağıl qəhrəmanları ilə dostlaşmış fidanlar rəqs edib, şeir söyləyib, tapmacaları cavablandırıblar.

Sumqayıt şəhər Dənizkənarı Bulvarda əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Qubadlı rayon Mədəniyyət evi və  Mahmudlu kənd Mədəniyyət evi birgə konsert təşkil edib. Tədbirdə Mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin ifasında rəngarəng rəqslər, musiqilər, səhnəciklər təqdim olunmuş və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb