Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3883

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinində keçirilən tədbirdə 31 və Abşeron rayon Saray kəndinin 3 saylı orta məktəbinin şagirdləri iştirak edib. Tədbirdə “Qanunun Aliliyi  Hüquq  Resurs Mərkəzi” nin əməkdaşı hüquqşünas Ruslan Mustafazadə çıxış edərək uşaqların cəmiyyətdə müdafiə olunması, sağlamlıqlarının qorunması, müstəqil həyata hazırlanması ilə bağlı fikirlərini bildirib.  Uşaqların yüksək keyfiyyətlər–ləyaqət, azadlıq, vətənpərvərlik, həmrəylik, bərabərlik ruhunda tərbiyə olunmasının vacibliyini bildirən hüquqşünas onların yaşaması və inkişafı üçün zəruri olan şəxsi toxunulmazlıq, iqtisadi, mədəni, sosial hüquqlara malik olması istiqamətində dövlətin və valideynlərin qarşısında duran əsas vəzifələrdən söhbət açıb. Ruslan Musatafazadə eyni zamanda uşaqların cəmiyyətdə davranış qaydalarına əməl etməsi, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olması, biliklərə yiyələnməsi, özünü faydalı əməyə hazırlaması, valideynlərinə, xalqına, onun adət-ənənələrinə hörmətlə yanaşması, ətraf mühiti, tarix və mədəniyyət abidələrini qoruması və s.kimi əsas vəzifələrindən bəhs edib, uşaqları maraqlandıran  sualları  cavablandırıb.Görüşdə “Hüquqlarımızı bilirikmi” başlığı altında sərgi nümayiş olunub.

Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə “Pepe” və 7 saylı uşaq bağçalarının kiçik və orta yaşlı uşaqları üçün “Narbala” kukla tetarının ifasında “Dovşanın evi” tamaşası göstərilib. Tamaşada nağıl qəhrəmanlarını Mətanət Əmrullayeva, Vəfa Qurbanova, İlqar İbrahimov canlandırıb. Tamaşaya maraqla baxan uşaqlar sonda nağıl qəhrəmaları ilə rəqs edib, xatirə şəkli çəkdiriblər.

Abşeron rayonu Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində tədbir keçiriliən tədbirdə məktəbin nəzəriyyə, rəqs, fotepiano, nağara, xalq çalğı alətləri şöbələrinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Rəqs şöbəsi şagirdlərinin ifasında Azərbaycan milli rəqsləri maraqla izlənilib. Tədbirdə həmçinin məktəbin rəsm şöbəsi şagirdlərinin rəsm işləri nümayiş olunub.

 

 

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi