Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1951

Sumqayıt şəhər Poeziya Evində Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib

Sumqayıt şəhər Poeziya Evində Nizami Gəncəvi adına kitabxana Klubun təşkilatçılığı ilə Aprel şəhidi manqa komandiri Əbdülməcid Axundovun xatirə günü keçirilib.

Tədbirdə şəhid ailələri, Qarabağ qaziləri, ziyalılar, şəhidin müəllimləri, yaxınları və digər qonaqlar iştirak ediblər.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tədbirə qatılaraq çıxış edib. O bildirib ki, bütün şəhidlər bizim üçün əzizdir və onların xatirəsini yad etmək bizim borcumuzdur. Belə tədbirlərin keçirilməsi şəhid ailələrinə ruh verməklə yanaşı, uşaqların və gənc nəslin vətənpərvər ruhda böyüməsinə təkan verir. Biz inanırıq ki, tezliklə qələbə qazanmaqla onların da ruhunu sevindirəcəyik deyən idarə rəisi şəhid ailələrinə sevgi və hörmətini ifadə edib. 

Daha sonra Qarabağ qazisi Rüxsarə Cumayeva, Azərbaycan Diasporunun Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov, Yazıçı publisist  Aida Eyvazlı, şair əşrəf Veysəlli, şəhidin müəlliməsi Nazilə Əsgərova çıxış ediblər.

Tədbirdə kitabxananın oxucuları Nüsrət Ağazadə, Nigar Mehtiyeva, Nəzakət Rzayevanın ifasında şəhidin xatirəsinə həsr olunmuş şeirlər, o cümlədən Fikrət Əmirov adına Uşaq Musiqi Məktəbinin muğam üçlüyünün, gənc müğənni  İlkin Əlizadənin ifası təsirli anlar yaşadıb.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib. Oğlu Əbdülməcidlə qurur duyduğunu deyən Ceyran xanım onunla bağlı xatirələrini bölüşüb. Şəhid ailələrinin maddi dəstəyə deyil, daha çox mənəvi dəstəyə ehtiyacı olduğunu qeyd edən şəhid anası belə tədbirlərin keçirilməsinin onlara mənəvi ruh verdiyini bildirib.

Sonda tədbir iştirakçıları şəhid Əbdülməcid Axundovun şəxsi əşyalarından və fotolarından ibarət sərgi ilə yaxından tanış olublar.

Tədbirdən sonra şəhidin məzarı ziyarət olunub.

S.Vurğun adına Mərkəzi Kitabxanada keçirilən tədbirdə Qarabağ müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadə, MKS-in direktoru Yeganə Əhmədova, Metodika-biblioqrafiya şöbəsinin metodisti Natəvan Axundzadə və 16 saylı məktəbin müəllimi Sevil Behbudovanın çıxışları maraqla dinlənilib, şəhidə həsr olunmuş video-çarx izlənilib.

Daha sonra kitabxananın oxucuları Tuncay Hüseynov və Tahir Rzayev şəhidlərə həsr olunmuş şeirlər ifa ediblər.

Tədbir meyxanaçı Ədalət Dağlının ifası ilə sona yetib.

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin M.Ə.Rəsulzadə adına kitabxana filialı ilə birlikdə “Şərəf, qeyrət, ucalıq” adlı hərbi vətənpərvərlik mövzusunda keçirdiyi şeir müsabiqəsində Sabir Sarvan adına Poeziya klubunun üzvləri, kitabxanaları oxucuları qatılıb. Şair Namiq Dəlidağlı, gənc yazar Günel Eyvazlı, bədii qiraət ustası Nazir Rüstəm və şairə Qaratel Azəridən ibarət münsiflər heyətinin qərarına əsasən 1-ci yerə İlahə Bağıyeva, 2-ci yerə Aynur Kərimova,  Zəhra Bəşirli, 3-cü yerə isə Cavidan Mirzəzadə və Fidan Cavadlı layiq görülüblər.

Uğurlü çıxışlarına görə müsabiqə iştirakçıları fəxri fərmanla təltif olunublar.

Mərkəzi Uşaq Kitabxanasında və M.Ə.Sabir adına kitabxanada da şəhid Əbdülməcid Axundov anılıb. Tədbirlərdə şəhidin xatirəsinə kitabxana oxucularının ifasında şeir nümumələri səslənib, sərgilər tərtib olunub.

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb