Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
260

“Sumqayıt tələbələri” İctimai Birliyi Mədəniyyət nazirliyinin dəstəyi ilə Qubada təlim keçirdi

19 iyul 2019-cu il tarixində Quba rayonu Qəçrəş qəsəbəsində Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin maliyyə dəstəyi ilə “Sumqayıt Tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.
“Sumqayıt tələbələri” İctimai Birliyinin sədri Rüfət Mahmudzadə layihə iştirakçılarını və qonaqları salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması, İntenet resurslarında səmərəli istifadə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumat verdi.
Tarixçi, ekspert “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının həm müəllifi Ramil Süleymanov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması, gənclərin bu istiqamətdə rolu və tarixi abidələrimizin qorunmasının vacibliyini qeyd etdi. Eyni zamanda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında internet texnologiyalarının, veb 2.0 alətlərlərinin istifadəsi qaydaları barədə təlim keçdir.
Layihənin təqdimatında şəhərin və ümumtəhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb