Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
S.Vurğun adına Mərkəzi Kitabxanada şəhidlərə həsr olunan sərgi təşkil edilib, biblioqrafik xülasə verilib. Həmçinin kitabxana əməkdaşları tərəfindən Xəzər Universitetinin Sumqayıtdakı “Dünya” məktəbində “Xalqın hünər tarixi” adlı ədəbiyyata açıq baxış təşkil edilib. Bundan başqa, Mərkəzi Kitabxananın əməkdaşları tərəfindən 25 saylı orta məktəbdə yaddaş dərsi keçirilib. Tədbirdə mövzu ilə əlaqədar məruzələr dinlənilib, videoçarx izlənilib, şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər səsləndirilib.
Sumqayıt şəhər Nizami Gəncəvi adına kitabxana-klubda isə dəyirmi masa keçirilib.
Tədbirdə oxucuların 20 Yanvar faciəsi haqqında fikirləri dinlənilib, mövzu ilə əlaqədar tərtib olunmuş kitab sərgisi haqqında biblioqrafik xülasə verilib. Həmçinin kitabxananın rəsm dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə tematik gecə keçirilib. Tədbirdə yazıçı Hafiz İmamnəzərli və Mərkəzin direktoru Vüsalə Qurbanovanın mövzu ilə bağlı məruzələri dinlənilib, muğam parçaları və şerlər səsləndirilib.
Zəngilan Rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə kitabxanaçıların və oxucuların mövzu ilə əlaqədar fikirləri dinlənilib, “Qanlı 20 yanvar” adlı kitab sərgisi və “Əsarətin son gecəsi” adlı guşə haqqında məlumat verilib.