Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1838

Sumqayıtda “Nəsimi ili”nə həsr olunmuş bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxanada “Nəsimi ili”nə həsr olunmuş bədii qiraət müsabiqəsinin nəticələri bəlli olub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə keçirilən müsabiqə Sumqayıt şəhər Mərkəzi Kitabxana Sisteminə daxil olan kitabxana filiallarının iştirakı ilə reallaşıb.

Tədbirdə kitabxananın şöbə müdiri Zemfira Mirzəyeva iştirakçıları salamlayaraq “Nəsimi ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən danışıb. O, “Nəsimi ili” çərçivəsində təşkil olunan tədbirlərin miqyasının genişliyindən danışaraq qeyd edib ki, böyük mütəfəkkir şairin yubileyi təkcə Azərbaycanda deyil, bütün dünyada yüksək səviyyədə qeyd olunur, Nəsimin şeirləri digər dillərə tərcümə edilir, kitabları yenidən işıq üzü görür.

Sonra müsabiqə iştirakçılarının ifasında Nəsiminin qəzəlləri dinlənilib.

Münsiflər heyətinin qərarı ilə fəal oxucular Zəhra Bəşirli və Gülmirə Əlizadə I yer, Ömər Bayramov və Sevda Mirzəyeva II yer, Nazilə Cavadova və Fidan Ağahüseynli III yer tutublar.

Qaliblər fəxri fərman və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi tərəfindən hədiyyələrlə mükafatlandırılıb.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib