13.02.2020 11:31
Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Sumqayıt İdrak liseyində bilik yarışması keçirilib.
Tədbirdə 3, 5, 14, 17, 25, 26 saylı orta məktəblərin və İdrak liseyinin şagirdlərindən ibarət 7 komanda yarışıb.
Şagirdlərə Azərbaycan mədəniyyətini, incəsənətin müxtəlif sahələrini özündə əks etdirən 30 sual verilib. 3 turdan ibarət olan yarışın nəticələrinə görə İdrak liseyinin komandası birinci, 5 saylı orta məktəbin komandası ikinci, 3 saylı orta məktəbin komandası üçüncü yerlərə layiq görülüblər.
Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.