Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2167

"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib

Martın 17-də R.Behbudov adına Dövlət Mahnı Teatrında "Testene Art Baku" III Beynəlxalq İncəsənət festival-müsabiqə qaliblərinin mükafatlandırılması və Qala konserti keçirilib.

Festival-müsabiqənin bədii rəhbəri İqor Bubençikov tədbirin əvvəlində Viktor Pelenyaqre (Moskva), Françesko Pedaçi (İtaliya), Petras Kunca (Litva), Lüdmila Sinyaqovsakaya (Sankt Peterburq),İzdenova Bibigül (Qazaxıstan), Fyodorova Gülnara (Moskva), Ağaverdi Paşayevdən (Bakı) ibarət münsiflər heyətini təqdim edib.

Münsiflər heyəti çıxış edərək qalibləri təbrik edib. Sonra qaliblərə kubok, diplom və medallar təqdim olunub və hər yaş qrupu üzrə ayrı-ayrılıqda I,II, III yerlər müəyyən edilib. Qran Pri mükafatına ən yüksək balla Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Hacılı Nəcəf ( 17-19 yaş qrupu) layiq görülüb və İtaliyada keçiriləcək "Pokaji sebya miru" festival-müsabiqəsinə vəsiqə qazanıb.

Qeyd edək ki, “Testene-Art” III Beynəlxalq İncəsənət festival-müsabiqəsi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə keçirilib. Müsabiqəyə müxtəlif nominasiyalar üzrə 200-ə yaxın iştirakçı qatılıb.

Mükafatlandırılma mərasimindən sonra qaliblərlə yanaşı münsiflər heyətinin üzvü Bolonya Konservatoriyasının müəllimi vokalçı Françesko Pedaçinin ifasında əsərlər səsləndirilib.

Sonda "Testene Art Baku" II Beynəlxalq İncəsənət festival-müsabiqənin qalibi Rza Xosrovzadə ilə münsiflər heyətinin sədri Viktor Pelenyaqrenin birgə ifası alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi