Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1515

Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib

21 noyabr 2017-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində “Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsinin yekunlarına həsr olunan konfrans keçirilib.  Müsabiqə dövlətin turizm siyasəti sahəsində həyata  keçirdiyi  tədbirlərin  və  aparılan  işlərin  cəmiyyətdə  daha  geniş  təbliğ  olunması, davamlı turizm sahəsi  üzrə  aktual  mövzuların  ictimaiyyətin  diqqətinə  çatdırılması  və  həmin mövzularda tədqiqat  və araşdırma işlərinin aparılmasına elm sahəsində fəaliyyət göstərən insanların  cəlb  edilməsi,  həmçinin  onların  apardıqları  elmi  tədqiqatların  nəticələrinin ictimaiyyətə təqdim edilməsi, “Beynəlxalq davamlı turizm ili”nin  elan edilməsinə diqqətin cəlb olunması  məqsədilə  təşkil olunub.

Konfransı giriş sözü ilə açan universitetin rektoru İlham Mədətov keçirilən müsabiqə və konfransın 2017-ci ilin Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən elan olunmuş “Beynəlxalq inkişaf naminə davamlı turizm ili”nə həsr olunmasından, “Beynəlxalq davamlı turizm ili”ndə Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdən, həmçinin  mövcud turizm potensialından istifadə imkanlarının genişləndirilməsi istiqamətində regionlarda turizm fəaliyyətinin stimullaşdırılaraq yeni turizm marşrutlarının yaradılması prosesindən danışıb. İ.Mədətov eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında",  2016-cı il 1 sentyabr tarixli "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında", 2016-cı il 6 dekabr  tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”i habelə 20 fevral 2017-ci il tarixli "Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamından, həmçinin, 2017-ci ildə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Bakı şəhərində yenilik edilərək  keçirilməsi baş tutan Şopinq Festivallarından danışaraq aparılan məqsədyönlü tədbirlərin uğur göstəricisi kimi turist sayında olan artım, eləcə də əcnəbi turistlərin gəldikləri ölkələr sırasına yeni ölkələrin daxil edilməsini xüsusilə vurğulayıb.

Qeyd olunub ki, keçirilən müsabiqəyə yüzdən çox məqalə təqdim edilib. 2017-ci ilin fevral-sentyabr aylarında təqdim olunan məqalələr təşkilat komitəsinin üzvləri incələnərək 40-a yaxın məqalə konfrans proqramına daxil edilib.

Plenar iclasda ATMU-nun tədris işləri üzrə prorektoru E.Aslanov “Davamlılıq və dayanıqlılıq polemikasında turizm fenomeni”, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı R.Səfərov “Turizmin davamlılığında "Bermud" üçbucağı” mövzusunda məruzə ilə çıxış edib.

Daha sonra konfrans bölmələrdə davam etdirilib. Günün sonunda məqalə müsabiqəsində seçilən ilk üç məruzəçiyə hədiyyələr təqdim olunub.  

 

 

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb