Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1993

Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi

Oktyabrın 19-da Azərbaycan Milli Kitabxanasında Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və İLESAM (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) tərəfindən toplanaraq ölkəmizə gətirilən kitabların təqdimat mərasimi keçirildi. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamladı və bu mötəbər aksiyaya görə təşkilatçılara öz dərin təşəkkürünü bildirdi.  Qeyd etdi ki, ölkəmizə gətirilən 15 min kitabın 2000 nüsxəsi Milli Kitabxanaya hədiyyə olunub. Bu nəşrlərdən Milli Kitabxananın oxucuları ilə yanaşı, ölkəmizin digər şəhər və rayon kitabxanalarının oxucuları da faydalanacaq.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev əhəmiyyətli təşəbbüsə görə qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyinə, Türkiyənin Azərbaycandakı səfirliyinə və İLESAM təşkilatına minnətdarlığını bildirdi, bu cür təşəbbüslərin qarşılıqlı və davamlı olacağını vurğuladı.

Vaqif Əliyev türk dilində müxtəlif kitabların ölkəmizə hədiyyə edilməsi elmi tədqiqatlar üçün faydalı olacaq, eyni zamanda iki ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək: “Layihə həmçinin ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq qardaşlığımızın gözəl nümunəsidir. İki dövlət hər zaman bir-birinə dəstək olub, mədəniyyət və ədəbiyyat sahəsində də bu qardaşlığın təzahürü ürəkaçan hadisədir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunub öyrənilməsindən danışdı. O, bu qədər kitabın ölkəmizin kitabxanalarına paylanmasını mötəbər addım kimi dəyərləndirdi. 

Türkiyə Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri İrfan Çiftçi iki qardaş xalqın eyni tarixi və mədəni köklərə malik olduğunu vurğuladı. Böyük mütəfəkkir dramaturq Mirzə Fətəli Axundzadənin adını daşıyan kitabxanada türk dünyası yazarlarının kitablarının yer almasının tarixi hadisə olduğunu dedi. İLESAM-ın sədri Mehmet Nuri Parmaksız bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirəcəyini, eləcə də türkiyəli müəlliflərin əsərlərinin Azərbaycan oxucusuna tanıdılmasında mühüm rol oynayacağını bildirdi. Vurğulandı ki, təqdim olunan 15 min kitab 6 min yazarın əsərlərindən ibarətdir. Ortaq mədəniyyəti paylaşan xalqların bir-birini tanıması vacibdir. Sədr göstərdiyi təşkilatı dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Türk Mədəniyyəti Mərkəzinin rəhbəri, professor Elman Quliyev, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, professor Ramiz Əskər, Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi, Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza kitabların ölkəmizə hədiyyə olunmasının əhəmiyyətini vurğuladılar.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi