Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Qalxan və Qılınc” sənədli filminin təqdimatı keçiriləcək
İyunun 14-də saat 18:00-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə “Qalxan və Qılınc” sənədli filminin təqdimatı keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar olaraq “Azərbaycanfilm” kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş film Sovetlər dövründə ölkəmizin təhlükəsizlik xidmətlərinə rəhbərlik edərkən Ulu Öndərin bilavasitə səyi nəticəsində xalqımıza qarşı erməni təxribatının qarşısının alınması və cinayətkarların cəzalandırılması ilə bağlı hadisəni özündə əks etdirir.
Filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, operatoru Ramin Şahbazov, montaj rejissoru Coşqun Zahidov, səs rejissoru Nurani İsgəndərov, icraçı prodüseri Orxan Əliyev, prodüseri Müşfiq Hətəmovur.