Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3810

YUNESKO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq

Oktyabrın 25-27-də Bakıda keçiriləcək “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda üçüncü Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu çərçivəsində dekorativ-tətbiqi sənət sahəsində dünyaca məşhur mütəxəssislər ölkəmizə gələcək.

Simpozium çərçivəsində “Keçəçilik ənənə kimi”, “Keçə müasir incəsənətdə”, “Keçə moda dünyasında bir trend kimi” mövzularında müzakirələr aparılacaq. Simpozium çərçivəsində iki tematik sərgi, ustad dərsləri, keçə məhsullarının yarmarkası və feşn-şou (fashion show) təşkil olunacaq.

Simpoziumun beynəlxalq səviyyəli nüfuzlu iştirakçılarından biri Qırğızıstan Rəssamlar İttifaqının üzvü, YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, sənətkarlığın inkişaf etdirilməsi üzrə ekspert Dinara Çoçunbayevadır. Dinara Çoçunbayeva beynəlxalq simpoziumda “Qırğız keçələri: ala-kiyiz və şırdak” mövzusunda məruzə ilə çıxış edəcək.

Məlum olduğu kimi, Qırğızıstanda keçəçilik əsas xalq sənətkarlıq növlərindən biridir və buna görə də bu sənət növü əhəmiyyətini heç vaxt itirməyib. Rəssam, ictimai xadim və art menecer Dinara Çoçunbayeva özünü bu sahədə həm Qırğızıstanda, həm də beynəlxalq səviyyədə parlaq surətdə göstərib. O, həmçinin “Ənənəvi Qırğız şırdak keçəsi” kitabının müəllifidir.

Hazırda Dinara Çoçunbayeva Qırğızıstanda Mərkəzi Asiyanın Sənətkarlığa dəstək üzrə Assosiasiyasının Resurs Mərkəzinin rəhbəri (CACSARC-kg) və 2004-cü ildən YUNESKO-nun Mərkəzi Asiya üzrə mükafat proqramının koordinatorudur. O, 2006-cı ildə məqsədi Mərkəzi Asiya xalqlarının sənətkarlıq və ənənəvi mədəniyyətlərinin qeydiyyat siyahısının tərtib edilməsi olan "Sənətlər və ənənəvi biliklər" İctimai Fondunu təsis edib.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq simpoziumun məqsədi türk dünyasının ümumi irsi sayılan keçə sənətinə həsr edilən elmi-tədqiqat işlərinin ideya mübadiləsi, bu sənət növünün adət və ənənələrinin qorunması, öyrənilməsi, ona marağın dirçəldilməsi, eləcə də, müxtəlif sahələrdə tətbiq edilməsidir.

 

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi