Uşaq musiqi və incəsənət məktəblərinin məzunlarına şəhadətnamələr təqdim ediləcək
1960
12.06.2018
12.06.2018 04:53
13 iyun 2018-ci il tarixində, saat 15:00-da L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbində (Bakı şəhəri, A.Gəraybəyli küçəsi, 2) 2017-2018-ci tədris ili üzrə uşaq musiqi və incəsənət məktəblərini fərqlənmə ilə bitirən məzunların təltifolunma mərasimi keçiriləcək.
Şagirdlərə şəhadətnamələri mədəniyyət naziri Əbülfəs Qarayev təqdim edəcək.
Təltifolunma mərasimindən sonra prezident təqaüdçüsü olan şagirdlərin çıxışlarından ibarət konsert təqdim olunacaq:
- Jalə Mailova (fortepiano) - R.Hacıyev adına 15 nömrəli 11 illik Musiqi məktəbi
- Məhəmmədəlizadə Behnam Mehta (qanun) - Ş.Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbi
- Mahir Hacıyev (kamança) - L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbi
- Kamran Talıblı (fleyta) - L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbi