18.03.2020 02:33
"Koronavirus (COVİD-19) infeksiyasının mədəniyyət müəssisələrində yarada biləcəyi təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üzrə Tədbirlər Planı"nın icrası ilə əlaqədar Xaçmaz Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının mədəniyyət müəssisələrində dezinfeksiya işləri həyata keçirilir.
Dezinfeksiya işləri müvafiq qurumlarından dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır.