Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3083

Xaçmazda gənc şair Vüsal Yurdoğlunun “Mən Möcüzə Gözləyirəm” kitabının təqdimatı keçirildi

Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin təşəbbüsü və Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə oktyabrın 20-də Muzeydə gənc şair Vüsal Yurdoğlunun “Mən Möcüzə Gözləyirəm” kitabının təqdimatı keçirilmişdir.

Tədbiri “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur açıq elan etmiş, qonaqları salamladıqdan sonra Vüsal Yurdoğlu barədə məlumat vermişdir. Bildirib ki, Vüsal Yurdoğlu Azərbaycan Yazıçılar Birliyi 3-cü Gənc Ədiblər Məktəbinin, Azərbaycan Yaradıcılıq fondunun nəzdində Yaradıcılıq fakültəsinin məzunu, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvüdür. Şerləri “Səs... Söz... Rəng... “ və “Bölgələrdən səslər - 3” toplularında, müxtəlif ədəbi almanaxlarda, həmçinin, bir çox qəzet və jurnallarda çap olunub.

İdarənin rəisi Nazim Ağayev “Ulduzlar” ədəbi məclisinin üzvlərini, qonaqları və Vüsal Yurdoğlunun çıxış edərək bildirdi ki, Xaçmaz Regional Mədəniyyət İdarəsi tərəfindən regionda fəaliyyət göstərən yazarlarla görüşlər, onların kitab təqdimatı, yubiley və yaradıcılıq gecələri keçirilir. N.Ağayev gənc yazara gələcək fəaliyyətində uğurlar arzuladı. 

Milli Mətbuat Şurasının üzvü Azər Həsrət çıxışında Vüsal Yurdoğlunu təbrik etdi, valideynlərinə belə istedadlı oğul böyütdüklərinə görə təşəkkürünü bildirdi.
“Mən Möcüzə Gözləyirəm” kitabının ön söz müəllifi, şair – tənqidçi Akəm Xaqan günümüzün gənc yazarının özünəməxsus düşüncə tərzinə malik olduğunu qeyd etdi və ona yeni uğurlar arzuladı.

Daha sonra görüntülü surətdə Vüsal Yurdoğlunun şerləri əsasında hazırlanmış kompozisiyalar dinlənildikdən sonra söz qonaqlara və şairlərə verildi.
Qubadakı “Ay İşığı” ədəbi məclisinin üzvü, AYB və AJB üzvü, publisist yazar Sevinc Məmmədova, Xaçmaz rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz Tarix Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, Xaçmaz Xalça Muzeyinin əməkdaşı Dilarə Rüstəmova, AYB üzvü Məmməd Qədir, Telman Təravət, Hidayət Sönməz (Bakı), Pirəli Rüklü, Xaqani Mikayılov (Bakı), Habil Rzanur, Aynur Ağabalayeva, Agah Xaçmazlı, Sabir Nemətov, Böyükağa Ağa, Nəzər Mirzəyev, AMEA – nın müxbir üzvü Məhərrəm Mustafa, Emfira Tağıyeva, Fərhad Ramazanov, Elmar Bünyadov, atası Teymur Dadaşov, anası Yaqut xanım Dadaşova, Taleh Qədirov, qardaşı Tural Dadaşov və başqaları şer, hekayələrini oxudular və Tural Yurdoğluna yeni nailiyyətlər arzuladılar.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb