Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
447

Xalça Muzeyi Rusiya Etnoqrafiya Muzeyi ilə birgə layihəyə start verib

Azərbaycan Milli Xalça Muzeyi bu gün ölkəmizdə xalça sənətinin təbliği ilə yanaşı, həm də ölkəmizin mədəni irs siyasətinin xarici ölkələrdə təbliğatı ilə də məşğuldur. Bu gün muzeyin beynəlxalq aləmdə əsas fəaliyyəti xarici muzey kolleksiyalarında saxlanılan xalçalarımızın Azərbaycana aid olmasının elmi sübutu, onların etiketaj və annotasiyalarında yaranma məkanı kimi ölkəmizin adının qeyd olunması, bu elmi-tədqiqat layihələri çərçivəsində həmin muzeylərdə qorunan Azərbaycan xalçalarının kataloqlaşdırılması və sərgilərin təşkilidir.

Bu sahədə artıq silsilə şəklində əməkdaşlıq layihələri “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası nəticəsində həyata keçirilir.

Xalça Muzeyindən bildirilib ki, növbəti layihə Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Rusiya Etnoqrafiya Muzeyi ilə birgə həyata keçiriləcək. 1902-ci ildə yaradılmış muzeyin kolleksiyasında Azərbaycana aid böyük etnoqrafik material qorunub saxlanılır. “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı layihə çərçivəsində bu muzeydə qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinin elmi araşdırılması, onların kataloqlaşdırılması və sərginin keçirilməsi nəzərdə tutulub. Sərgi 2020-ci ilin noyabr ayında Sankt-Peterburq şəhərində təşkil olunacaq IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində keçiriləcək. Qeyd edək ki, builki beynəlxalq tədbirdə ölkəmiz “Fəxri qonaq ölkə” statusunda təmsil olunacaq.

Sankt-Peterburq şəhərində ezamiyyətdə olan Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova rusiyalı həmkarı Yuliya Kupina ilə görüş keçirib. Görüş zamanı həyata keçiriləcək layihənin aspektləri müzakirə olunub. Bununla yanaşı, gələcəkdə Rusiya Etnoqrafiya Muzeyinin sərgisinin Bakıda keçirilməsi haqqında danışıqlar aparılıb.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib