Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
699

Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2019-cu il fevral ayının 15-də saat 16:00-da  Muzey Mərkəzində Xalq rəssamı Rafis İsmayılovun 80 illik yubileyi  keçiriləcəkdir.

Rafis Rza oğlu İsmayılov 30 mart 1939-cu ildə  Bakı şəhərində anadan olmuşdur. O, 1962-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini (müəllimləri: Kamil Xanlarov və Abdulxalıq), 1972-ci ildə isə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu (müəllimləri: M.A. Boqdanov, Nemenskiy və Qenadiy Myasnilkov) bitirmişdir. “Azərbaycanfilm” Kinostudiyasında 1970-2007-ci ildə quruluşçu-rejissor işləmiş, 30-dan artıq bədii filmə rəssamlıq üzrə quruluş vermişdir. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Oxuyur Müslüm Maqomayev”, “1001-ci qostrol”, “Yapon və yaponiyalı”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Anın quruluşu”, “Özgə ömür”, “Təhminə” kimi filmlər üzərində çalışmışdır.

Rafis İsmayılov “Danışan işıqlar”, “Xeyir və Şər", “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinin quruluşçu-rəssamı, “Oda” filminin rejissoru, ssenaristi və rəssamı olmuşdur. Həmçinin “Azərnəşr” Dövlət  nəşriyyatında bir sıra kitablara tərtibat vermişdir. Onlardan “Xətai”, “Metexan”, “Romeo və Cülyetta”, “Spartak”, “Oliver Tvist”, “Qaçaqlar”, “Kventin Dorvard” və başqa kitabları qeyd etmək olar. Rəssam atalar sözləri, Dədə Qorqud motivləri və xalq mahnıları mövzusunda çox sayda rəsm əsərlərinin müəllifidir. O, 2003-2005-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Opera və Balet Teatrında bir sıra tamaşalara bədii tərtibat vermişdir.

Rəssamın 2008-ci ildə “Şərqdən-Şərqə” adlı sərgisi keçirilmişdir.

O, 1978-ci ildə "Azərbaycan Dövlət mükafatı", 2006-cı ildə “Soltan Məhəmməd” adına mükafatı, 2015-ci ildə “Sübhün səfiri” filminə görə "Ən yaxşı rəssam işi" nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülmüşdür. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1976-cı ildən Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının üzvü olmuşdur.

Rafis İsmayılova 1982-ci ildə Azərbaycanın Əməkdar Rəssamı, 2000-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adları verilmişdir.

Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən hazırlanmış Rafis İsmayılovun həyat və yaradıcılığına həsr olunmuş xüsusi təqdimat  keçiriləcək.

XƏBƏRLƏR

19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb