Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 15 noyabr 2017-ci il tarixində görkəmli Azərbaycan rəqqasəsi, baletmeyster, Azərbaycan SSR-nin xalq artisti, “Şöhrət” ordenli Xumar Zülfüqarovanın həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə balerinanın həyat və yaradıcılığından söhbət açılmış, xatirələr söylənilmiş, onun səhnə həyatını əks etdirən video-kadrlar nümayiş etdirilmiş, rəqs nümunələri ifa olunmuşdur. Həmçinin tədbir çərçivəsində rəqqasənin muzeyə təqdim olunan şəxsi arxivini əks etdirən video-çarx göstərilmişdir.
Mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycan SSR-nin xalq artisti, “Şöhrət” ordenli Xumar Zülfüqarovanın sənət dostları, tələbələri, ailə üzvləri, yaxınları, muzey əməkdaşları və media nümayəndələri tədbirdə iştirak etmişlər.