YUNESKO-un “Mədəni irsin mühafizəsi” proqramının nümayəndələri Elmi Bərpa Mərkəzində olub
1777
21.06.2019
21.06.2019 04:07
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə mütəmadi olaraq beynəlxalq ölkələrdən mütəxəssislər baş çəkirlər.
Elmi Bərpa Mərkəzinin növbəti qonaqları YUNESKO-nun “Mədəni irsin mühafizəsi” proqramının gənc nümayəndələri olub. Təşkilat rəhbərliyinin müşayiəti ilə qonaqlar gün ərzində Mərkəzin fəaliyyəti ilə tanış olmuşlar. Daha sonra nümayəndələr bərpaçı-rəssamlar ilə geniş təcrübə mübadiləsi aparmış və bu sahədə tətbiq edilən yeniliklər haqqında öz fikirlərini bölüşmüşlər.