16 mart 2019-cu il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin Böyük zalında Novruz bayramı ilə əlaqədar müəllimlərin iştirakı ilə “Yurdumuza bahar gəlir!” adlı bayram konserti keçirildi. Proqram çərçivəsində müxtəlif janrlarda əsərlər ifa olundu, şerlər söylənildi, foto slaydlar və balaca rəssamların əl işlərindən ibarət sərgi nümayiş edildi.
Sevinc Kərimova (fortepiano), Mətanət Nurullayeva (fortepiano), Rauf Hüseynli (violin), Humay Süleymanlı (vokal), Regina Məcidova (vokal), Çinarə Quliyeva (konsertmeyster), Nəzakət Qədirova (fortepiano), Qəmər Mahmudova (fortepiano), Nuray Bayramova (fortepiano), Nəbi Quliyev (tar), Elnur Məmmədov (kamança), Səbinə İsmayılova (rəqs), Samirə Musayeva (fortepiano), Nurlan Cəfərli (tar) və onun “Dezz’ N Surreal” qrupunun çıxışı dinləyicilər və həmkarları tərəfindən rəğbətlə qarşılandı.
Qeyd edək ki, Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbi müəllimlərinin bayram konsertləri artıq ənənə olaraq hər il qeyd olunur.