Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

200 manat

200200 2

Modern Arxitekturaya həsr olunmuşdur

24 may 2018-ci il tarixdən etibarən dövriyyəyə buraxılmışdır. 200 manat kağız pul nişanı mövcud konsepsiya çərçivəsində tədavülə buraxılan 7-ci nominaldır. Əskinasın ölçüləri 160×70 mm-dir. Pul nişanının dizayn mövzusu “Modern Arxitektura”ya həsr olunmuşdur. Pul nişanının dizaynının əsas motivi Heydər Əliyev Mərkəzidir. Pul nişanının ön tərəfində Mərkəzin təsviri və bir sıra interyer və eksteryer dizayn elementləri əks etdirilmişdir. Arxa tərəfində isə Azərbaycanın xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi və bir sıra milli xalça naxışları əks olunmuşdur. Pul nişanı 4 pilləli mühafizə sisteminə malik olmaqla ən müasir və təhlükəsiz mühafizə elementləri ilə təchiz edilmişdir.

 

 

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulmuşdur.

100 manat

100-manat_front100-manat

İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

Əskinas 155×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində inkişafın qədimdən bu günə memarlıq rəmzləri, Azərbaycan manatının və iqtisadi artımın simvolları təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, ənənəvi Azərbaycan xalçasının səciyyəvi naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

50 manat

50-manat_front50-manat

Təhsil və gələcək mövzusuna həsr olunmuşdur.

Əskinas 148×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində gələcəyin timsalı, yüksəliş əlaməti pillələr, güc və işıq nişanəsi, günəş, elm rəmzi, kimyəvi və riyazi simvollar təsvir olunmuşdur.Əskinasın arxa tərəfinində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Qədim Azərbaycanın xalçalarının ornamentləri çap olunmuşdur.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

20 manat

20-manat_front20-manat

Qarabağ mövzusuna həsr olunmuşdur.

Əskinas 141×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi “Xarı Bülbül” təsvir olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

10 manat

10-manat_front10-manat

Tarix mövzusuna həsr olunmuşdur.

Əskinas 134×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində Qədim Bakı, Şirvanşahlar sarayı, Qız qalası köhnə Qala divarlarının fonunda verilmişdir.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycan xalçasının tipik naxışları çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

5 manat

5-manat_front5-manat

Yazı və ədəbiyyat mövzusuna həsr olunmuşdur.

Əskinas 127×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur.Əskinasın üz tərəfində ədəbi simalar, qədim kitablar, dövlət himnindən parça çap olunmuşdur.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri verilmiş,Azərbaycanın inkişaf tarixi – Qobustan qaya heroqlifləri, Orxon–Yenisey əlifbası, müasir yazımız çap edilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır.

1 manat

1-manat_front1-manat

Mədəniyyət mövzusuna həsr olunmuşdur.

Əskinas 120×70 mm ölçüdə olan ağ kağızda çap olunmuşdur. Əskinasın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – Tar, Kamança və Dəfin qrafik təsvirləri verilmişdir. Arxa fonda qədim Azərbaycan xalçasının naxışları vardır.Əskinasın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və Azərbaycanın milli ornamentləri verilmişdir.

Mühafizə elementləri:

Əskinasın üz tərəfində üzərində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), xüsusi dəqiq cizgilər, relyefli nominal, ultrabənövşəyi işıqda görünən elementlər, arxa tərəfində isə metal sap, sehirli xətlər vardır.

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” imzalanmış Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil metal pul nişanları dövriyyəyə buraxılmışdır.

Yeni nəsil qəpiklərin dizayn mövzuları əskinasların dizayn mövzularına müvafiq olaraq hazırlanmışdır.

1 qəpik – Mədəniyyət, 3 qəpik – Yazı və ədəbiyyat, 5 qəpik – Tarix, 10 qəpik – Qarabağ, 20 qəpik – Təhsil və gələcək, 50 qəpik – İqtisadiyyat və inkişaf mövzusuna həsr olunmuşdur.

1, 3 və 5 qəpiklər mislə örtülmüş qırmızı, 10 və 20 qəpiklər latunla örtülmüş qızılı, 50 qəpiklik isə latun və nikellə örtülmüş qızılı və gümüşü (ikirəngli – bikolor) rəngdədir. Bütün metal pul nişanlarının yan tərəfləri individual üsulla hazırlanmışdır və bir-birindən fərqlidir.

coins

1 Qəpik
mislə örtülmüş polad
Ø: 16,25 mm · 2,8 qr
3 Qəpik
mislə örtülmüş polad
Ø: 18 mm · 3,45 qr
5 Qəpik
mislə örtülmüş polad
Ø: 19,75 mm · 4,85 qr
10 Qəpik
Latunla örtülmüş polad
Ø: 22,25 mm · 5,25 qr
20 Qəpik
Latunla örtülmüş polad
Ø: 24,25 mm · 6,6 qr
50 Qəpik
Bikolor (ikirəngli) 
Ø: 25,5 mm · 7,7 qr