Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV

Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir. Azərbaycan xalqının bədii təfəkkür və yaradıcılığına ölkənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi də böyük təsir göstərmişdir. Ölkəmizin müxtəlif sənət növlərinin hər biri ayrı ayrılıqda uzun və mürəkkəb inkişaf yolu keçməsinə baxmayaraq, birlikdə vəhdət təşkil edərək Azərbaycan incəsənəti və mədəniyyəti haqqında tam təsəvvür yaratmağa geniş imkan verir. Azərbaycan incəsənəti ölkəmizin təbiəti kimi rəngarəng, dolğun və zəngindir.

Azərbaycan xalqının zəngin yaradıcılıq çeşməsində ən mühüm yerlərdən birini onun həyat və məişəti, gündəlik güzəranı ilə bağlı olan xalq sənətləri tutur. Ən qədim dövrlərdən zəmanəmizədək davam edən bu sənət növü xalqın geyimindən tutmuş müxtəlif təsərrüfat məmulatı və bəzəyinə qədər böyük bir sahəni əhatə edir.
Təbiidir ki, xalqımızın məişət xüsusiyyətləri, estetik zövgü, bir sözlə milli siması, mənliyi bu sənət növündə özünü xüsusilə parlaq şəkildə büruzə verəcəkdi. Əbəs yerə olmayaraq indi dünyanın ən zəngin muzeylərində Azərbaycan xalq sənətkarlığının bir çox gözəl nümunələri ilə rastlaşmaq olur. Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orada Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.

Xalqımızın əməyi sayəsində yaranıb onun həyat və məişətində geniş istifadə edilən el sənətimizin böyük və zəngin bir tarixi var. Naxçıvan, Mingəçevir, Gədəbəy, Qazax, Gəncə və s. yerlərdən əldə edilmiş metaldan düzəldilmiş sənət əsərlərinin yaşı 5000 ilə yaxındır. Bu ərazilərdən tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir tarixi fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbədir.
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, əcdadlarımız hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldib öz həyat və məişətində istifadə edirlərmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir. Metaldan düzəldilmiş sənət nümunələri içərisində elələri vardır ki, onların üzərində olan bəzək və təsvirlərlə biz o dövrdəki insanların adət-ənənələri, dini görüşləri və hətta geyimləri ilə yaxından tanış ola bilərik.

Xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xusüsiyyətləri öz əksini geyimlərdə tapır. Bu xüsusiyyət həm müəyyən formalı geyim və onun bəzəklərində və həm də bədii tikmə, toxuma və toxuculuqda özünü büruzə verir.
Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı tunc dövrünün əvvəllərinə aid (eradan əvvəl III minillik) tuncdan hazırlanmış iynə və biz tapılmışdır. Bu tapıntılar sübut edir ki, Azərbaycanın qədim sakinləri özlərinə paltar tikməyi bacarırdılar. Kültəpədən və Mingəçevirdən (eradan əvvəl II minillik) tapılmış gildən kiçik heykəllər və Mingəçevirdən tapılmış e.ə. V əsrə aid möhür-barmaqçıllar o dövrün geyimləri haqqında müəyyən təsəvvür yaratmağa imkan verir. Eramızın V-VI əsrlərinə aid olan Mingəçevir katakomba qəbirlərindən isə müxtəlif ipək parçalardan tikilmiş geyimlərin qalıqları tapılmışdır. E.ə. III-IV əsrlərə aid qızıldan hazırlanmış çoxlu miqdarda bəzək şeyləri və gildən ayaqqabı formasında qayrılmış qabların tapılması azərbaycanlıların hələ çox qədim zamanlardan yüksək maddi mədəniyyətə malik olduqlarını sübut edən əsaslı dəlillərdəndir.
Misdən, tuncdan, qızıldan düzəldilmiş ev avadanlığının və zinət əşyalarının üzərinə həkk olunmuş müxtəlif rəsmlər Azərbaycanda hələ qədim zamanlarda təsviri sənətin mövcud olduğunu sübut edir.

Cənubi Azərbaycanın Maku şəhərindən tapılmış gildən düzədilmiş at fiqurunun (e.ə. II minillik) üzərində gül-çiçək təsvirləri ilə bəzədilmiş çul rəsmi, Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsindən aşkar edilmiş qızıl camın (e. ə. I minillik) səthində üstünə çul salınmış şir təsviri və başqa tapıntılar Azərbaycanda xalq sənətinin bir qolu olan xalça sənətinin də nə qədər qədim tarixə malik olduğunu göstərir.
Arxeoloji qazıntılar zamanı Mingəçevirdən I-III əsrlərə aid katakomba qəbirlərdən palas və xalça qalıqları aşkar edilmişdir.
Arxeoloji materiallara və yazılı mənbələrə əsasən Azərbaycanda xalçaçılıqla hələ Tunc dövründən (e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərində) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər.
Müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı xalçaçılıq məktəblərində (Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz) toxunulmuş xalçalar bu günədək öz gözəlliyi ilə insanları valeh edir. Onların bir çoxu dünyanın məşhur muzeylərində mühafizə olunur.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustan qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.
Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.

Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur. Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
Azərbaycan milli musiqisinin təməl daşı, onun bünövrəsini muğamlar təşkil edir. Təsadüfi deyildir ki, 2003-cü BMT-nin ixtisaslaşmış olan təşkilatı YUNESKO Azərbaycan muğamını bəşəriyyətin mədəni irs siyahısına daxil etmişdir.

Qədim zamanlardan milli musiqimiz ədəbiyyatla birgə inkişaf etmişdir. Məsələn, muğam Şərq poeziyası ilə birgə inkişaf etmişdir. Belə ki, muğam ifa olunarkən xanəndələr Azərbaycan xalqının Nizami, Xaqani, Füzuli, Nəsimi kimi qüdrətli şairlərinin qəzəllərini oxumuşlar. Milli poeziyanın janrları olan qoşma, müxəmməs, ustadnamə, qəfilbəndlə yanaşı, onun poetik formaları olan gəraylı, divani, qoşma, təcnis aşıqların sevimli formalarıdır.
Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir. Azərbaycan ədəbiyyatı ilə sıx bağlı olan sənət növlərindən biri də teatr sənətidir. Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Kökləri qədim zamanlara gedib çıxan teatr sənətinin tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Mürəkkəb inkişaf yolu keçmiş Azərbaycan teatrının reperturı bu gün daha genişlənib. Tamaşaçıların zövqünü oxşayan müxtəlif tamaşaları bu gün Azərbaycanda fəaliyyət göstərən Akademik Milli Dram Teatrında, Bələdiyyə teatrında, Pantomim teatrında, Gənc tamaşaçılar teatrında və digər teatrlarda seyr etmək mümkündür. Müasir dövrümüzün ən maraqlı və ən populyar incəsənət növü hesab edilən kino xalqımızın həyatına nüfuz etmiş və onun ayrılmaz hissəsinə çevrilmişdir. Digər sənət növlərinə nisbətən yeni olan kinematoqrafiya tamaşaçı qarşısında insan qəlbinin dərinliklərini və yeni həyat üfüqlərini açıb göstərir. Milli kinomuz ildən-ilə zəngin təcrübə toplamış, xalqımızın həyatını və problemlərini əks etdirən müxtəlif növ və janrda xeyli əsər yaradılmışdır. Bu filmlər gələcək nəsillər üçün saxlanılmış, xalqımızın mənəvi sərvətinə çevrilmişdir.
Azərbaycan incəsənəti xalqımızın tarixi qədər qədim və zəngindir. Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri milli mədəniyyətimizin dünyaya çatdırılması istiqamətində daim səy göstəriblər və qismən də olsa buna nail olublar. Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edilməsi, görkəmli kino ustası, kinodramaturq və kinorejiisor R.İbrahimbəyovun "Oskar" mükafatına layiq görülməsi və ümumiyyətlə, müxtəlif zamanlarda el sənətkarlarının düzəltdiyi əl işlərinin və toxuduğu xalçaların dünyanın məşhur muzeylərində mühafizə olunması buna əyani sübutdur.

 

Memarlıq  -  insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.

Memarlığın tarixi

Memarlıq tarixinin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvan MR-da, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət, Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misaldır.

Azərbaycanda Qobustanda aşkar edilmiş ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və s.) ilə yanaşı, meqalit memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri geniş yayılıb. Hündür daşlardan quraşdırılmış bu qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhərinin yaxınlığındakı Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilindəki Qaratəpə divarındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri siklop tikililərə aid edilir. Güney Azərbaycanın ərazisində, Araz yaxınlığında da qala tikililəri (Bastam, Danalı, Qalaoğlu və s.) aşkar edilib.

Azərbaycan ərazisində e.ə. IX-VII əsrlərdə şəhərlər əmələ gəlib, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Həsənli rayonunda abidələr kompleksi, Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabələrin tədqiqi göstərir ki, Azərbaycanda VII əsrdən eyvanlı mənzil tipi təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq qurğularından yeganə dini tikili olan od mehrabları dövrümüzə kimi gəlib çatmışdır. 

VII əsrdən Azərbaycanda islam dininin yayılması ilə bağlı memarlığın da inkişaf yönü dəyişmişdir. Memarlıqda yeni tipli binaların - məscid, mədrəsə, türbə, karvansara və s. tikilməsi əsas xətt olmuşdur. Bu dövrdə islam dini ilə bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa edilmişdir. Bunlardan indiki İsmayıllı rayonu ərazisində Cavanşir qalası (təqribən VII əsr), Qazax rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-VIII əsrlər) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunda alban kilsəsi (I əsr) və s. diqqəti cəlb edir. 

Heykəltəraşlıq haqqında

Heykəltəraşlıq - təsviri sənətin növlərindən biridir. Heykəltəraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur.
Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər.
Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır.
Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltəraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var.
Ümumilikdə, heykəltəraşlıq sənətinin 3 sahəsi məlumdur.
1. Monumental
2. Dekorativ
3. Dəzgah heykəltaraşlığı

Heykəltəraşlığın ən ibtidai forması - daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. 
Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677-1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qоç fiquru var. Abidə üzərində qоyulan imzadan belə məlum оlur ki, qоç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbristanlıqda qalan və XVII yüzilliyə aid оlan çоxsaylı daş qоç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltəraş - Abid hazırlayıb. 
Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsini göstərmək olar. Bu abidələr üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynayıb. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənilib. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil edib.

Azərbaycanda heykəltəraşlığın inkişaf tarixi

Heykəltəraşlığın bugünkü mənzərəsinin yaranmasında Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRİ-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri böyük rol oynayıb. 
Azərbaycan heykəltəraşlarının bir araya gətirilməsi və onların bir təşkilat ətrafında birləşdirilməsi Sovet dövrünün payına düşüb. Lakin bundan qabaq da Azərbaycanda plastika sənətinin biliciləri olmuşdur. Son illərin araşdırmaları sübut edir ki, 1920-ci ilə qədər də Azərbaycanda heykəltəraşlıq əsərləri yaradılıb. Bu nümunələr həm xalq sənətkarları, həm də Rusiyada və Avropada təhsil almış peşəkar heykəltəraşlar, sənətşünaslar tərəfindən hazırlanıb.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə də hələlik adları məlum olmayan heykəltəraşlar fəaliyyət göstəriblər. Qısa müddətdə fəaliyyət göstərmiş AXC-də bütün layihələrin həyata keçirilə bilməməsi səbəbindən nə əsərlərin özü, nə də müəlliflər barədə dəqiq məlumatlar yoxdur. Lakin bu layihələrin mövcudluğu haqqında mənbələrdə kifayət qədər informasiyalar gedib. Məsələn, dövlət gerbinin, bir sıra orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadənin fəal iştirakı olub.
Azərbaycan müasir peşəkar heykəltəraşlığının təşəkkülü ilə bağlı Bakıda bir sıra monumental abidələr qoyulmuş, milli heykəltəraşlıq kadrları yetişmişdir. 1920-30-cu illərdə ilk azərbaycanlı heykəltəraşlardan İbrahim Quliyev, eləcə də Azərbaycanda yaşayan Yelizaveta Tripolskaya, Pinxos Sabsay və b. heykəltəraşların iştirakı ilə Bakıda heykəllər qoyulmağa başladı.

Heykəltəraşlıq təhsili

Əvvəllər Azərbaycan Dövlət İncəsənət Universitetinin nəzdində olan heykəltəraşlıq bölməsi adıçəkilən təhsil ocağından ayrılıb və Azərbaycan Rəssamlıq Akademiyası yaradılıb. Hazırda akademik Ömər Eldarovun rektorluq etdiyi həmin ali məktəbdə istedadlı heykəltaraşlar yetişdirilir. 
Rəssamlar İttifaqının 100-120 nəfər heykəltəraş üzvü arasında həm peşəkar, həm də xalq yaradıcılığı bölməsində təmsil olunan heykəltəraşlar da var. Sonuncular qranit, mərmər və digər vasitələr üzərində təsvirlər yaratmaq və başqa işlər görməklə məşğuldurlar. Rəssamlar İttifaqına üzv olmaq istəyən heykəltəraşın azı 5-6 fərdi sərgisi keçirilməlidir.

Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. 8-ci minilliyə təsadüf edir. Qədim meqalitik abidələr, menhirlər, dolmenlər, mağaralar, müdafiə tikililəri, kurqanlar, metal alətlər, dulusçuluq, zərgərlik sənəti Azərbaycan yaşayış məskəni üçün xarakterik olmuşdur. Monumental qaya rəsmlərində xalqın mədəniyyəti və estetik təsəvvürləri öz ifadəsini tapmışdır. Füzuli şəhərinin yaxınlığındakı Azıx mağarası (uz. 215-220 m) Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olduğunu sübut edir.

Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Orbdubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Qobustanın "Böyükdaş", "Kiçikdaş", "Cingirdağ", "Şonqardağ" və digər qayalarında həkk olunmuş rəsmlərdə, orada yaşamış qədim insanların həyat tərzi, məişəti, əməyi ilə əlaqədar təsvirlər xüsusi maraq doğurur. Burada ovçuluq, maldarlıq, əkinçilik və məişətin digər sahələri ilə bağlı müxtəlif süjetlər, səhnələr, insan və heyvan təsvirləri dinamik tərzdə həkk olunmuşdur. Qobustan qaya rəsmləri - piktoqramlar ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.

Təsviri sənətin qədim nümunələri arasında dulusçuluq, daş və metal məmulatlarını bəzəyən dekorativ naxışlar, rəsmlər, qabartmalar (relyef təsvirlər), heykəllər mühüm yer tutur. Bunlardan kürə formalı qab (Naxçıvan MR-nın Şahtaxtı kəndi), ikibaşlı maral fiquru (Xocavənd rayonunun Dolanlar kəndi), üzərində 5 fantastik heyvan təsviri cızılmış tunc qab (Gədəbəy), aypara şəklində qızıl yaxalıq (Ziviyə), qızıl cam (Urmiya gölü yaxınlığındakı Həsənlu təpəsi), Mil, Qarabağ düzlərindən tapılmış keramik qablar öz zərifliyi, bədii kamilliyi ilə fərqlənir (e.ə. VIII-VII əsrlər). Mingəçevirdən, Şamaxıdan tapılmış müxtəlif tipli və formalı bədii şüşə məmulatı nümunələri - dekorativ qablar, piyalələr, qadın bəzəkləri Azərbaycanda şüşə istehsalının da mövcud olduğunu göstərir.

Həkkaklıq və heykəltəraşlıq nümunələri Albaniya (Qafqaz) dövrü sənətində geniş yayılmışdır. Mingəçevir məbədinin (5-6 əsrlər) daş kapitelinin səthində müqəddəs dirilik ağacının sol və sağında üz-üzə dayanmış iki tovuz quşunun qabartma təsviri Albaniya (Qafqaz) dövrü heykəltəraşlığının ən kamil nümunələrindəndir.

Bədii metal məmulatlarının (torevtika) tərtibində də plastik formalara tez-tez təsadüf olunur. Mingəçevir, Torpaqqala və s. yerlərdən tapılmış gümüş camların, tuncdan hazırlanmış su qablarının üzərində maral, şir, tovuz quşu, buta təsvirləri verilmişdir. Bu dövrün dairəvi və qabartma heykəltəraşlıq nümunələrindən (tuncdan və daşdan) insan və heyvan təsvirləri, məişət, ov və dini ayinlərlə bağlı səhnələr üstün yer tutur. VII əsrdən başlayaraq islam dininin yayılması ilə bağlı Azərbaycanın qədim tarixi şəhərlərində - Qəbələ, Naxçıvan, Şamaxı, Bakı, Bərdə, Gəncə, Beyləqan, Təbriz, Marağa və Ərdəbildə memarlıq kompleksləri, saray, qəsr, məscid və türbələr inşa edilirdi. Həmin binaların dekorativ tərtibatında kalliqrafiya - kitabə, ornament, kaşı və qabartma elementlərindən geniş istifadə olunmuşdur. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan binalarda daş üzərində oyma sənəti nümunələri, həndəsi və nəbati naxışlar, Naxçıvan memarlıq məktəbini təmsil edən binaların dekorativ bəzəklərində isə şirli kərpicdən və kaşı bəzəklərindən ibarət ornament motivləri başlıca yer tutur.

Heykəltəraşlıq sənətinin ən məşhur nümunələri arasında XIII əsrdə Bakı limanında tikilmiş Şirvanşahların "Bayıl qəsri", yaxud "Səbayıl" adlanan memarlıq abidəsi üzərindəki yazı və qabartma təsvirləri binanın dekorativ tərtibində həlledici rol oynamışdır. "Bayıl daşlarında" yazılarla birlikdə insan və heyvan (pələng, dəvə, at, öküz, quş) təsvirləri dərin oyma üslubunda işlənmişdir. Friz xarakteri daşıyan "Bayıl daşları" vaxtilə quruda yerləşən möhtəşəm memarlıq abidəsinin dekorativ elementini təşkil etmişdir.

Orta əsrlərdə Azərbaycan təsviri sənəti dekorativ tətbiqi sənətlə vəhdət təşkil etmiş, Gəncə, Beyləqan və digər şəhərlərdən tapılmış keramika nümunələri üzərində nəbati və həndəsi ornamentlərlə yanaşı, iti caynaqlı quşu, yaxud vəhşi heyvanı oxla vuran cəngavər təsvir edilmişdir. Bu dövr Azərbərbaycan İntibah mədəniyyəti Nizami Gəncəvinin yaradıcılığı ilə sıx bağlı olmuş, o, poemalarında memar, heykəltəraş, nəqqaş və rəssam obrazları yaratmışdır (Fərhad, Şapur, Simnar).

Teatr sənətinin yaranması və inkişafı
Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik "Sayaçı", "Novruz", "Gəvsəç" kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir. "Novruz" mərasiminin mühüm epizodunu təşkil edən "Kosa-kosa" oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən maska taxan aktyor vardır. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan "Xan-xan", "Mütriblərin rəqsi", "Gəlinlə qayınananın deyişməsi" və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində, "Zorxana" səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan "Yuğ" mərasimində də meydan teatrı ünsürləri güclü olmuşdur.
Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış "Kosa-kosa", "Qaravəlli" (meydan teatrı formalarından biri), "Kilimarası", "Şah Səlim" (kukla tamaşaları) və s. Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Bu tamaşa biçimlərindən bir qismi sabit süjet üzərində qurulduğundan oyun xarakteri daşıdığı halda, başqa qismi xırda məzhəkələrdən ibarət repertuara malik olub, Azərbaycan xalq teatrının daha yetkin mərhələsini təşkil edirdi.

Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar (farslar) təşkil etmişdir. "Kosa-gəlin", "Tapdıq çoban", "Tənbəl qardaş" (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda, əsasən, kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə, satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.

Şiəliyi rəsmi dini təriqət kimi müdafiə edən Səfəvilər dövründə (XVI yüzil) xalqın şüuruna təsir göstərmək üçün müxtəlif vasitələrə əl atmışdır. Bu dövrdən "Şəbih" dini tamaşası geniş yayılmışdı. "Şəbih"lər Azərbaycanda professional teatrın yaranmasına səmərəli təsir göstərməklə yanaşı bir çox sənətçilərin səhnəyə gəlməsinə müəyyən imkan yaratmışdır.

Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.
Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun (Gorani) yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.

Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını ("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oynayırdılar.

M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır (Azərbaycan dilində). Qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi N.Vəzirov, B.Bədəlbəyov, Ə.Vəlibəyov, F.Köçərli, H.Sarıcalinski, Muxtar Muradov, İ.Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədquluzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qənizadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüvvətləndirərək, truppa halına saldılar və bu truppa 1888 ildən artıq müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı.

1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda özü də bir çox tamaşalarda baş rolları oynayırdı.1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların - M.F.Axundov, N.Vəzirov, H.Vəzirov, N.Nərimanov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə və başqalarının pyeslərindən tərtib olunur, həmçinin rus (N.V.Qoqol, İ.S.Turqenev, L.N.Tolstoy) və Qərbi Avropa (V.Şekspir, F.Şiller, H.Heyne, J.B.Molyer) klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi. M.F.Axundovun komediyaları ilə yanaşı, N.Vəzirovun "Müsibəti Fəxrədin", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadanlıq", "Nadir şah" pyeslərində feodal adətlər, mülkədar-kapitalist quruluşunun zülm və despotizmi cəhalətpərəstlik ifşa olunurdu.

1906-cı ildə Bakıda "Müsəlman dram artistləri" şirkəti yaradıldı. "Şirkət"ə məşhur teatr xadimi C.Zeynalov rəhbərlik edirdi. Təqiblərə, maddi çətinliklərə baxmayaraq, "Şirkət" arası kəsilmədən tamaşalar verir, repertuarını genişləndirirdi. Bu illərdə Bakının fəhlə rayonlarında tamaşalar göstərən dram dərnəkləri və teatr trppaları ("Balaxanı dram dərnəyi", "Həmiyyət") təşkil edildi. "Təkamül" qəzeti yanında yaradılmış "Həmiyyət" truppasının heyətində onun bilavasitə təşkilatçısı M.A.Əliyevdən başqa Ə.Rzayev, C.Hacınski və b. var idi. Truppanın üzvləri həm tamaşa hazırlayır, həm də tamaşaçı yığırdılar. Yaxşı bina tutmağa vəsait olmadığından, tamaşalar ticarət passajının "Qranvio" adlı salonunda verilirdi. 1906-cı ildə burada N.Nərimanovun "Nadanlıq" pyesi oynanmışdı. 1905 il inqilabından sonra Bakıda bir sıra "cəmiyyətlər" yaradılmasına icazə verilir, qabaqlar gizli fəaliyyət göstərən cəmiyyətlər açığa çıxırdı. Bunlardan biri də "Nicat" mədəni-maarif cəmiyyəti idi. 1907 ildə bu cəmiyyətin yanında teatr truppasının təşkil edilməsi həmin dövr teatr həyatında mühüm rol oynadı. 1908-ci ildə "Nicat" cəmiyyəti yanında H.Ərəblinski, S.Ruhulla, Ə.Vəli kimi professional aktyorları birləşdirən vahid dram truppası yaradıldı; onun daimi qarderobu, rekviziti var idi. Truppa həftədə bir-iki dəfə Tağıyev teatrında, həm də fəhlə rayonlarında tamşalar verirdi. Ə.Haqverdiyevin "Bəxtsiz cavan", "Ağa Məhəmməd şah Qacar", N.Nərimanovun "Nadir şah", N.Vəzirovun "Pəhləvanani-zamanə", Ş.Saminin "Qaveyi ahəngar", F.Şillerin "Qaçaqlar", N.Neynenin "Əlmənsur", V.Şekspirin "Otello", J.B.Molyerin "Zorən təbib", N.V.Qoqolun "Müfəttiş", "Evlənmə", L.N.Tolstoyun "Əvvəlinci şərabçı" kimi pyesləri məhz bu dövrdə Azərbaycan teatrının repertuarında mühüm yer tutdu.

1910-cu ildə "Səfa" adlı yeni mədəni maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. "Səfa" cəmiyyətinin dram truppası "Nicat"a nisbətən xeyli zəif idi. Ancaq "Nicat"ın aktyorları tədricən "Səfa"ya keçirdilər. Cəmiyyətin işində D.Bunyadzadə, şair Səməd Mənsur, aktyorlardan C.Zeynalov, A.M.Şərifzadə fəal iştirak edir, teatr tamaşalarına "Nicat"dan H.Ərəblinski, M.A.Əliyev, S.Ruhulla, H.Sarabski və b. vaxtaşırı dəvət olunurdular. "Səfa" cəmiyyətinin truppası tamaşa verməkdən başqa, teatın həyatı ilə bağlı mədəni-maarif işləri ilə də məşğul olurdu. 191-cu ildə truppa C.Zeynalovun səhnə fəaliyyətinin 25 illiyini, 1911-ci ildə M.F.Axundovun anadan olmasının 100 illiyini, 1913-cü ildə isə N.Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyini təntənə ilə qeyd etmişdi. "Şəfa" truppasının işində nəzəri cəlb edən cəhətlərdən biri də onun istər Azərbaycanın şəhər və kəndlərində, istərsə də daha geniş dairədə (Güney Qafqaz, Orta Asiya, Quzey Qafqaz, İran şəhərlərində, Həştərxanda, Kazanda və s.) qastrol tamaşaları təşkil etməsi idi. Ümumiyyətlə istər "Nicat", istərsə də "Səfa" cəmiyyətləri Azərbaycan teatrının təşkilat və yaradıcılıq baxımından möhkəmləndirilməsində müəyyən rol oynadılar. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu. Musiqili tamaşalarda H.Sarabski, M.Məmmədov (Bülbül), H.Hacıbababəyov, H.Terequlov, M.Bağırov, Ə.Ağdamski kimi opera müğənniləri ilə yanaşı, əsasən dram aktyorları H.Ərəblinski (rej. kimi) Ə.Hüseynzadə, H.Abbasov, A. və Y.Olenskayalar, R.Darablı, Ə.Anaplı və b. çıxış edirdilər. Musiqili teatr və dram teatrları arasında dəqiq bölgü aparılmamış, truppaların repertuarına həm dram, həm də musiqili əsərlər daxil edilmişdi (1910 illərdə musiqili tamaşalar üstünlük təşkil edirdi).

1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Aktyorların çoxu qastrol səfərlərində idi. Yalnız Ü. və Z.Hacıbəyov qardaşlarının truppası nisbətən müntəzəm fəaliyyət göstərirdi.

Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq, eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.

Azərbaycan kino sənətinin tarixi 1898-ci il avqustun 2-dən başlayır. İlk filmlər fotoqraf və nasir A.M.Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi. 1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə M. Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı. Filmi çəkmək ücün Peterburqdan rejissor B.N.Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Filmdə Lütfəli bəy rolunu H.Ərəblinski oynamışdır.1916-cı ildə Bakıda Ü.Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. 1919-cu ildə isə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi. 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu. AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi. 1924-cü ildə AFKİ ikiseriyalı "Qız Qalası əfsanəsi" (rejissor V.V. Vallyuzek) adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər. Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925 ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi. C.Cabbarlı, M.Mikayılov, Ə.Tahirov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya V.İ.Pudovkin, İ.A.Sevçenko, N.M.Şenqelaya, M.E.Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Q.M.Lemdeq, V.R. Lemke, A.V.Qalperin, İ.S.Frolov, Ə.M.Feldman, L.L.Kosmatov, V.M.Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, C.Cabbarlı, A.M.Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər. AFKİ sonralar "Azdövlətkino" (1926-1930), "Azərkino" (1930-1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935-1940), "Bakı kinostudiyası" (1941-1959) kimi adlar daşımışdır, 1961-ci ildən C.Cabbarlı adına "Azərdaycanfilm" kinostudiyası adlanır. Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah" (1925, rejissorlar A.M.Şərifzadə, A.Valovo), "Vulkan üzərində ev" (1929, rejissor A.İ.Bek-Nazarov, "Ermənikino" ilə birqə), "Hacı Qara" (1929, rejissor A.M.Şərifzadə) kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" (1929, rejissor A.İ.Bek-Nazarov) həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir. XX əsrin 20-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi. 1920 ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü" (1923), "Suraxanı neft mədənlərində yanğın" (1923) "Nəriman Nərimanovun dəfni" (1925), "M.Frunzenin Bakıya gəlməsi" (1925) və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı. 1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov və b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir. 30-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət" (1930, 1934, rejissor M.Mikayılov), "Almaz" və "Yeni horizont" (1936, 1940, rejissorlar A.Quliyev, Q.M.Braqinski), "Bakılılar" (1938, rejissor V.V.Turin), "Kəndlilər" (1940, rejissor S.Mərdanov) və s.

Dünya mədəniyyətinin yaranma tarixi insan cəmiyyətinin formalaşması ilə eyni dövrə təsadüf edir. Hələ min illər bundan öncə ibtidai insan özü də fərqində olmadan rəssamlıq, müsiqi, ədəbiyyat, teatr kimi incəsənət növlərinin ilkin rüşeymlərini yaratmışdır. Cəmiyyət inkişaf etdikcə sənət sahələri də təkminləşərək, cilalana-cilalana günümüzə qədər gəlib çıxmışdır.

Bu gün sürətli şəkildə inkişaf edən və ən geniş yayılmış sənət növlərindən biri olan kino incəsənətin nisbətən gənc sahələrindən hesab edilir. Belə ki, Kinonun yaranma tarixi 1895-ci il dekabrın 28-də Parisdə Lümyer qardaşları tərəfindən çəkilmiş kinosüjetlərın ilk nümayişindən başlayır.

Azərbaycan xalqının əsrlər boyu dünya mədəniyyətinin inkişafı və mədəni sivilizasiya ilə sıx bağlılığının daha bir göstəricisidir ki, dünyada kino ya­ra­ndıq­dan qısa müddət sonra, 1898-ci ildə fransız əsilli fotoqraf və kinooperator Aleksandr Mişon tərəfindən ilk dəfə Azərbaycanda yerli mövzuda "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir-neçə sənədli kinosüjetlər çəkilməyə başlanmış və Azərbaycan kinematoqrafının əsası qoyulmuşdur. Həmin il avqustun 2-də bu filmlər xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara nümayiş etdirilmişdir.

XX əs­rin əv­vəl­lə­rin­də sovet inqilabına qədər Azərbaycanda əsasən “Arvad”, “Ar­vad­lar ər­lə­rini mən­səbə necə çat­dı­rır­lar”, “Ayaq­ya­lın mə­həb­bət”,  “Ölü­münə bir saat qal­mış”, “Ar­şın mal alan” (rejissor Boris Svetlov), “Nef­tin çı­xa­rıl­ması” (operator Vasili Amaşukeli), “Ba­kıda xalq azad­lığı bay­ramı” və s. bədii və sənədli filmlər çəkilmişdir. 
İbrahim bəy Musabəyovun eyni adlı əsərinin motivləri əsasında 1916-cı ildə ekranlaşdırılan “Neft və mil­yon­lar səl­tə­nə­tin­də” (rejissor Boris Svetlov) filmi isə Azərbaycanın ilk tammetrajlı bədii filmi kimi tarixə düşmüşdür. Filmdə Lütfəli bəy rolunda məşhur aktyor Hüseyn Ərəblinski çəkilmiş və bu rol onun adını ilk azərbaycanlı kino aktyoru kimi tariximizə yazmışdır. 1980-ci ildə bu əsərə yenidən müraciət edilmiş və sözügedən filmin “Qızıl uçu­rum” (rejissor Fikrət Əliyev) adlı remeyki çək­miş­dir.

Azərbaycan 1920-ci ildə XI Qırm­ızı Ordu tə­rə­fin­dən iş­ğal olu­nan­dan son­ra öl­kədə kino ta­ri­xi­nin yeni döv­rü baş­lamışdır. Ki­ne­ma­toq­raf yeni ideo­lo­gi­ya­nın - so­vet hö­ku­mə­ti­nin güc­lü təb­li­ğat va­si­tə­sinə çev­rilmişdir. Re­por­taj sə­ciy­yəli “XI Qırm­ızı Ordu his­sə­lə­ri­nin Ba­kıya gə­lişi”, “So­vet Azər­bay­ca­nı­nın 1-ci il­dö­nümü” (operator Kosiçkin), “Ba­kıda Şərq xalq­la­rı­nın 1-ci qu­rul­tayı”, “Pyotr mey­da­nın­da iməci­lik” və s. xro­ni­kal lent­lər So­vet Azər­bay­canı ki­no­su­nun ilk nü­mu­nə­lə­ri­dir.

1923-cü il ap­re­lin 28-də Ba­kıda Azərbaycan Foto-Kino İda­rəsi nəz­din­də 1-ci Döv­lət Ki­no­fab­ri­ki­nin rəs­mi açı­lışı olmuşdur. Kinofabrikdə çəkilən ilk film isə 1924-cü ildə  ekranlara  çıxan  2  se­ri­yalı  “Qız qa­lası” (rejissor Vladimir Ballyuzek) bədii filmi olmuşdur. Kinofabrik sonralar “Az­döv­lət­kino”, “Azər­kino”, “Azər­film”, “Az­döv­lət­ki­no­sə­naye”, “Bakı” kinostudiyası, 1958-ci ildən isə “Azər­bay­can­film” kinostudiyası ad­lan­dı­rıl­mış­dır. 1959-cu il­dən kinostudiya Cəfər Cab­bar­lı­nın adını da­şı­yır.

XX-əsrin 20-30-cu il­lər­ində Ki­no­fab­rik­də əsasən ya­xın keç­mi­şin ta­rixi ha­di­sə­ləri, qa­dın azad­lığı, öl­kədə ge­dən də­yi­şik­liklər, xurafat və cəhalətə qarşı mübarizə, inqilab  mövzularında “Bis­mil­lah”, “Hacı Qara” (rejissor Abbas Mirzə Şərifzadə), “Müxtə­lif sa­hil­lər­də” (rejissor Aleksandr Litvinov), “Sevil” (rejissor Aleksandr Bek-Nazarov), “Lətif”, “İsmət” (rejissor Mikayıl Mikayılov), “26 ko­mis­sar” (rejissor Nikolay Şengelaya), “Almaz” (rejissorlar Ağarza Quliyev və Qriqori Braginski), “Ba­kı­lı­lar” (rejissor Viktor Turin), “Kənd­li­lər” (rejissor Səməd Mərdanov) kimi bədii, “Azər­bay­cana sə­ya­hət” (rejissor Abbas Mirzə Şərifzadə), “Pam­bıq” (rejissorlar İvan Tartakovski, Aleksandr Popov), “Azər­bay­can­da ipək­çi­lik sə­na­yesi” (operator V.Lamke), “Atəş­pə­rəst­lər mə­bədi” (rejissor İvan Tartakovski), “Kü­lək­lər şə­həri” (rejissor Ostrovski) “Hər­bi də­niz­çi­lə­rin hə­yatı”, “Xə­zər gə­mi­çi­liyi”, “Azər­bay­can­da çə­yirt­kə ilə mü­ba­rizə” və s. sənədli filmlər çəkilmişdir. Abbas Mirzə Şərifzadənin 1925-ci ildə lentə aldığı “Bismillah” filmi azərbaycanlı kinorejissor tərəfindən çəkilmiş ilk bədii film kimi tarixə düşmüşdür.  

Keçən əsrin 30-cu il­lərind­ə Azərbaycan ki­no­sun­da üç ha­disə xü­su­silə diq­qəti cəlb edir: 

Bi­rin­cisi, Azərbaycanda ilk dəfə animasiya ki­no­su­nun əsası qo­yul­muşdur. Belə ki, 1933-cü ildə “Cat” təlimat filmində animasiyadan istifadə edilmiş, 1935-ci ildə isə  “Abbasın bədbəxliyi” adlı animasiya filmi çə­kil­miş­dir.

İkin­cisi, 1935-ci ildə kinomuzun ilk səs­li bədii filmi olan “Mavi də­ni­zin sa­hi­lin­də” (rejissor Boris Barnet) kinokomediyası lentə alınmışdır.

Üçün­cüsü, 1937-ci ildə ölkədə ilk dəfə film­lə­rin Azərbaycan di­lin­­də səs­lən­di­ril­mə­sinə baş­lan­mış, bü­tün SSRİ-də məş­hur olan “Ça­pa­yev” bədii filmi dilimizə dubl­yaj edil­miş­dir.

1940-cı illər filmlərinin əsas mövzusunu vətənpərvərlik, müharibə kimi mövzular təşkil etmişdir. Sənədli kinoya daha çox müraciət olunduğu bu dövrdə    “Və­tən uğ­run­da” (rejissor Əbdül Həsənov), “Biz Ba­kını mü­dafiə edi­rik” (rejissor Niyazi Bədəlov), “416-cı” (rejissor Cavanşir Məmmədov), “Bakı dö­yü­şür” (rejissor Muxtar Dadaşov), “Qə­ləbə bay­rami” (rejissor Mikayıl Mikayılov), “Fətəli xan” (rejissor Yefim Dziqan), “Sov­qat” (rejissorlar Niyazi Bədəlov, Hüseyn Seyidzadə), “Bir ailə” (rejissorlar Rza Təhmasib, Mikayıl Mikayılov), “Sual­tı qa­yıq T-9” (rejissor Aleksandr İvanov) sənədli və bədii filmlər çəkilmişdir. Dövrün ən böyük kino hadisəsi isə 1945-ci ildə Üzeyir Ha­cı­bə­ylinin “Ar­şın mal alan” mu­si­qili ko­me­di­yasının rejissorlar Rza Təhmasib və Nikolay Leşenko tərəfindən yenidən ek­ran­laş­dırılması olmuşdur. Kino tariximizin incilərindən hesab olunan fil­m bugünədək dünyanın 130-dan çox ölkəsində uğurla nümayiş etdirilmişdir. Hə­min mu­si­qili ko­me­diya 1965-ci ildə 3-cü dəfə də ek­ran­laş­dı­rıl­mışdır.

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi XX əsrin 50-ci illərinin ortalarına təsadüf edir. Həmin dövrdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bi­tir­miş bir çox azərbaycanlı kinematoqrafçılar “Bakı” kinotudiyasında fəa­liy­yətə baş­lamşdır. Bun­la­rın ara­sın­da Həsən Se­yid­bəy­li, Əjdər İb­ra­hi­mov, Şamil Mah­mud­bə­yov, Lətif  Sə­fə­rov, Tofiq Ta­ğı­zadə, Ənvər Məmmədxanlı, İmran Qasımov, Xan Ba­ba­yev, Rasim Oca­qov, Kamil Nə­cəf­zadə kimi sonradan kino tariximizdə silinməz izlər qoyacaq şəxslər var idi. 1950-ci il­lə­rin ikin­ci ya­rı­sın­dan bir-birinin ardınca “Görüş” (rejissor Tofiq Tağızadə), “Bəx­ti­yar” (rejissor Lətif Səfərov), “O ol­ma­sın, bu olsun” (rejissor Hüseyn Seyidzadə) “Qız­mar gü­nəş al­tın­da” (rejissor Lətif Səfərov), “Onun bö­yük ürəyi” (rejissor Əjdər İbrahimov), “Uzaq sa­hil­lər­də” (rejissor Tofiq Tağızadə), “Ögey ana (rejissor Həbib İsmayılov), “Bir qa­la­nın sirri” (rejissor Əlisəttar Atakişiyev) və s. kimi filmlər istehsal edilmişdir. Bu filmlərdən “O ol­masın, bu olsun” kinokomediyası ilk milli rəngli bədii film kimi kino tariximizə daxil olmuşdur.

XX əsrin 60-70-ci illərini Azərbaycan ki­nosunun intibah dövrü adlandırmaq olar. Bu dövrdə çəkilmiş filmlərdə tarixə və müasir hə­yata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənc­lə­rin formalaşması, mənəvi-əxlaqi problemlərin  qaldırılması və s. məsələlər əsas yer tutmuşdur. Həmin filmlərdən “Te­le­fon­çu qız”, “Bi­zim Cə­biş müəl­lim”, “Nə­simi” (rejissor Həsən Seyidbəyli), “Dəli Kür”, “Ye­nil­məz ba­tal­yon” (rejissor Hüseyn Seyidzadə), “Şə­rik­li çörək”, “Qaraca qız” (rejissor Şamil Mahmudbəyov), “Bir cənub şəhərində”, “Babək” (rejissor Eldar Quliyev), “Yed­di oğul is­tə­rəm”, “Dədə Qor­qud” (rejissor Tofiq Tağızadə), “Axı­rın­cı aşı­rım” (rejissor Kamil Rüstəmbəyov), “Gün keçdi” (rejissor Arif Babayev), “Tütək səsi”, “İs­tin­taq” (rejissor Rasim Ocaqov), “Dəniz”, “Qo­bus­tan”, “Bu hə­qi­qə­tin sə­si­dir. Bəs­tə­kar Qara Qa­ra­yev” (rejissor Oktay Mir-Qasım), “Bül­bül” (rejissor Musa Bağırov), “Öm­rün sə­hi­fə­ləri” (rejissor Rauf Nağıyev) və s. bədii və sənədli kino xəzinəmizin qiymətli incilərini göstərmək olar. Bu dövrdə kinoda öz sözünü demiş kinematoqrafçılarla yanaşı Anar, Elçin, Alla Axun­dova, Yusif Sə­mə­doğ­lu, Ramiz Fə­tə­li­yev, Arif Ba­ba­yev, Eldar Qu­li­yev, Oktay Mir­-Qa­sı­m, Yalçın Əfən­di­yev, Tofiq İs­ma­yı­lov, Gülbəniz Əzim­zadə, Zaur Mə­hər­rə­mov, Rasim İs­ma­yı­lov, Mayis Ağa­bə­yov, Həsənağa Tu­ra­bov, Şəfiqə Məm­mə­dova, Həsən Məm­mə­dov, Şahmar Ələk­bə­rov, Rasim Ba­la­yev kimi yeni bir nəs­lin kinoya gəlişi canlanmaya səbəb olmuşdur.

Qeyd etdiyimiz kimi, Azərbaycanda animasiya kinosu müharibədən əvvəl  yaransa da bu sa­hə­də dönüş XX əsrin 60-cı illərinin sonundan başlamışdır. 1968-ci ildə “Azərbaycanfilm”də animasiya sexi yaradıldıqdan sonra “Fitnə”, “Bahar əyləncələri”  (rejissor Ağanağı Axundov), “Dın­qıl, sazım, dın­qıl” (rejissorlar Məsud Pənahi, Hafiz Əkbərov), “Me­şəyə in­san gəlir” (rejissor Hafiz Əkbərov), “Göyçək Fat­ma” (rejissor Nazim Məmmədov), “Gəl­di Kosa” (rejissor Arif Məhərrəmov), “Yalançı çoban” (rejissor Bəhmən Əliyev) və s. onlarla cizgi filmi çəkilmişdir. 1993-cü ildən “Azanfilm” müstəqil dövlət studiyası kimi fəaliyyətini davam etdirmiş və bu illər ərzində “Basat və Təpəgöz”, “Ən güclü kimdir?”, “İt sərgisi” (rejissor Arif Məhərrəmov), “Ca­van­şir” (rejissor Elçin Axundov), “Balaca ev” (rejissor Aleksandra Şirinova), “Köhnə saat” (rejissor Cavid Əhədov), maarifləndirici xarakterli “Əlifba” (rejissor Aleksandra Şirinova), “Rənglər”,“Saylar” (rejissor Yusif Quliyev)  və s. animasiya filmləri istehsal etmişdir. 

Azərbaycan ki­nosu ya­ra­nan­dan bir qə­dər son­ra di­gər janr və növ­lər  kimi, uşaq ki­nosu da kino iş­çi­lə­ri­nin diq­qət mər­kə­zin­də olmuşdur. Müx­tə­lif il­lər­də “Dost­lar” (rejissor Ağarza Quliyev) “Rəqs edən ba­ğa­lar”, “Də­cəl dəstə” (rejissorlar Aleksandr Popov, Qəmər Salamzadə), “Mən nəğmə qo­şu­ram” (rejissor Tofiq İsmayılov), “Qa­la­dan ta­pı­lan mücrü”, “Tək­cə adanı özün­lə apara bil­məz­sən” (rejissor Gülbəniz Əzimzadə), “Gəmi saa­tı­nın sirri” (rejissor Rüfət Şabanov), “Asif, Vasif, Aqa­sif” (rejissor Rasim İsmayılov), “Dərs” (rejissorlar Rafiq Əliyev, Cavid Təvəkkül) və s. uşaq film­ləri çə­kil­miş­dir. Ki­ne­ma­toq­raf­çı­la­rı­mı­zın ya­rat­dıq­ları, “Bir qa­la­nın sirri”, “Sehr­li xalat”, “Qə­rib cin­lər di­ya­rın­da” (rejissor Əlisəttar Atakişiyev), “Şir ev­dən getdi” (rejissor Rasim İsmayılov), “Əzab­lı yol­lar” (rejissor Tofiq İsmayılov) film-na­ğıl­ları bu gün də uşaq­la­rın sevə-sevə bax­dıq­ları kino əsər­lə­ri­dir. 

“Mo­za­lan” sa­ti­rik kinojurnalı 1970-ci il­dən fəa­liy­yət gös­tə­rir. Bu günə kimi onun 200-ə ya­xın nöm­rəsi işıq üzü gör­müş­dür. Kinojurnalın xüsusən, son illər çəkilmiş nömrələri internet məkanında tamaşaçılar tərəfindən böyük maraqla qarşılanaraq 100 minlərlə izləyici toplamışdır.

1980-ci illərdə Azərbaycan kinosu “Ölsəm, ba­ğışla...” (rejissor Rasim Ocaqov), “Ya­ra­­maz” (rejissor Vaqif Mustafayev), “Şey­tan göz qa­ba­ğın­da” (rejissor Oktay Mir-Qasım), “Bağ möv­sümü” (rejissor Tofiq Tağızadə), “Sa­hil­siz gecə” (rejissor Şahmar Ələkbərov), “Atları yəhərləyin” (rejissorlar Əbdül Mahmudov, Həsənağa Turabov), “Gü­müş­göl əf­sa­nəsi” (rejissor Eldar Quliyev), “Ötən ilin son ge­cəsi” (rejissor Gülbəniz Əzimzadə), “Bəyin oğurlanması” (rejissor Ceyhun Mirzəyev, Vaqif Müstafayev), “Yol Əhvalatı” (rejissor Teymur Bəkirzadə) “Sə­fil­lər” (rejissor Cahangir Zeynallı), “Ölü zona” (rejissor Rauf Nağıyev), “Ata” (rejissor Ayaz Salayev) “Köç” (rejissor Zaur Məhərrəmov), “Ba­la­ban” (rejissor Xamis Muradov) və digər bədii və sənədli fimlərlə daha da zənginləşmişdir.

Məlum olduğu kimi kollektiv sənət sahəsi olan kino bir çox peşə sahiblərinin birgə fəaliyyəti nəticəsində meydana gəlir. Məhz ona görədir ki, Azərbaycan kinosunun inkişafında rejissorlarla yanaşı Cəfər Cab­bar­lı, İmran Qa­sı­mov, Mehdi Hüseyn, Anar, Elçin, İb­ra­him­bə­yov qar­daş­ları, İsa Hü­sey­nov, Ramiz Fə­tə­li­yev, Natiq Rə­sul­zadə, Orxan Fikrətoğlu, İlqar Fəhmi və s. kinodramaturqların, Xan Babayev, Əsgər İsmayılov, Arif Nə­ri­man­bə­yov, Teyyub Axun­dov, Rafiq Qəm­bə­rov, Vladimir Kon­ya­gin, Cavanşir Məm­mə­dov, Zaur Mə­hər­rə­mov, Valeri Kə­ri­mov, Kənan Məm­mə­dov, Mirzə Mustafayev, Leonid Koretski, Vladimir Zbudski, Ələsgər Ələkbərov, Tofiq Sultanov, Faiq Qasımov, Sərdar Vəliyev, Şərif Şərifov, Rafiq Quluyev, Amin Novruzov, Rafiq Əliyev, Nizami Abbas, Nadir Mehdiyev kimi operatorların, Üzeyir Hacıbəyli, Qara Qa­ra­yev, Fikrət Əmi­rov, Ni­yazi, Tofiq Qu­li­yev, Rauf Hacıyev, Cahangir Cahangirov, Polad Bül­bü­loğ­lu, Arif Mə­li­kov, Rafiq Ba­ba­yev, Xəyyam Mir­zə­zadə, Emin Sa­bi­toğ­lu, Müslüm Ma­qo­ma­yev, Vasif Adı­gö­zə­lov, Firəngiz Əlizadə, Aqşin Əlizadə, Fərəc Qarayev, Səyavuş Kərimi, Cavanşir Quliyev, Rauf Əliyev, Aydın Əzim Kərimoğlu, Firudin Allahverdi və s. bəstəkarların, Nadir Zeynalov, Cəbrayıl Əzi­mov, Elbəy Rza­qu­li­yev, Məmməd Hü­sey­nov, Fikrət Ba­ğı­rov, Kamil     Nə­cəf­zadə, Mayis Ağa­bə­yov, Rafiz İs­ma­yı­lov, Firəngiz Qur­ba­nova, Rafiq Nəsirov, Fikrət Əhədov, Bədurə Əfqanlı, Tatyana Əmirova, Tamilla Dağıstanlı, Adil Azay, Əziz Məmmədov, Fikrət Ələkbərov kimi rəssamların və digər peşə sahiblərinin böyük xidmətləri olmuşdur.

1987-ci ildə yaradılmış “Debüt” eks­pe­ri­men­tal-gənc­lik ya­ra­dı­cı­lıq stu­di­ya­sı bu gün də fəaliyyətini uğurla davam etdirərək qı­sa­met­raj­lı bədii və sə­nəd­li filmlər istehsal edir. Studiyada yalnız son 10 il ərzində 18 qısametrajlı bədii film çəkilmişdir.
1988-ci ildə “Azər­bay­can­film”in nəz­din­dəki xro­ni­kal-sə­nəd­li film­­lər birliyinin   ba­za­sın­da 3 stu­diya – “Sal­namə”, “Yad­daş” və “Ra­kurs” təş­kil olun­muşdur. 1993-cü il­dən bun­lar­dan yal­nız ikisi – “Sal­namə” və “Yad­daş” döv­lət sə­nəd­li film­lər stu­di­yası sta­tusu ilə fəa­liy­yət­lə­rini da­vam et­dirmiş, bu studiyalarda milli-mənəvi dəyərlərimizə, tarix-mədəniyyət abidələrimizə, adət-ənənələrimizə, tarixi şəxsiyyətlərimizə və s. həsr olunmuş yüzlərlə sənədli film istehsal edilmişdir.

Qeyd etdiyimiz kimi ölkəmizdə kino dublyajına 1937-ci ildə “Çapayev” bədii filmi ilə başlanılmışdır. Sovetlər dövründə hər il “Azər­bay­can­film” kinostudiyasının dubl­yaj şö­bə­sin­də on­lar­la film Azərbaycan di­linə dubl­yaj olu­nmuşdur. Sözügedən şöbə yal­nız xa­rici film­lə­rin di­li­mizə tər­cümə olun­ması ilə ki­fa­yət­lən­məmiş­, kinostudiyada is­teh­sal olu­nan bir çox film­lərin rus dil­ində səs­lən­dirilməsini də həyata keçirmişdir. “Azərbaycanfilm”in Dubl­yaj şö­bəsi 1994-cü il­dən “Dublyaj” stu­di­yası kimi fəa­liy­yət gös­tə­rmişdir.

XX əsrin 90-cı illərində sovetlər birliyi dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi kinoda da durğunluq yaranmış, is­teh­sal olun­an film­lə­rin sayı xey­li azal­mış­dır. Məlum olduğu kimi, Azərbaycan milli kino­su­nun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiyal­larının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ölkədə elm-təhsil, səhiyyə, idman, iqtisadi-sosial və digər sahələrlə yanaşı mədəniyyət sahəsinin də inkişafı istiqamətində ciddi tədbirlərin həyata keçirilməsinə başlamışdır. Ümummilli Lider ilk öncə sahənin inkişafı üçün hüquqi bazanın möhkəmləndirilməsini əsas pirioritet seçmişdir. Bu illərdə “Mədəniyyət haqqında”, “Kinematoqrafiya haqqında”, “Kinematoqrafiya sahəsində əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə”, “Birgə kino istehsalı haqqında Avropa Konvensiyasına qoşulmaq barədə”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Kitabxana işi haqqında”, “Memarlıq fəaliyyəti haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi, “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanlarının imzalanması deyilənlərin əyani sübutudur.

Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə təsdiq edilən “Kinematoqrafiya haqqında” Qanun kinematorafiyaya dövlət himayəsinin formalarını, kinematoqrafiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirmiş, incəsənətin spesifik növü olan kinematoqrafiyanın qorunması və inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə hüquqi təminat yaratmışdır. 

Beləliklə, Ulu Öndər çətin günlərini yaşayan milli kinonu öz himayəsinə götürərək dövlət qayğısı altına aldı. Məhz bu qayğının nəticəsində Azərbaycan kinosu yenidən inkişaf etməyə başladı. Bu illərdə Rasim Ocaqov “Təh­minə”, “Həm ziyarət, həm ticarət”, Şahmar Ələkbərov “Qəzəlxan”, Oktay Mir-Qasım “Ovsunçu”, Gülbəniz Əzimzadə “Qətl günü”, Ceyhun Mirzəyev “Fəryad”, Vaqif Mustafayev “Hər şey yaxşılığa doğru”, Ayaz Salayev “Yarasa”, Yavər Rzayev “Sarı gəlin”, Cəmil Quliyev “Ki­norejissor Arif Babayev”, Şamil Nəcəfzadə “Ağ-qara dün­ya” və s. kimi real hə­yatı əks et­di­rən, müa­sir es­te­tik tə­ləb­lərə ca­vab ve­rən bədii və sənədli filmlər çəkmişlər. Təsadüfi deyil ki, “Azərbaycanfilm” kinostudiyasında müxtəlif vaxtlarda istehsal olunmuş bəzi filmlərin sovet ideologiyasına tam cavab vermədiyi üçün və yaxud başqa subyektiv səbəblərdən ekrana buraxılmamaq təhlükəsi yaranarkən kino işçilərinin köməyinə yenə də Heydər Əliyev gəlmiş və hər dəfə də kino sənətçilərinin haqlı mövqeyini müdafiə etmişdir. Bu qəbildən olan filmlərdən Eldar Quliyevin “Bir cənub şəhərində” Rasim Ocaqovun “İstintaq” filmlərinin ekran üzü görməsi də məhz Ulu Öndərin birbaşa köməkliyi ilə olmuşdur. Bundan əlavə, Həsən Seyidbəylinin “Nəsimi”, Eldar Quliyevin “Babək”, Tofiq Tağızadənin “Uzaq sahillərdə” filmləri Ulu Öndərin təşəkküsü ilə çəkilmişdir.

1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə milli və xarici filmlərin daimi qorunub saxlanılması üçün vacib olan Azərbaycan Dövlət Film Fondu yaradılmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”ına uyğun olaraq 2008-ci ildə Dövlət Film Fondu üçün yeni binanın tikintisinə başlanılmış və 2009-cu ildə bina istifadəyə verilmişdir. Ümumi sahəsi təxminən 6,6 min kvadratmetr olan Dövlət Film Fondunun 1-ci mərtəbəsində texniki avadanlıqlarla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 108 yerlik tamaşa salonu və yardımçı otaqlar yerləşir. Eyni zamanda, burada filmlərin komissiya tərəfindən qəbulu üçün ən müasir kinoproyeksiya, səs avadanlıqları və akustik sis­tem­lə təmin olunmuş otaq da ayrılmışdır. Fondun 3-cü və 4-cü mər­tə­bə­lə­ri isə müxtəlif növ  kino materiallarını saxlayan bokslardan iba­rət­dir. Fond 1999-cu ildən üzvü seçildiyi Beynəlxalq Kino Arxivləri Fe­de­ra­siyasının (FİAF) tövsiyələri əsasında beynəlxalq standartlara uyğun şə­ki­ldə fəaliyyət göstərir.

Dövlət Film Fondu öz işini beş istiqamətdə tənzimləyir: 1-ci istiqamət – Filmlərin bərpası və qorunması; 2-ci istiqamət – Milli və xarici ki­no sənətinin təbliği; 3-cü istiqamət – Arxiv material-faktlarının toplanması; 4-cü istiqamət – Elmi-tədqiqat və araşdırma işlərinin aparılması; 5-ci istiqamət – Beynəlxalq əlaqələr üzrə işlərin aparılması. Fondda 64.372 saxlanma vahidi həcmində film materialları, 20 minə yaxın müxtəlif fotosənədlər, 14 minə yaxın orijinal sənəd, ekspo­nat və materiallar (filmlərin ədəbi və rejissor ssenariləri, montaj vərə­qə­ləri, diplom və prizlər və s.) qorunub saxlanılır. Fondda eyni zamnda, kino tarixi ilə bağlı 12 mindən çox foto, dünyanın müxtəlif yerlərində istehsal edilən filmlərin fotoşəkilləri qorunur. Burada filmlərin qorunması ilə yanaşı, həmçinin, onlar üzə­rində sırf elmi əsaslarla tədqiqat işləri də aparılır. Nüsxələri Fransanın kino arxivindən gətirilərək Azərbaycan Dövlət Film Fondunda saxlanılan, hələ 119 il bundan öncə çəkilmiş, milli kinomuzun yaranma əsasını təşkil edən ilk xronikal kadrların (“Bibiheybətdə neft fontanı yanğını” və “Bala­xanıda neft fontanı”) aşkar edilməsi buna əyani sü­but­dur. 2009-cu ilin sonunda Dövlət Film Fondunda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq Uşaq Kino Evinin açılışı olmuşdur.

Dövlət Film Fondu ilə yanaşı 1930-cu ildə yaradılmış Azərbaycan Döv­lət Ki­no-Foto Sə­nəd­ləri Ar­xiv­ində də kino ilə bağlı qiymətli materiallar qorunub saxlanılır. Ar­xiv­də 20-ci əs­rin əv­vəl­lə­rin­dən Azərbaycanda is­teh­sal olu­nan xro­ni­kal-sə­nəd­li film­lər, kinoxronika və kinojurnallar, həm­çi­nin Azərbaycanın gör­kəm­li mə­də­niy­yət və in­cə­sə­nət xa­dim­lə­ri­nin şəx­si ar­xiv­ləri vardır. Ki­noya aid xü­susi ka­ta­loq­lar tər­tib edil­miş­ ar­xiv­də 20000 sax. vah. kino və 350000 sax. vah. foto sənədi saxlanılır.

Uzun illər sovet kinosu günü Azərbaycanda milli kino günü kimi qeyd edilib. Azərbaycan kinosunun yaranma tarixi isə 1916-cı il mayın 14-də “Neft və milyonlar səltənətində” bədii filminin ilk nümayişindən hesab olunmuşdur. Əslində isə, qeyd etdiyimiz kimi milli kinomuzun tarixi məhz 1898-ci il avqustun 2-dən, Aleksandr Mişonun çəkdiyi "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" sənədli kinosüjetlərin nümayişindən başlayır. 18 dekabr 2000-ci ildə Ulu Öndərin imzaladığı sərəncamla 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd edilir.

Sovet dövründə Azərbaycanda kino sahəsində dövlət siyasətini həyata keçirən Foto-Kino İdarəsi, Kinematoqrafiya İşləri üzrə İdarə, Kinematoqrafiya Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Kinematoqrafiya Komitəsi, “Azərkinovideo” İB kimi qurumlar fəaliyyət göstərmişdir. Sovetlər birliyi dağıldıqdan sonra dövlət kino siyasətinin “Azərkinovideo” İB tərəfindən həyata keçirildiyi 1990-cı illərdə kino sənayesi tənəzzül dövrünü yaşayıdı. Film istehsalı üçün dövlət büdcəsindən maliyyə ayrılmırdı. Artıq qeyd etdiyimiz kimi Ulu Öndərin hakimiyyətə qayıtdıqdan sonra kinonu yenidən dövlət himayəsinə götürməsi nəticəsində kino yenidən canlanmağa başladı. 2001-ci ildə ölkə Prezidentinin sərəncamı ilə “Azərkinovideo” İB ləğv edilərək kino sahəsində dövlət idarə­etmə funksiyası Mədəniyyət Nazirliyinə verilmişdir.   2006-cı ildə isə Mədəniyyət Nazirliyi ləğv olu­na­raq, onun əsasında Mədəniyyət və Turizm Nazirliyi yarandıqdan sonra kino siyasəti bu qurum tərəfindən həyata keçirlimişdir. Hazırda ölkədə kino siyasətinin tənzinlənməsi yenə də Mədəniyyət Nazirliyinin səlahiyyətindədir.

Müs­tə­qil­lik əldə etdik­dən son­ra ba­zar iq­ti­sa­diy­yatı şərai­tin­də ya­şa­yan Azərbaycanda 25-dən ar­tıq müs­tə­qil kom­mer­siya stu­di­yası və ki­no­şir­kəti, o cüm­lə­dən “TİS kino”, “Uni­ver­sal­bank”, “Qara Qa­ya­film”, “AMA­film”, “Günay”,    “Met­ro­pol”, “Bor­çalı”, “İn­ter­det”, “Qalafilm”, “TMT”, “İn­ki­şaf­bank”, “Aş­kar­film”, “Babək”, “Ocaq”, “Vahid”, “Rimur”, “Zeyncfilm”, “İn­ter­tu­ran”, “Bəri bax”, “Til­sim­film” və s. fəa­liy­yət gös­tə­rir­di. On­la­rın ək­sə­riy­yəti son­ra­dan ma­liy­yə ça­tış­maz­lığı səbəbindən öz fəa­liy­yə­tini da­yan­dır­malı olmuşdur. 

Bu gün isə ölkəmizdə kino sahəsində fəaliyyət göstərən 30-dan çox özəl prodüser mərkəzi vardır və onların sayı gündən-günə artmaqdadır. Bunlardan “Buta Film” şirkəti, “Qalafilm”, “Birlik”, “Ritm” prodakşn, “Ultra” prodakşn, “İmper qrup” prodakşn, “Exa” prodakşn, “Nərimanfilm” prodakşn, “Yeni dalğa” prodüser mərkəzi, “Sine Alyans”, “Bakı Film” kinostudiyası, “Sine X”, “AF media”, “Oksi media”, “İlk media”, “Run”, “Turan” prodakşn və s. göstərmək olar. Özəl studiyalar tərəfindən son 3-4 ildə 60-dan çox bədii film çəkilmişdir. Bu filmlər əsasən bədii keyfiyyəti aşağı olan kommersiya xarakterli komediyalardır. Bununla yanaşı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müstəqil studiyalarda çəkilmiş, yüksək bədii keyfiyyətə malik “Hökmdarın taleyi (rejissorlar Ramiz Fətəliyev, Dilşad Fatxulin), “Aktrisa” (rejissor Rövşən İsax), “Nəfəs” (rejissorlar Xəyyam Abdullayev, Elməddin Alıyev), “40-cı qapı” (rejissor Elçin Musaoğlu), “Düyün” (rejissor Əli İsa Cabbarov), “Bir addım” (rejissorlar Fariz Əhmədov, Nərgiz Bağırzadə), “Sahə” (rejissor İlqar Safat), “Buta” (rejissor İlqar Nəcəf) və s. filmlər müxtəlif  beynəlxalq kinofestivallarda mükafat və diplomlara layiq görülmüşdür.

Sovet dövrünün sonlarında Bakıda 24, bölgələrdə 60-a qədər qış kinoteatrı olmaqla, ümumilikdə ölkənin şəhər, kənd və qəsəbələrində 2000-dən çox kino qurğusu, həmiçin 220 səyyar kino qurğu mövcud idi. Sovet höküməti dağıldıqdan sonra kinoteatrlar yeni iqtisadi şəraitdə fəaliyyət göstərə bilmədiyindən tədricən bağlanmaq məcburiyyərində qaldılar. Dövlət statuslu həmin kinoteatrlardan bu gün yalnız Nizami Kino Mərkəzi günün tələblərinə uyğun şəkildə fəaliyyətini davam etdirir. Bununla belə, 2000-ci illərdən başlayaraq özəl kinoteatrlar yaranmağa başlamışdır ki, hazırda ölkə ərazisindəki müasir texnoloji avadanlıqlarla təchiz olunmuş “28 Mall”, “Gənclik Mall”, “Azərbaycan Cinema”, “Amburan Mall”, “Aygun City”, “Xəmsə Park” (Gəncə), “Park Bulvar”, “Metro Park”, “Alov qüllələri”, “Zaqulba”, “Masallı” kimi kinoteatrlarda 50-dən artıq kinozal tamaşaçılara xidmət göstərir. Eyni zamanda, ölkənin müxtəlif bölgələrində 250-yə yaxın Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi və klub film nümayişi üçün bütün lazımi şəraitə və video-texniki avadanlıqlarla malikdir.

Özəl prodüser mərkəzləri və kinoteatrlarla yanaşı ölkədə kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatlar da vardır. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2012-ci ildə ya­ra­dıl­mış­dır. İttifaqın əsas məqsədi Azərbaycan kinematoqrafının, milli in­kişaf strategiyasının müəyyənləşdirilməsinə, dünya mədəniyyəti ko­n­tekstində Azərbaycan kinosunun layiqli yer tutmasına, üzv­lə­ri­nin  peşəkarlıq və ustalıq səviyyəsinin inkişafına, cəmiyyətimizin, ta­riximizin ən önəmli hissələrindən, əxlaqi etik problemlərdən bəhs edən, gənclərdə yüksək vətənpərvərlik hissləri tərbiyə edən əsərlər ya­ra­dılmasına köməklik göstərməkdir.  Kino istehsalının dirçəlməsi və milli kinomuzun vacib prob­lemlərinin həlli ilə bağlı tədbirlərin keçirilməsi, milli kinonun təb­li­ği, kino sahəsi üzrə tədqiqatların aparılması və təkliflərin ha­zır­lan­ması, ittifaqın məqsədlərinə uyğun olaraq ölkə daxilində və xaricdə ki­nematoqrafiya təşkilatları ilə əməkdaşlığın, o cümlədən təcrübə  mü­badiləsinin aparılması və s. ittifaqın fəaliyyət predmətinə da­xildir. 

1999-cu ildə təsis olunmuş Azərbaycan Professional Kinorejissorlar Gildiyasının əsas məqsədi  audiovizual əsərlərin yaradılması və istifadəsi zamanı müəllif hüquqlarının qorunmasına, audiovizual əsərləri yaradanların nüfuzunun artmasına və milli kinematoqrafiyanın inkişafına şərait yaratmaqdır. Təşkilat 2001-ci ildən Avropa Kinorejissorları Federasiyasının (FERA) üzvüdür. Əvvəllər ancaq rejissorların təmsil olunduğu Gildiya 2000-ci ildən ssenarist, operator, rəssam, bəstəkar kimi digər audio­vi­zual əsər müəlliflərinin də hüquq varislərini təmsil edir.

Milli kinematoqrafın inkişafına dəstək olmaq, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək olmaq məqsədilə 2012-ci ildə Azərbaycan Prodüserlər Gildiyası yaradılmışdır. Gildiyada dövlət studiyaları ilə yanaşı, “Ritm Production”, “Butafilm” MMC, “Cinema PRO” MMC, “Bizim Kino” prodüser mərkəzi, “Nərimanfilm” kino şirkəti, “Nurfilm” MMC, “M cinema” MMC, “215 KL” studiyası, “EXA Production”, “Ultra Production”, “Cinema evi” prodüser mərkəzi və s. özəl studiyalar təmsil olunur.

Azərbaycan Professional Kinoaktyorlar Gildiyası 2006-cı ildən fəaliyyət göstərir. Gildiyanın yaradılmasında məqsəd aktyorları bir mərkəzdə birləşdirərək onların yaradıcılıq potensiallarının üzə çıxarılmasına köməklik göstərməkdən ibarət olmuşdur.

Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev hakimiyyətə gəldikdən sonra digər sahələrdə olduğu kimi mədəniyyət sahəsində də Ulu Öndərin ənənələrini uğurla davam etdirmişdir. Bu illər ərzində ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı” və “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”, “Azərbaycanda teatr sənətinin inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında”, “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan kino sənətinin inkişaf etdirilməsi haqqında” sərəncamların imzalanması çoxəsirlik Azərbaycan mədəniyyətinin daha da inkişafına və çiçəklənməsinə geniş yol açmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli sərəncamla təsdiq etdiyi, mütərəqqi və əhəmiyyət baxımından kino tariximizdə ilk genişmiqyaslı sənəd olan “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi Azərbaycan kino sənətinin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqram çərçivəsində son on ilə yaxın müdət ərzində kino müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilmiş, dövlət sifarişi ilə bədii, sənədli və cizgi filmlərinin istehsalı sürətlənmiş, bu sahədə kadr hazırlığı və beynəlxalq əlaqələr inkişaf etdirilmiş, kino xadimlərimizin beynəlxalq kino layihələrində iştirakı təmin edilmiş, aparıcı kino şirkətləri ilə müştərək filmlərin çəkilişi həyata keçirilmiş və ölkədə kino istehsalı bazası yenidən qurulmuşdur. Əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən və ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş, tamaşaçılar üçün yüksək tələblərə cavab verən çağdaş kino xidmətlərinin təşkil olunduğu Nizami Kino Mərkəzi hazırda ölkənin aparıcı kino nümayişi müəssisəsinə çevrilmişdir. Dövlət Proqramının icrasına uyğun olaraq “Azərbaycanfilm” kinostudiyasının yenidənqurulmasına dair bağlanmış müqavilə əsasında “STM” fransız şirkəti tərəfindən kinostudiyanın modernləşdirilməsi ilə bağlı layihə hazırlamışdır. Dövlət Proqramına, eləcə də, “Birgə film istehsalı haqqında” Avropa Konvensiyasına uyğun olaraq xarici kino şirkətləri ilə müştərək filmlərin çəkilişi sahəsində işlər aparılmışdır. Rusiya ilə birgə “Qırmızı bağ” (rejissor Mirbala Səlimli), Türkiyə ilə “Mahmud və Məryəm” (rejissor Mehmet Ada Öztekin), Belaruslarla “Yarımçıq xatirələr” (rejissor Elxan Cəfərov) bədii filmləri, Fransa, İspaniya, Almaniya və Rusiya ilə birgə bir neçə sənədli film, o cümlədən Rusiya ilə “Hüseyn xan Naxçıvanski” (rejissor Valentina Qurkalenko), Almaniya ilə “Sarılar - Qarabağ atının səyahəti” (rejissor Villi Neumann) adlı sənədli filmlər, İtaliyanın “Torre” şirkəti ilə birlikdə “Bəyaz” (rejissor Radmila Qordiç) cizgi filmi çəkilmişdir. Bundan əlavə, istehsal edilən filmlərin tematik planının formalaşdırılması zamanı dövlət maraqları, həmçinin xalqın milli-mənəvi dəyərləri ilə ziddiyyət təşkil etməyən, ictimai-siyasi və mədəni həyatın prioritet mövzularına cavab verən, eyni zamanda bədii keyfiyyətləri, yaradıcılıq baxımdan özünəməxsusluğu ilə seçilən və aktuallığına görə maraq doğuran ssenarilərin Nazirliyə təqdim olunması məqsədilə “Azərbaycanfilm” kinostudiyasında Məsləhət Şurası yaradılmışdır.

Cənab Prezidentin kinoya şəxsi himayəsinin, göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, 2006-cı ildən bugünədək kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına 45 tammetrajlı bədii, 51 qısametrajlı bədii, 216 sənədli, 23 cizgi filmi və “Mozalan” kinojurnalının 18 buraxılışı çəkilmiş, ümumilikdə 347 adda film məhsulu istehsal edilmişdir. O cümlədən, Azərbaycan kinosunun aparıcı mövzularından olan Qarabağ müharibəsinə dövlət sifarişi ilə 9 bədii, 85 sənədli film həsr olunmuş, 2013-2016-cı illərdə “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 75 sənədli film çəkilmişdir. Eyni zamanda, Bakı şəhərində üç dəfə Beynəlxalq Turizm Filmləri Festivalı, iki dəfə Beynəlxalq İdman Filmləri Festivalı təşkil olunmuşdur. Birinci Bakı Turizm Filmləri Festivalına dünyanın 38 ölkəsindən 215, ikinciyə 55 ölkədən 405, üçüncüyə isə 71 ölkədən 420 film, birinci Bakı İdman Filmləri Festivalına  19 ölkənin 50, ikinciyə  33 ölkədən 115 film təqdim olunmuşdur. Bakı Turizm Filmləri Festivalı Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT), Bakı İdman Filmləri Festivalı isə İdman Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) üzvüdür.

Azərbaycanın mədəniyyətini, tarixini, adət-ənənələrini, turizm potensialını, ölkəmizin müasir inkişafının uğur konsepsiyasını əks etdirən bədii və sənədli filmlərin nümayişi məqsədi ilə Rusiya, İtaliya, Fransa, Türkiyə, İran, Macarıstan, Gürcüstan, Braziliya, İngiltərə, Koreya, Özbəkistan və Tacikistanda Azərbaycan Kinosu Günləri keçirilmişdir.

Tanınmış kino mütəxəssisləri Aydın Dadaşov, Rafiq Quliyev, Zaur Mükərrəm, Aydın Kazımov və başqalarının kino nəzəriyyəsi, kino tarixi mövzularında yüksək tərtibatda kitabları və “Azərbaycan kinosunun Ensiklopedik lüğəti” nəşr etdirilmiş və kino işçilərinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə “Azərbaycanfilm” kinostudiyasının yaxınlığında yeni inşa edilmiş binada 45 kinematoqrafçı güzəştli qiymətlərlə mənzillə təmin edilmişdir.

Kino sahəsində həyata keçirilən mütərəqqi siyasət və beynəlxalq təcrübəyə, yeniliklərə hədəflənmiş fəaliyyət nəticəsində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzulara dair dövlət sifarişi əsasında çəkilmiş “Nabat”, “40-cı qapı” (rejissor Elçin Musaoğlu), “Çölçü”, “Azərbaycan xalçası” (rejissor Şamil Əliyev), “Axınla aşağı” (rejissor Asif Rüstəmov), “Qırmızı bağ” (rejissor Mirbala Səlimli), “İçəri Şəhər” (rejissor İlqar Safat), “Qisas almadan ölmə” (rejissor Oktay   Mir-Qasım), “Onun atası” (rejissor Zamin Məmmədov), “Sonuncu” (rejissor Sergey Pikalov), “Əriyən ada” (rejissor Fariz Əhmədov), “Lahıc” (rejissor Tofiq Şahverdiyev), “Köhnə saat” (rejissor Cavid Əhədov), “Nar bağı” (rejissor İlqar Nəcəf) və s. bədii, sənədli və cizgi filmlərimiz beş qitəni əhatə edən 50-dən çox ölkədə, o cümlədən, böyük kino ənənələrinə malik Fransa, Almaniya, İngiltərə, ABŞ, Kanada, Avstraliya, Yaponiya, Çin, Rusiya və Hindistanda keçirilən beynəlxalq kinofestivallarda 200 dəfədən çox nümayiş etdirilmişdir. Bu sahədə böyük nüfuza malik olan beynəlxalq kinofestival müsabiqələrinə qəbul edilmiş Azərbaycan filmlərindən 21-i “Ən yaxşı film”, 6-sı “Ən yaxşı rejissor işi”, 9-u “Ən yaxşı aktyor işi”, 4-ü “Ən yaxşı ssenari” mükafatlarına layiq görülmüş, ümumilikdə isə 60-dan çox filmimiz müxtəlif nominasiyalar üzrə laureat adı qazanmışdır. 

Təsadüfü deyil ki, filmlərimizin mükafat qazanmaq ənənəsinin əsası hələ sovet dövründə qoyulmuşdur. Bu illərdə çəkilmiş “Xə­zər neft­çi­ləri haq­qın­da das­tan” və  “Də­nizi fəth edən­lər” (rejissor Ro­man Kar­men) sənədli filmləri Le­nin Mü­ka­fa­tına, “Arşın mal alan” (rejissorlar Rza Təhmasib, Nikolay Leşenko) və “İstintaq” (rejissor Rasim Ocaqov) bədii filmləri SSRİ Dövlət Mükafatına, “Şərikli çörək” (rejissor Şamil Mahmudbəyov), “Se­vinc bux­tası”, “Bi­ri­si­gün, ge­cə­ya­rısı” (rejissor Arif Babayev), “At­ları yə­hər­lə­yin” (rejissor Əbdül Mahmudov, Həsənağa Turabov), “Ad günü” (rejissor Rasim Ocaqov), “Ölü zona” (rejissor Rauf Nağıyev), “Ba­la­ban” (rejissor Xamis Muradov) bədii və sənədli filmləri Azərbaycan SSRİ Dövlət Mükafatına, "Sovet Azərbaycanı" (rejissor Muxtar Dadaşov) sənədli filmi Kann Beynəlxalq Film Festivalının Xüsusi mükafatına, “S.M.Ki­rov adına kör­fəz­də” (rejissor cavanşir Məmmədov) sənədli filmi Ve­ne­siya  Beynəlxalq Film Festivalının dip­lomuna, “Tək­cə adanı özün­lə apara bil­məz­sən” (rejissor Gülbəniz Əzimzadə) IX Ümumittifaq Televiziya Filmləri Festivalında Baş mü­ka­fata, “Diss­onans” (rejissor Teymur Bəkirzadə) sənədli filmi VII Ümu­mit­ti­faq İd­man Film­ləri Festivalındadə Qı­zıl medala, "Şeytan göz qabağında" (rejissor Oktay Mir-Qasım), "Nəsimi" (rejissor Həsən Seyidbəyli), “Bakı və ba­kı­lı­lar” (rejissor Lətif Səfərov) bədii və sənədli filmləri So­vet Film­lə­ri­nin Ümu­mit­ti­faq Festivalının mükafatına layiq görülmüşdür. 

2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək, yeni cəmiyyət quruculuğunda fəal iştirak etmiş, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini vermişdir. Heydər Əliyev Fondu mədəniyyətin digər sahələri ilə yanaşı milli kinonun inkişaf etdirilməsi istiqamətində də uğurlu fəaliyyətini davam etdirir. Dünyanın ən nüfuzlu kino festivallı olan Kann Film Festivalında Heydər Əliyev Fondunun prezidenti və Azərbaycan Respublikasının Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və himayəsi ilə 2011-2016-cı illərdə Azərbaycanı təmsil edən xüsusi pavilyon fəaliyyət göstərmişdir. Azərbaycan pavilyonunu 5 il müddətində minlərlə festival iştirakçısı ziyarət etmiş və burada mütəmadi olaraq milli kinomuzun yeni filmləri nümayiş olunmuş, ölkəmizin mədəniyyətini, multikultural və tolerant dəyərlər əsasında formalaşmış yaşam fəlsəfəsini və turizm imkanlarını təbliğ edən məlumatlar yayımlanmışdır.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş "Arşın mal alan” bədii filminin Fondun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin əsas mərkəzi olan Hollivudda bərpa edilərək rəngli formatda hazırlanması olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə çəkilmiş "Əli və Nino" (rejissor Asif Kapadia) filminin dünya premyerası ABŞ-ın "Sundance" Beynəlxalq Film Festivalı çərçivəsində həyata keçirilmişdir. İcraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olan film ictimaiyyətə ilk dəfə təqdim olunduğu andan dünya mediasının gündəmini qazanmış, xarici media "Əli və Nino"nun kinematoqrafiyasını və musiqisini yüksək dəyərləndirmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən digər bir kino lahihəsi “Bakı, mən səni sevirəm”dir. “Mosfilm” kinokonsernində istehsal olunan “Bakı, mən səni sevirəm” layihəsi “Aziya” (rejissor Yavər Rzayev), “Görüş” (rejissor Nərgiz Bağırzadə), “Rəssam” (rejissor Samir Kərimoğlu), “Həyət” (rejissor Nadir Maçanov), “Bəhram Gur”(rejissor Andrey Razenkov – Rusiya), “Xəzər Atlantidası” (rejissor İlqar Safat), “Lotereya bileti” (rejissor Aleksander Fodor – Böyük Britaniya), “Sevgi haqqında” (rejissor Andre Badalo – İspaniya), “Aysel” (rejissor Andrey Razenkov – Rusiya), “Təsadüf” (rejissor Yeqor Mixalkov-Konçalovski – Rusiya) adlı novellalar əsasında ekranlaşdırılan, hər biri doqquz dəqiqəlik qısametrajlı filmlərdən ibarətdir. “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi beynəlxalq layihələrin bir növ davamı kimi reallaşan “Bakı, mən səni sevirəm” layihəsinin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olmuşdur.

2013-cü ildən Arzu xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Bakı Media Mərkəzi ötən müddətdə ən müasir texnologiyalar əsasında çoxsaylı audio-videomateriallar, müxtəlif videoçarxlar hazırlamış və dünyanın tanınmış yayım şirkətlərinə materiallar ötürmüş, Azərbaycanın gözəlliklərinin fotosalnaməsini yaratmışdır. Mərkəz birinci Avropa Oyunlarının, Bədii Gimnastika üzrə 30-cu Avropa çempionatının, Formula-1 yarışlarının, artıq ənənə halını almış “Tour d'Azerbaidjan” turnirlərinin, IV İslam Həmrəyliyi Oyunlarının çəkilişlərində və yayımında bu sahədə kifayət qədər təcrübəsi olan Avropa şirkətləri ilə çiyin-çiyinə işləməklə öz potensialını nümayiş etdirə bilmişdir. Bir sıra beynəlxalq müsabiqələrin mükafatlarına layiq görülən Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun sifarişi ilə maraqlı sənədli filmləri də tamaşaçıların ixtiyarına vermişdir. Fransanın “C&C” şirkəti ilə birlikdə istehsal edilən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” (rejissor Robert Maqnerot) adlı sənədli film “National Geographic” kimi dünyaca məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin ikinci dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilmişdir. Mərkəz tərəfindən istehsal olunan, Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” (rejissorlar Vüqar İslamzadə, Fariz Əhmədov) və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hərs edilmiş “Son iclas” (rejissor Fuad Əlişov) sənədli-bədii filmləri də böyük tamaşaçı rəğbəti qazanmışdır. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” (rejissor Cavid Təvəkkül) filmi isə  multikulturalizmin Azərbaycan modeli barədə dünyada geniş təəssürat yaratmaq məqsədi ilə 6 xarici dilə tərcümə olunaraq yayılmışdır.

Son illər müşahidə edilən beynəlxalq əlaqələrin, kinofestival fəaliyyətinin canlanmasında gənc kinematoqrafçıların çəkdikləri filmlər böyük rol oynamışdır. Belə ki, milli kinoda debüt filmlərin sayı xeyli artmış, Nazirliyin dəstəyi ilə 64 rejissor özünün tammetrajlı və ya qısametrajlı filmlərini çəkmişdir. Debüt filmlərin istehsalına 9,5 mln. manat ayrılmışdır ki, bu da ümumilikdə film istehsalına yönəldilən vəsaitin 16%-ni təşkil edir. Gənc kinematoqrafçıların çəkdikləri filmlərdən bir neçəsi beynəlxalq kinofestivalların “Qran pri”, “Ən yaxşı film”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı debüt”, “Ən yaxşı xarici film” və başqa mükafatlarına layiq görülmüşdür. 

Milli kinoya gənc mütəxəssislərin cəlb olunmasının zərurətini nəzərə alaraq Dövlət Proqramında bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Proqramın icrasına uyğun olaraq son dövrlərdə istedadlı gəncləri müəyyən etmək məqsədilə müxtəlif səpkili və formalı müsabiqələr təşkil olunmuşdur. Onlardan “Bu meydan, bu ekran”, “Kino və tənqid”, “Vətən and yerimizdir”, “Yenifilm.az”, “Xəzər”, cizgi filmləri üçün ssenari, bir dəqiqəlik cizgi filmləri müsabiqələrini qeyd etmək olar. 2007-2011-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş “Bu meydan, bu ekran” müsabiqələrinə gənc rejissorlar və prodüserlər tərəfindən yüzlərlə kino layihələsi təqdim olunmuşdur. Münsiflər heyəti tərəfindən seçilərək müsabiqə qalibləri olan müstəqil prodüser mərkəzlərində Nazirliyin dəstəyi ilə 23 qısametrajlı film çəkilmişdir. Bundan əlavə, dünyanın müxtəlif ölkələrində kino təhsili alıb yaşayan azərbaycanlı gənclər “Azərbaycanfilm”ə cəlb edilmiş, 9 qısametrajlı bədii filmdən ibarət “4.1 Şəhər motivləri” və “40-cı paraleldə” kinoalmanaxlarının çəkilməsi onlara həvalə olunmuşdur.  

“Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını rəhbər tutaraq və istedadlı gənclərin xaricdə əsas kino ixtisaslarına, o cümlədən kinonun texniki sahələrini əhatə edən ixtisaslara yiyələnmələri istiqamətində tədbirlər görülmüşdür. Belə ki, kino peşələri üzrə yüksək ixtisaslı kadrların çatışmazlığını nəzərə alaraq son illər ərzində 10 gənc təhsil almaq üçün Nazirlik tərəfindən Rusiya, Türkiyə, Kanada və İngiltərəyə göndərilmişdir.

Qeyd edək ki, Azərbaycanda kino ixtisasları üzrə mütəxəssis hazırlanması Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Kinoşünaslıq, Ədəbi yaradıcılıq və ekran dramaturgiyası, Teatr və kino aktyoru, Kino rejissorluğu, Kinooperator sənəti, Kino və televiziya rəsəssamı ixtisasları üzrə) və Mərdəkan qəsəbəsindəki Bakı Humanitar Kolleci (işıqçı, qrimçi, montajçı və s. texniki ixtisaslar üzrə) vasitəsi ilə həyata keçirilir.
Qeyd olunan nailiyyətlərin çoxşaxəli olması onu göstərir ki, Azərbaycan kinosu dinamik şəkildə hərtərəfli inkişaf edir, uğurlara imza atır və fazasını genişləndirir. Bütün bu müvəffəqiyyətlərin nəticəsidir ki, son illər ərzində 11 kino xadimi kino sahəsində xidmətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş, 3 nəfər Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə, 89 nəfər isə müxtəlif fəxri adlara layiq görülmüşdür.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Filmlərin yayımı və nümayişi qaydaları”na uyğun olaraq Nazirlik tərəfindən 2006-cı ildə Filmlərin Dövlət Reyestri yaradılmış və ötən müddət ərzində televiziya kanalları, kinoteatr şəbəkələri, müstəqil prodüser mərkəzləri, dövlət studiyaları tərəfindən təqdim edilən 12 mindən artıq film qeydə alınmış və hər birinə yayım vəsiqəsi verilmişdir. Məhz bu mexanizm vasitəsi ilə qanunvericiliyə zidd olan filmlərin nümayişinin qarşısı alınmış və kinoteatrlarda xarici filmlərin titr yazı və dublyaj vasitəsi ilə Azərbaycan dilinə tərcümə edilərək nümayiş olunması təmin edilmişdir.

Qeyd etdiyimiz kimi, hazırda qüvvədə olan “Kinematoqrafiya haqqında” Qanun 18 il əvvəl qəbul olunmuşdur. Dövlət Proqramında kinomuzun qanunvericilik bazasının təkmilləşdirməsi haqqında tapşırığa əsasən ölkədə baş verən güclü  sosial-iqtisadi inkişaf proseslərinə uyğun olaraq yeni iqtisadi münasibətlərin kino sahəsində əksini tapması məqsədi ilə “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanunu yenidən işlənib hazırlanaraq Milli Məclisə təqdim edilmişdir.

Yeni Qanun layihəsinin məqsədi ölkədə fəaliyyət göstərən film istehsalçılarının və kino müəssisələrinin iqtisadi maraqlarının müdafiəsi, milli mədəni irsə aid olan filmlərin qorunması, bu sahəyə yerli və xarici sərmayələrin cəlb olunmasını təmin etməkdir. Layihə hazırlanarkən Avropa İttifaqı və MDB-yə üzv dövlətlərin, ABŞ, Kanada və bir sıra digər ölkələrin bu sahədəki qanunvericilik təcrübəsi təhlil olunaraq əsas götürülmüşdür. Məlum olduğu kimi, kino istehsalı investisiya fəaliyyəti olduğundan film istehsalçıları müəyyən xərclər çəkməklə yalnız hazır filmin satışından gəlir əldə edərək öz xərclərini qarşılaya bilirlər. İndiki halda tətbiq edilən vergilər isə, istehsalçılara filmin istehsal dövründə əlavə vergi yükü yaradır və çəkilən xərclərin geriyə alınması ehtimalını azaldır. Film istehsalının səmərəliyini artırmaq və kino sənayesinin inkişafına şərait yaratmaq məqsədilə Qanun layihəsinə ƏDV-dən müddətli azadolma və gömrük rüsumlarından azadolmalarla bağlı müddəalar daxil edilmişdir. Bir çox dünya və MDB-yə üzv ölkələrdə uğurla tətbiq edilən ƏDV-dən 5 il müddətinə azadolmanın ölkəmizdə tətbiq olunması ilə film istehsalının həcmini kifayət qədər artırmaq mümkündür. Həmçinin, göstərilən müddətə milli filmlərin istehsalı üçün idxal edilən avadanlıqlara və mallara idxal gömrük rüsumlarının ləğv edilməsi nəticəsində ölkədə müasir tələblər səviyyəsində kinotexnoloji avadanlıq parkının yaradılmasına və çəkilən filmlərin maya dəyərinin azalmasına nail olmaq olar. Təsadüfi deyil ki, Ukraynada oxşar qaydanın 2016-cı ildə müddəti uzadılmış, Böyük Britaniyada isə yeni qəbul edilmişdir. Rusiyada 5 il müddət ərzində oxşar imtiyazların tətbiqi nəticəsində film istehsalının həcmini kifayət qədər artmaq mümkün olmuşdur.

Özəl kinoteatrlar reytinq baxımından xarici filmlərlə rəqabət apara bilməməsini səbəb gətirərək, öz repertuarlarında milli filmlərə əsasən qeyri-münasib seanslar ayırırlar (səhər vaxtı, yaxud axırıncı seans). Bunu nəzərə alaraq, milli kinonu dəstəkləmək, onun təbliğini genişləndirmək məqsədilə Qanun layihəsinə “Milli ekran vaxtı” maddəsi daxil edilmişdir. Bu maddədə istər kinoteatrlar, istərsə də TV kanallarında milli filmlər üçün minimum ekran vaxtının Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla müəyyən edilməsi təklif olunmuşdur. 

“Kinematoqrafiya haqqında” Qanun layihəsində daha bir yenilik uzun illərdir dünyada fəaliyyət göstərən Film Komissiyalarının ölkəmizdə də yaradılması ilə bağlıdır. Film Komissiyalarının yaradılması konsepsiyasının həyata keçirilməsində məqsəd xarici kino istehsalçılarının Azərbaycanda filmlər çəkməsini stimullaşdırmaqdan ibarətdir. Sözügedən konsepsiyaya əsasən xarici istehsalçının Azərbaycanda film istehsalına çəkdiyi xərclərin 30%-ə qədərinin ona geri ödənilməsi nəzərdə tutulur. Hansı ki, bu prosedur hazırda bir çox ölkələrdə həyata keçirilir (Gürcüstanda 25%, Fransada 30%, Ukraynada 25% xərc xarici istehsalçıya geri ödənilir). Bu qaydanın tətbiqi yerli kino və turizm sənayesinə xarici vəsait cəlb etməklə yanaşı, Azərbaycanın turizm potensialının xarici filmlərdə əks olunması ilə ölkəmizdə xarici turizmin inkişafına da müsbət təsir göstərə bilər. 

Göründüyü kimi bu gün Azərbaycan kinosu özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Hesab edirik ki, “Kinematoqrafiya haqqında” yeni Qanunun qəbul edilməsi milli kino sənətinin daha da inkişafı üçün yeni üfüqlər açacaqdır.

Musiqi sənətinin inkişafı tarixi

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan (e.ə. XVIII-III minilliklər) və Gəmiqaya (e.ə. III-I minilliklər) qaya rəsmlərindən alınmışdır. "Kitabi - Dədə Qorqud"da (VII yüzil), Nizaminin, Füzulinin əsərlərində orta əsrlərin musiqi həyatı, musiqi janrları, musiqi alətləri barədə zəngin məlumat verilmişdir. Azərbaycanın Səfiəddin Urməvi (XIII əsr), Əbdülqadir Marağai (XIV əsr), Mirzəbəy (XVII əsr), Mir Möhsün Nəvvab (XIX əsr) kimi məşhur alimlərinin risalələrində orta əsr musiqi mədəniyyətinin, ifaçılığının yüksək inkişaf səviyyəsi açıqlanmış, Azərbaycan musiqisinin nəzəri problemləri işlənilmişdir.
İlk yazılı ədəbi abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanında musiqi ilə bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtəlif musiqi alətlərinin adlarının çəkilməsi müsiqimizin qədimliyinə əyani sübutdur.

Mir Möhsun Nəvvab Qarabaği
İlk yazılı musiqi risalələrimiz isə XIII əsrə aiddir. XIII-XV əsrlərdə Yaxın və Orta Şərqin musiqi-nəzəri fikrinin inkişafı məhz Azərbaycanın iki böyük alimi və musiqiçisi Səfiəddin Urməvi (1217-1294) və Əbdulqadir Marağainin (1353-1435) adları ilə bağlıdır. Urməvinin yazdığı "Kitab əl-Ədvar" və "Şərəfiyyə" risalələri Azərbaycanda musiqi elminin əsasını qoymuş və onun gələcək inkişafı üçün zəmin yaratmışdır. O, musiqi elminə "Sistemçilik" məktəbinin yaradıcısı kimi, tabulaturanın banisi kimi daxil olmuşdur. Urməvinin yaratdığı musiqi sistemi, not cədvəli o dövrün ən kamil not sistemi və tabulaturası idi.
Marağaidən sonra yaranmış risalələrdə Şərq musiqi nəzəriyyəsinin əsasını təşkil edən bir çox mürəkkəb nəzəri problemlər artıq qoyulmamış və qismən qoyulmuşsa da müxtəlif variantlarda əvvəlkilərin təkrarı olmuşdur. Bu risalələrin əsas dəyəri isə onların təcrübi əhəmiyyətində idi. Bu dövrün risalələrindən Marağainin kiçik oğlu Əbdüləziz Çələbinin "Nəqavətil Ədvar" risaləsini və onun oğlu Mahmud Çələbinin "Məqasid əl-Ədvar" əsərini göstərmək olar.
XVII əsrin əvvəllərində Cənubi Azərbaycanda yaranmış maraqlı risalələrdən biri də Mirzə bəyin "Musiqi haqda" risaləsidir.

Mirzə Sadıq (Sadıqcan)
XIX yüzilin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunur (Şamaxıda Mahmud Ağanın, Şuşada Xarrat Qulu Məhəmməd oğlunun, Mir Möhsün Nəvvabın, Bakıda Məşədi Məlik Mənsurovun). XIX yüzilin 80-ci illərində M.M.Nəvvab məşhur xanəndə Hacı Hüsü ilə birgə yaratdığı "Musiqiçilər məclisi"ndə musiqinin estetik problemləri, ifaçılıq, muğam sənəti müzakirə olunurdu. Məclisə məşhur xanəndə və sazəndələr Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıxcan və b. daxil idi. Şuşa vokal sənətinin görkəmli nümayəndələrindən Xarrat Qulunun tələbəsi Hacı Hüsü idi. O, muğamları bilən müsiqişünas və alim olmuş, bir sıra muğamları təkmilləşdirmiş, yeni muğamları yaratmışdır. Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan) XIX yüzilin böyük tar ustadı olmuş, tarı rekonstruksiya etmiş və müasir tarın yaradıcısı olmuşdur. Məşədi Zeynal Məşədi cəmil Əmirov, Şirin Axundov, Qurban Primov bu məktəbin davamçılarıdır.

Məşədi Cəmil Əmirov
Dünyada bir neçə şəhər var ki, musiqi onun hər daşına, qalasına, ab-havasına hopmuşdur. Belə şəhərlərdən Avstriyanın Vyana, İtaliyanın Neapol, Azərbaycanın da Qarabağının Şuşa şəhəridir. Hətta xalq arasında məşhur kəlam var ki, "Şuşada körpələr bələkdə belə muğam üstündə ağlarlar".
Şuşa Qafqazının konservatoriyası təbirini və təyinini haqlı olaraq qazanmışdır. Şuşa konservatoriyasının parlaq nümayəndələri dünyanın bütün qitələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər.

Cabbar Qaryağdı oğlu
Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Sadıxcanın, Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir. Bu hələ Şuşa musiqiçilərinin tam siyahısı deyil.
XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Ü.Hacıbəyli müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı. Bu da Şərq aə Qərb mədəniyyətlərinin fəal qarşılıqlı təsirinə səbəb oldu. 1908-ci ildə Ü.Hacıbəyli H.Z.Tağıyevin teatrında qoyduğu "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycan operasının deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoydu, muğam-opera janrının yaradıcısı oldu. Azərbaycan dinləyicisi üçün yeni janrın qavranılmasında çətinlik olacağını dərk edən Ü.Hacıbəyli Füzulinin "Leyli və Məcnun" poemasına və xalq musiqi janrlarına (muğam, mahnı, rəqs) müraciət etmiş, dövrün əhval-ruhiyyəsi, xalqın mənəvi tələbləri ilə səsləşən səhnə əsəri yaratmışdır.

Üzeyir Hacıbəyli
Ü.Hacıbəyli Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Sosial məişət mövzulu musiqi komediyalarında ("Ər və arvad", 1910; "O olmasın, bu olsun", 1911; "Arşın mal alan", 1913) bəstəkar xalq mahnıları və rəqs musiqisinə əsaslanmışdır. Onun "Arşın mal alan" musiqili komediyası (1913-cü ildə tamaşaya qoyulub) xüsusilə geniş şöhrət qazanmışdır. Əsər ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. (70 yaxın) dillərə tərcümə edilmiş, Moskva, İstambul, Nyu-York, Paris, London, Tehran, Qahirə, Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və s. yerlərdə, 120 teatrın səhnəsində tamaşaya qoyulmuş, dəfələrlə ekranlaşdırılmışdır (1916-1917-ci illərdə Bakıda 30-cu illərdə ABŞ-da, 1945 və 1960-cı illərdə Sovet Azərbaycanında). Baş rolun ifaçısı müğənni Rəşid Behbudova (1915-1989) bu əsər dünya şöhrəti gətirmişdir. SSRİ-nin xalq artisti R.Behbudov xalq və bəstəkar mahnılarının, F.Əmirovun "Sevil" operasından Balaş rolunun əvəzsiz ifaçısı idi. O, həm də "Mahnı" teatrının yaradıcısı və rəhbəri olmuşdur.
Hacıbəylinin digər məşhur operettası "O olmasın bu olsun" 1919-cu ildə Yaltada, ikinci dəfə 1956-cı ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmışdır.

XX əsrin 30-cu illəri Azərbaycan musiqisinin yeni yüksəliş dövri kimi səciyyələnir. Bu illərdə yeni ifaçılıq kollektivləri, simfonik orkestr (1920, hazırda Ü.Hacıbəyli ad. Azərbaycan Dövlət Simfonik Orkestri), xor (1926), ilk notlu Xalq Çalğı Alətləri Orkestri (1931), rəqs ansamblı (1936), M.Maqomayev ad. Azərbaycan Dövlət Filormoniyasında cəmləşdirildi (1936), Azərbaycan Bəstəkarlar İttifaqı (1934), Musiqili Komediya Teatrı (1938, hazırda Ş.Qurbanov ad.), Xalq Yaradıcılığı evi (1939), Azərbaycan Dövlət Konservatoriyası yanında Azərbaycan Xalq Musiqisini toplamaq və tədqiq etmək məqsədilə elmi-tədqiqat musiqi kabineti (1931) təşkil edildi.

Müslüm Maqomayev
20-ci illərdə R.M.Qlier Azərbaycan musiqi folklorundan geniş istifadə edərək "Aşıq Qərib" dastanı əsasında "Şahsənəm" (tamaşası 1927) operasını yazdı. Bu opera dünya musiqi mədəniyyəti nailiyyətlərindən bəhrələnməklə Azərbaycan xalq musiqisi nümunələri əsasında klassik opera yaradılması yolunda ilk təşəbbüs idi.
Ü.Hacıbəyli monumental xalq qəhrəmanlıq epopeyası olan "Koroğlu"nu (SSRİ Dövlət mükafatı, 1941) yaratdı. Yüksək sənətkarlığı və əsl mənada novatorluğu ilə fərqlənən bu operada milli ruh və psixoloji dərinlik öz əksini tapmışdır. Ü.Hacıbəyli "Koroğlu" operasında milli musiqinin janr, kompozisiya, məqam-intonasiya əsası ilə klassik opera sənətinin musiqi ifadə vasitələrinin bəstəkar xüsusiyyətlərinin üzvi vəhdətinə nail olmuş, milli opera sənətinin şah əsərini yaratmışdır. "Koroğlu" operasında xalqın obrazını əks etdirən monumental xalq səhnələri, əsas qəhrəmanların çoxcəhətli xasiyyətnamələri üzvi şəkildə əsərin dramturji xəttinə hörülmüşdür. Koroğlu obrazını bu rolun klassik ifaçısı Bülbül yaratmışdır. O, bu rolu 400 dəfədən artıq ifa etmişdir.

Bülbül (Murtuza Məmmədov)
20-40-cı illərdə yeni bəstəkarlar nəsli yaradıcılıq yoluna qədəm qoydu.
30-cu illərin əvvəllərində simfonik orkestr üçün (Ü.Hacıbəyli "Təntənəli marş", M.Maqomayev "Azərbaycan çöllərində", "Azad qadının rəqsi", "Azərbaycan radio marşı RV-8"), xalq çalğı alətləri orkestri üçün (Ü.Hacıbəyli 1-ci və 2-ci fantaziyalar) əsərlər yazılır.

1941-1945 illər müharibəsində doğan qəhrəmanlıq və vətənpərvərlik mövzusu mahnılarda, xalq çalğı alətləri üçün yazılmış əsərlərdə (Ü.Hacıbəyli, S.Rüstəmov), Q.Qarayev və C.Hacıyevin "Vətən" (1945; SSRİ Dövlət mükafatı, 1946) operasında, Q.Qarayev, C.Hacıyev və S.Hacıbəyovun Birinci simfoniyalarında (Azərbaycan musiqisiqisində simfonik janrın ilk örnəkləridir) öz əksini tapmışdır. Niyazinin "Xosrov və Şirin" (1942) operası, Ü.Hacıbəylinin "Sənsiz" və "Sevgili canan" romans qəzəlləri də müharibə illərinin məhsuludur. Yeni qəzəl-romans janrının yaradıcısı Ü.Hacıbəyli bu əsərlərdə nitqi, şeriyyatı yüksək sənətkarlıqla işləyərək musiqi dilinə çevirmiş, deklomasiya ilə kantilena tipli melodiyanın sintezini yaratmışdır. Böyük Vətən müharibəsi illərində kütləvi mahnı janrı dövrün tələblərinə uyğun xüsusi inkişaf yolu keçir.
Müharibədən sonrakı illərdə milli musiqi yeni yüksəliş dövrü keçirir. Azərbaycan musiqisi istər ölkəmizdə, istərsə də xaricdə böyük nüfuz qazanır.
Q.Qarayevin "Yeddi gözəl" baleti (1952, Nizaminin eyni adlı poeması üzrə, baletmeyster P.A.Qusev; Azərbaycan Opera və Balet Teatrı) Azərbaycan musiqisində yeni mərhələ oldu. "Yeddi gözəl" ilə Azərbaycan balet sənətində yeni musiqi dramaturgiyasının əsası qoyulmuş, əsər balet janrının təkamülündə önəmli rol oynamışdır. Qara Qarayev 1958 ildə Q.Qarayevin "İldırımlı yollarla" (Lenin mükafatı, 1967; P.Abrahamsın eyniadlı romanı üzrə; baletmeyster K.M.Sergeyev) baleti Leninqrad Opera və Balet Teatrında tamaşaya qoyuldu. Bəstəkar baş qəhrəmanların faciəli sevgisini kəskin münaqişəyə qədər yüksəldərək mövzu etibarilə çağdaş, musiqi həllinə görə özgün tamaşa yaratmışdır. Əsər aydın musiqi konsepsiyası, parlaq xarakterləri, Güney Afrika musiqi folklorundan böyük sənətkarlıqla istifadə edilməsi ilə fərqlənir.
S.Hacıbəyov müasirlərimizin həyatından bəhs edən "Gülşən" (1950, SSRİ Dövlət mükafatı, 1952) baletini yazdı. F.Əmirovun "Gözün aydın" (1946), S.Rüstəmovun "Durna" (1947), S.Ələsgərovun "Ulduz" (1948) operettaları bu janrın örnəkləridir.

50-ci illərdə simfonik musiqi sahəsində xüsusi inkişaf qeyd edilir. Dövrün mühüm ictimai-siyasi mövzuları bəstəkarların müxtəlif səpgili simfonik əsərlərində öz ifadəsini tapır. 
F.Əmirov musiqi tarixində unikal simfonik muğam janrının yaradıcısı kimi məşhurdur. Bəstəkar muğamların məqam, mövzu və digər üslub xüsusiyyətlərini sənətkarcasına simfonik inkişafa uğratmışdır. Əmirov simfonizminə xas orkestr boyalarının əlvanlığı, janr rəngarəngliyi, obraz zənginliyi bu dövrdə yazılan əsərlərində öz ifadəsini tapır.

Fikrət Əmirov
C.Hacıyev simfonizmi obrazlarının dərin psixoloji fikir yönümü, musiqi inkişafının gərgin dramatizmi, melodikasının geniş epikliyi ilə fərqlənir. S.Hacıbəyovun simfonik yaradıcılığında (2-ci simfoniya; 1946) Böyük Vətən müharibəsi mövzusu dramatik planda açılmış, digər simfonik əsərlərinin musiqisi isə parlaq janr boyaları ilə aşılanmışdır.
C.Cahangirov vokal-simfonik əsərlər bəstələyir ("Arazın o tayında" 1949 poeması, SSRİ Dövlət mükafatı, 1950; "Füzuli" kantatası). "Arazın o tayında" vokal-simfonik poeması özündə həm simfonik, həm də kantata-oratorial musiqinin özəlliklərini toplayan yeni janr idi. Mahnı janrının yüksəlişi S.Rüstəmov, T.Quliyev, R.Hacıyev, C.Cahangirov, Q.Hüseynli, A.Rzayevanın yaradıcılığı ilə sıx bağlıdır. Bu dövrdə bir sıra kinofilmlərə və dram tamaşalarına musiqi bəstələnmiş, ifaçılıq sənəti geniş vüsət almışdı. 1957-ci ildə ilk Dövlət simli kvarteti [A.Əliyev, M.Tağıyev, R.Seyidzadə, S.Əliyev; tələbə və gənclərin 6-cı Ümumdünya festivalı beynəlxalq müsabiqəsinin (1957, Moskva) laureatı] yaradılır. SSRİ xalq artistləri F.Əhmədova (müğənni), L.Vəkilova (balerina), əməkdar incəsənət xadimi Ç.Hacıbəyov (dirijor) və b. ilə təmsil olunmuş yeni ifaçılar nəsli yetişir. 1956 ildə Azərbaycan Bəstəkarlar İttifaqının (1990 ildən Azərbaycan Bəstəkarlar və Musiqişünaslar İttifaqı) 1-ci qurultayı keçirilir. 

Soltan Hacıbəyov
60-80-ci illər Azərbaycan musiqisi yaşlı nəsil bəstəkarlarının yaradıcılıq fəallığı, yeni bəstəkar qüvvələrinin meydana gəlməsi, bütün janrlarda önəmli uğurlar qazanılması, beynəlxalq əlaqələrin genişlənməsi ilə seçilir.
Opera və balet Azərbaycan bəstəkarlarının çox müraciət etdikləri janrlara çevrilir. A.Məlikovun "Məhəbbət əfsanəsi" (1961), F.Əmirovun "Nəsimi haqqında dastan" (1973; Azərbaycan SSR Dövlət mükafatı, 1974), "Min bir gecə" (1979; SSRİ Dövlət mükafatı, 1980) baletləri geniş şöhrət qazanır.

Azərbaycan bəstəkarlarının simfonik və kamera musiqisi xaricdə geniş ifa edilməyə başlamışdır. F.Əmirovun "Şur" və "Kürd ovşarı", Niyazinin "Rast" simfonik muğamları, Q.Qarayevin və Ü.Hacıbəylinin simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. 80-ci illərdə A.Məlikov, X.Mirzəzadə, A.Əlizadə, F.Əlizadə, F.Qarayev, C.Quliyev və başqalarının əsərləri Avropa, Amerika, Asiya şəhərlərində uğurla ifa edilmişdir. Azərbaycan ifaçıları tez-tez xarici ölkələrdə qastrollarda olurlar.

Rəşid Behbudov
Xalq artistləri R.Behbudov, Niyazi, Z.Xanlarova, M.Maqomayev və b. geniş şöhrət qazanmışlar. Müğənnilər F.Qasımova (1977, İtaliya, 1-ci mükafat), X.Qasımova (1981, Afina, 1-ci mükafat; P.İ.Çaykovski ad. 8-ci Beynəlxalq müsabiqənin (1982, Moskva) 2-ci mükafatı), pianoçu F.Bədəlbəyli (1967, Qradets-Kralove, ÇSSR; 1968, Lissabon, Portuqaliya, 1-ci mükafat), gənc pianoçulardan M.Hüseynov, M.Adıgözəlzadə və b. müxtəlif müsabiqələrin laureatlarıdır. Bəstəkarlarımızın əsərlərini dinləyiciyə, tamaşaçıya çatdırmaqda, onları təbliğ etməkdə hal-hazırda fəaliyyətdə olan dirijorlarımızın - R.Abdullayevin, C.Cəfərovun, Y.Adıgözəlovun, T.Göyçayevin, G.İmanovanın, R.Mustafayevin, N.Əzimovun və b. əməyi göstərilməlidir.
Azərbaycan muğam ifaçılıq və el sənəti ənənələrinin qorunub saxlanılması və inkişafında xanənədələrdən xalq artistləri X.Şuşuinski, R.Muradova, Ş.Ələkbərova, Ə.Əliyev, S.Qədimova, F.Mehrəliyeva, T.İsmayılova, A.Babayev, İ.Rzayev, əməkdar artistlər Z.Adıgözəlov, H.Hüseynov, Q.Rüstəmov, C.Əkbərov, A.Qasımov, tarzənlərdən xalq artistləri Ə.Bakıxanov, H.Məmmədov, B.Mənsurov, Ə.Quliyev, R.Quliyev, əməkdar artistlər Ə.Dadaşov, M.Muradov, F.Ələkbərov, kamançaçalanlardan xalq artisti H.Əliyev, əməkdar artistlər H.Mirzəliyev, T.Bakıxanov, Ş.Eyvazova, F.Dadaşov, nağaraçalan əməkdar artist Ç.Mehdiyev, qarmonçalanlardan Abutalıb (A.Yusifov), Kor Əhəd, Kərbəlayi Lətif, T.Dəmirov, A.İsrafilov, sazçalan Ə.Nəsibov və b.-nın xidməti xüsusi qeyd olunmalıdır.

Tofiq Quliyev
Azərbaycan estrada və caz musiqisi də uğurla inkişaf edir. T.Quliyev, R.Hacıyev 1941-ci ildə yaranmış Azərbaycan Dövlət caz Orkestri (bədii rəhbəri Niyazi, musiqi rəhbəri T.Quliyev) üçün əsərlər bəstələyirdilər. P.Rüstəmbəyov (saksafon), A.Bünyadzadə, D.Bağırbəyova və b. orkestrin ilk ifaçıları olmuşlar. 1956-cı ildə Azərbaycan Dövlət Estrada Orkestri (bədii rəhbəri R.Hacıyev), 1957-ci ildə "Biz Bakıdanıq" estrada ansamblı, 1960-cı ildə Azərbaycan Televiziya və Radiosunun Estrada Orkestri (bədii rəhbəri və dirijoru T.Əhmədov), 60-cı illərdə "Qaya" kvarteti (sonralar vokal-instrumental ansamlı, bədii rəhbəri əməkdar artisti T.Mirzəyev), 1966-cı ildə Azərbaycan Dövlət Mahnı Teatrı (bədii rəhbər və solist R.Behbudov), 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri (solisti və bədii rəhbəri M.Maqomayev) yaranmış və Azərbaycan estrada sənətinin inkişafında mühüm rol oynamışlar. Müharibədən sonrakı illərdə estrada sənətinin bədii səviyyəsinin yüksəlməsinə opera müğənnilərinin (R.Atakişiyev, L.İmanov) təsiri olmuşdur. R.Behbudov və M.Maqomayevin yaradıcılığı estrada sənətini zənginləşdirmişdir.
Xalq artistləri Ş.Ələkbərova, G.Məmmədov, M.Babayev, F.Kərimova, E.Rəhimova, Y.Rzazadə, O.Ağayev, İ.Quliyeva, əməkdar artist A.Qəniyev, eləcə də H.Hadıyev, A.İslamzadə və b. estrada mahnılarının təbliğində fəal xidmət göstərmişlər.

Vagif Mustafazadə
Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi "Sevil" və "Muğam" ansambllarının rəhbəri olmuş, 8-ci Beynəlxalq caz müsabiqəsində (Monte-Karlo, 1978) 1-ci mükafata layiq görülmüşdür. R.Babayev, V.Sadıqov, A.Hüseynov, C.Zeynallı, Ə.Mustafazadə və başqa caz ifaçıları da tanınmışlar. Ölkənin hazırkı siyasi durumu, daim müharibə təhlükəsi, Vətəni tərənnüm edən, Vətəni müdafiəyə çağıran Qarabağ müharibəsinə həsr edilən əsərlər bəstəkar yaradıcılığının mühüm hissəsini təşkil edir.

Bunların sırasında V.Adıgözəlovun "Qarabağ şikəstəsi" və "Qəm karvanı" (1999) oratoriyaları, T.Bakıxanovun "Qarabağ harayı" (2001) simfoniyası, A.Əlizadənin "Ana torpaq" (1993) odası, N.Məmmədovun Xocalı hadisələrinə həsr edilmiş 7-ci simfoniyası (1998), R.Mustafayevin "Haqq səninlədir, Azərbaycan" (1992) kantatası, H.Xanməmmədovun "Əlimdə sazım ağlar" xalq çalğı alətləri üçün poeması (1991,Qarabağ şəhidlərinə həsr), S.İbrahimovanın "Vətən şəhidləri" (1990) kantatası, tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) və b. xüsusi yer tutur.

2002-ci ildə A.Əlizadənin A.Dümanın əsəri əsasında "Qafqaza səyahət" baletinin ilk tamaşası oldu. Bu illərdə T.Bakıxanovun "Xeyir və şər" (1990) birpərdəli baleti (1990), H.Məmmədovun "Şeyx Sənan", O.Zülfüqarovun "Əlibaba və 40 quldur" (1990) baleti yazılmışdır.

Müstəqillik dövründə Azərbaycan bəstəkarlarının xaricdə müxtəlif musiqi festivallarında, beynəlxalq müsabiqələrdə, dünyanın mötəbər mədəniyyət, musiqi layihələrində iştirak etmək, Azərbaycan müsiqisini dünyada təmsil edib, onu bir daha tanıtdırmaq imkanları genişlənir.

A.Məlikovun, V.Adıgözəlovun, X.Mirzəzadənin, A.Əlizadənin, T.Bakıxanovun, F.Qarayevin, İ.Hacıbəyovun, F.Əlizadənin, C.Quliyevin, E.Dadaşovanın, R.Həsənovanın, Q.Məmmədovun, F.Hüseynovun, əsərləri Türkiyədə, Norvecdə, Hollandiyada, Kiprdə, ABŞ-da, İsveçrədə, Almaniyada, Tailandda və b. ölkələrdə səslənmiş, nüfuzlu müsabiqələrin qalibləri olmuşlar. Türkiyədə A.Məlikovun (7 saylı simfoniyası), V.Adıgözəlovun ("Çanaqqala" oratoriyası), Kiprdə T.Bakıxanovun ("Güzey Kipr fəsilləri", "Güzey Kipr süitası") və başqalarının əsərlərinin premyeraları keçirilmişdir. Hollandiyada F.Qarayevin ("Xütbə, Muğam, Surə", "Babil qiyaməti" 2000), F.Əlizadənin ("İlğım"), R.Həsənovanın ("Səma") əsərləri ifa edilmişdir. "İpək yolu" layihəsində F.Əlizadə ("Dərviş"), və C.Quliyevin ("Karvan") iştirakı uğurla nəticələnmişdir. F.Hüseynov YUNESKO və Yaponiyanın keçirdiyi müsabiqənin ("Zamana səyahət" simfonik orkestri üçün Konsert) qalibi olmuş, BMT-nin mükafatına ("Qoy dünyada sülh olsun" oratoriyası) layiq görülmüşdür.

1999-cu ildə mahir muğam ifaçısı A.Qasımov muğam sənətinin inkişafı və təkmilləşdirilməsi yolunda nailiyyətlərinə görə YUNESKO-nun qızıl medalı ilə təltif edilmişdir. Fransada keçirilən Beynəlxalq festivalda Azərbaycan Dövlət Simfonik orkestrinin (bədii rəhbər və dirijor, xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa edilmişdir. Almaniyada "Ekspo - 2000" Beynəlxalq sərgisində Azərbaycan Dövlət Kamera orkestrinin, Dövlət Mahnı Teatrının, Dövlət Rəqs Ansamblının və bir qrup incəsənət xadimlərinin parlaq çıxışı da bu çağın musiqi həyatının diqqət mərkəzində olmuşdur.

2003-cü ildə V.Adıgözəlovun Azərbaycan şairəsi Natəvana həsr edilmiş "Xan qızı Natəvan" (2003, dekabr) operasının premyerası oldu. Görkəmli bəstəkarımızın bu əsəri milli operanın inkişaf tarixində layiqli yerini tutdu.
Zəngin Azərbaycan musiqisi bu gün özünün yeni dövrünü yaşayır. Biz ondan yeni böyük qələbələr, gözəl əsərlər və parlaq istedadlar gözləyirik.

Azərbaycanda cizgi filmlərinin yaranmasının qısa tarixi
Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə "Azərbaycanfilm" studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Onlar həmin il "Lökbatan" və "Neft simfoniyası" (rej. B.Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə etmişdilər. "Cat" təlimat filmində isə (rəs. Basov) animasiyadan bütünlüklə istifadə olunmuşdur. Film ümumittifaq ekranlarında 1938-ci ilə qədər nümayiş etdirilmişdir.

Məhz bu film ekranlara buraxılandan sonra kinostudiyada bir qrup təşəbbüskar ilk dəfə cizgi filmi yaratmağı qərara aldı. Film üçün mövzu Azərbaycan xalq nağıllarından götürüldü. Ssenarini A.Papov yazdı. "Abbasın bədbəxtliyi" adlanan bu ssenariyə gənc rejissor E.Dikaryov quruluş verdi. Rəsmləri rəssamlardan Q.Xalıqov, C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru Q.Yegiazarov idi.

Bundan başqa Böyük Vətən müharibəsi başlamamışdan bir qədər əvvəl studiyada ikinci cizgi filminin çəkilişlərinə hazırlıq görülmüşdür. Filmin adı belə idi: "Sindbad dəniz səyyahıdır". Bu, səsli film olmalı idi. Lakin təəssüf ki, müharibənin başlanması ilə əlaqədar işlər yarımçıq qaldı.

Qeyd etmək lazımdır ki, bundan sonra da kinostudiyada yüzlərlə elmi-kütləvi və sənədli filmlərin çəkilişində cizgi rəsmlərindən istifadə edilmişdir. Bu filmlərin yaradılmasında rəssamlardan C.Zeynalov, M.Rəfiyev, A.Axundov, N.Məmmədov, B.Əliyev, quraşdırma çəkilişləri operatoru A.Milov iştirak etmişlər.

60-cı illərin sonlarında kinostudiyada cizgi filmlərinin çəkilişi üçün şərait yaradıldı. Multfilmlərin çəkilişi üçün 20 nəfərdən ibarət rəssamlar qrupu yaradılmışdır. Multfilm sənətinin sirrlərini öyrənmək üçün studiyada xüsusi kurslar açılmışdır.

1968-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olunandan sonra direktor Ə.İsgəndərov sexin istifadəyə verilməsinə və cizgi filmləri üzrə kadrların hazırlanmasına, eyni zamanda cizgi filmlərinin istehsalı prosesinə diqqət yetirirdi.

Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan" adlı xalq nağılının motivləri əsasında eyni adlı cizgi filmin istehsalı başa çatdırıldı. "Cırtdan" kinostudiyanın cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci film oldu. Film 1969-cu ildə ekranlara buraxıldı və uzun müddət kinoteatrlarımızın ekranlarından düşmədi. Beləliklə, "Cırtdan"ın istehsalı ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.

70-ci illərdə kinostudiyanın cizgi filmləri şöbəsində 20-dən artıq cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi "Ayı və siçan" (rej. N.Məmmədov) və "Şir və öküz" (rej. A.Axundov) mikrofilmlərdir. İkinci film o vaxt "Kaleydoskop-71" Ümumittifaq kinoalmanaxına daxil edilmişdir. Üçüncü - "Fitnə" (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan şairi N.Gəncəvinin eyniadlı nağıl-novellasının motivləri əsasında çəkilmiş, təsvirin işlənməsi (rəssam E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur.

"Pıspısa xanım və Siçan bəy" (1974) və "Cücələrim" (1980) cizgi filmlərində (rej. A.Axundov) orijinal plastik həllin axtarışları aydın nəzərə çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş "Tülkü həccə gedir" (rej. N.Məmədov, B. Əliyev) cizgi filmi istər üslub, istərsə də sənətkarlığa görə ən maraqlı işlərdəndir. "Çaqqal oğlu çaqqal" kukla filmi (1972, rej. M.Rəfiyev) ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir.

Filmlərin yaradılması üzərində rəssam - multiplikatorların böyük qrupu işləmişdir. A.Axundov, N.Məmmədov və M.Rəfiyevdən başqa M.Pənahi, B.Əliyev, H.Əkbərov, F.Quliyeva, Ə.Məmmədov da kinostudiyada cizgi filmləri yaratmışlar.

"Bulud niyə ağlayır" (1973, rej. M.Pənahi) filminin mövzusu milli folklorumuzdan götürülmüşdür. Təsvirin həlli klassik şərq miniatürünə əsaslanır. 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında animasiya filminə I mükafat verilmişdir.

"Cırtdanın yeni sərgüzəşti" filmi (1973, rej. N.Məmmədov və B.Əliyev) kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik üzvi şəkildə bir-birinə bağlanmışdır. "Şahzadə - qara qızıl" film-nağılı (1974, rej. N.Məmmədov və B.Əliyev) poetik formada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından söhbət açır.

"Günlərin bir günündə" (1975), "Dınqıl sazım, dınqıl" (1976), "Pəncə...Qulaq...Palaz...Tikan" (1976) cizgi filmlərində (rej. M.Pənahi) ibrətamiz məsələlərə toxunulur.

"Şah və xidmətçi" filminin də (1976, rej. N.Məmmədov) əsasını N.Gəncəvinin əsərinin motivləri təşkil edir. Burada Azərbaycan oxucusuna çox yaxşı məlum olan sədaqətli nökər və amansız, qəddar şahın əhvalatı ekranda canlandırılmışdır.

Qarışıq texnikada işlənilmiş "Arzunu yarat" filmində (1977, rej. F.Qurbanova) eksperiment aparılmış, burada aktyor və animasiyadan istifadə edilmişdir. Bunu film-klip də adlandırmaq olar.

Bu illərdə müstəqil olaraq iki film - "Daş" və "Kirpi balası və alma" cizgi filmləri (1977, rej. H.Əkbərov) yaradılmışdır. Böyüklər üçün nəzərdə tutulmuş birinci film dünya xalqlarını müharibələrin qadağan edilməsi, yer üzündə sülhün bərqərar olması uğrunda həmrəyliyə çağırır. İkinci film bizi canlı təbiəti qorumağa səsləyir.

"Toplan və kölgəsi" (1977), "Sonrakı peşmançılıq" (1978) və "Sehrlənmiş küpə" (1979) cizgi və applikasiya filmlərində də (rej. N.Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən, əməksevərlikdən, böyüklərə hörmətdən və digər insani keyfiyyətlərdən danışılır.

"Qız qalası əfsanəsi" cizgi filmi (1978) adından göründüyü kimi Azərbaycan xalq əfsanəsinin motivləri əsasında yaradılmışdır.

80-ci illərdə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sən belə cumbulusan", "Sehrli ləçək ", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu", "Sakit Yonun macəraları", "Ana ağaca qonub" və s. cizgi, "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Uşaq və külək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" applikasiya üsulu ilə çəkilmişdir.

80-ci illərin əvvəllərində çəkilmiş "Cücələrim" adlı cizgi filmi (rej. A.Axundov) tez bir zamanda populyar olmuşdur.

N.Gəncəvinin "Xeyir və Şər" əsərinin motivləri əsasında çəkilmiş eyniadlı applikasiya filmi (rej. N.Məmmədov) böyüklər üçün nəzərdə tutulmuşdur. Kinolentdə susuz səhrada Xeyirin ürək genişliyi ilə xeyir iş görməsindən və buna cavab olaraq Şərin göstərdiyi bədxah əməllərdən danışılır. "Akvarium" applikasiya filmi (rəssam-rejissor F.Qurbanova) poetik filmdir. Burada quraşdırma çəkilişlərindən istifadə edilmişdir. Applikasiya personajları ilə yanaşı filmdə canlı oğlan da fəaliyyət göstərir.

1984-cü ildə Murmansk şəhərində (Rusiya) təbiətin mühafizəsi və onun ehtiyatlarından səmərəli istifadə edilməsi haqqında sənədli və elmi-kütləvi filmlərin II Ümumrusiya müsabiqəsində cizgi filminə münsiflər heyətinin diplomu və RSFSR Dövlət Kinematoqrafiya Komitəsinin Fəxri fərmanı verilmişdir.

Kinostudiyada yarıqabarıq kukladan ilk dəfə "Münəccimin şagirdi" filmində (rej. A.Məhərrəmov) istifadə olunmuşdur. Xalq nağılları əsasında yaradılmış bu filmdə asan yolla varlanmaq istəyən, acgözlük nəticəsində gülünc vəziyyətlərə düşən bir yeniyetmədən danışılır.

"Bir axşam..." (rej. və rəssam F.Qurbanova) filmi - cizgi, qarışıq, ekler filmidir. Özünəməxsus üslub həlli, müvəffəqiyyətli musiqi sərxoşluq və alkoqolizm əleyhinə olan bu filmin ictimai pafosunu bir az da qüvvətləndirir. Burada aktyor oyunu və rəsmlərlə qurulmuş səhnələr vardır. Filmdəki hadisələr adi bir otaqda, səkkiz yaşlı qız uşağının gözləri önündə baş verir. 1986-cı ildə Alma-Atada XIX Ümumittifaq kinofestivalında film aktual mövzunun orijinal həllinə görə münsiflər heyətinin xüsusi prizini almışdır. Adlarını çəkdiyimiz kinolentlərdən başqa 80-ci illərdə daha bir neçə cizgi filmi, o cümlədən "Yaz oyunları", "Nar ağacının nağılı", "Qaravəlli", "Gəldi kosa", "Xrizantema yarpağı", "Çətin məsələ", "Arzular...arzular...", "Lovğa fil balası", "Talada ev" və s. yaradılmışdır.


Bütün bunlarla bərabər ümumilikdə götürdükdə Azərbaycan cizgi filmlərinin bədii keyfiyyəti heç də eyni səviyyədə deyildi. Bunun bir neçə səbəbi var idi: birincisi kadrların hazırlığı, peşəkarlığı, ikincisi isə texniki avadanlığın, xüsusilə boyaların kasadlığı ilə əlaqədardır.

80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün səhələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm"in yeni iş üsuluna keçməsi ilə əlaqədar yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirilib, "Azanfilm" Yaradıcılıq-İstehsalat Birliyi oldu. "Azanfilm" - Azərbaycan animasiya filmləri deməkdir. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılmışdır.

90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkilmişdir. Bunların arasında "Bir dəfə haradasa..." (rej. V.Talıbov), "İthaf" (rej. Ş. Nəcəfzadə), "Oda" (rej. V.Talıbov, R.İsmayılov), "Sərkəyin dastanı" (rej. A.Məhərrəmov), "Göyçək Fatma", "Karvan" (rej. N.Məmmədov), "Güzgü", "Dəniz gəzintisi", "Ümid" (hamısı rej. E.Axundov), "Söhbətül-əsmar " (rej. E.Hami), "Şüəla" (T.Piriyev) maraqlı və baxımlı ekran əsərləridir.

"Bir dəfə haradasa..." cizgi filmi bizim günlərdə baş verən hadisələr haqqında siyasi satiradır. 1993-cü ildə Bakıda Azərbaycan filmlərinin II festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor V.Talıbova priz və diplom verilmişdir.

"İthaf" applikasiya filmi Stalin repressiyasının qurbanlarına həsr edilmişdir. 1991-ci ildə Oberhauzen Beynəlxalq kinofestivalında animasiya filmi diplomla təltif olunmuşdur. 1991-ci ildə Kiyevdə "KROK-91" Beynəlxalq animasiya filmləri federasiyasının (ASİFA) festivalında ən uğurlu debüt üçün mükafata layiq görülmüşdür. 1991-ci ildə Bakıda "Şərqdən baxış" Beynəlxalq kinofestivalında ən yaxşı animasiya filminə görə mükafat almışdır.

"Oda" cizgi filmində dahi bəstəkar Bethovenin 9-cu simfoniyasından sevinc odası səslənir. Kinolent həyatın mənası, yaradıcılıq haqqında fəlsəfi düşüncələrdir.

S.S.Axundovun "Qorxulu nağıllar"ının motivləri əsasında çəkilmiş "Ümid" cizgi filmi "Bizim naməlum kino-2" festivalında rejissora pul mükafatı və priz qazandırmışdır.

"Söhbətül-əsmar" applikasiya filmi dahi Azərbaycan şairi M.Füzulinin anadan olmasının 500-illik yubileyinə həsr olunmuşdur. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsində ən yaxşı cizgi filminə görə rejissor diplom və prizlə təltif olunmuşdur.

Bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmiş "Karvan" cizgi filmi üç novelladan ibarətdir: birincisi qədim insan məskəni Qobustandan söhbət açır. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 20 Yanvar və Xocalı faciələri barədə danışır.

Opera haqqında
Opera - (italyanca - inşa, iş, əmək, məşğuliyyət deməkdir) -teatr sənətinin ən mürəkkəb növlərindən biridir.
Operanın vətəni İtaliyadır. O, misteriyaların-dini tamaşaların bir hissəsi kimi yaranıb. Belə ki, misteriyaların musiqili hissəsi opera adlanırdı. İlk dəfə Beverinin "Müqəddəs Pavelin qayıdışı" (1480) dini komediyasında musiqiyə-operaya əhəmiyyətli yer ayrılıb, tamaşa boyu hadisələr əvvəldən sona qədər musiqi ilə müşayiət olunurdu.
XVI əsrin ortalarında musiqili tamaşalara birsəsli ifalar (monodiya) daxil etmək cəhdləri operanın sürətli inkişafına təkan verdi. Adı çəkilən cəhdlərin müəllifləri öz musiqili-dramatik əsərlərini drama in musica və ya drama per musica adlandırırdılar: "opera" adından XVII əsrin ortalarından istifadə olunmağa başlanılıb. Hərçənd sonralar bəzi opera bəstəkarları (Rixard Vaqner) "musiqili dram" adına qayıtdılar.

Kütləvi tamaşaçı üçün ilk opera teatrı 1637-ci ildə Venesiyada açılıb. Buna qədər opera yalnız saray əyləncəsi hesab olunurdu. Cakopo Perinin 1597-ci ildə yazdığı "Dəfnə" əsəri ilk böyük opera sayılır. İtaliyadan sonra opera janrı digər Avropa ölkələrinə də yayılmağa başlayıb. Almaniyada Henrix Şyüts ("Dəfnə" 1627), Fransada Kamber ("La pastorale" 1647), İngiltərədə Pyörsell opera sənətinin pionerləri sayılırlar.
Operada teatral dramaturgiya orkestr musiqisi və vokalla vəhdət təşkil edir. İncəsənətin bu növü müxtəlif bədii vasitələri özündə birləşdirir: solo və xor ifalar, fərqli ansambllar, simfonik orkestr, təsviri sənətin elementləri (kostyumlar, dekorasiyalar və sair), balet.
Tərkibində balet səhnələrinin də vacib yer tutduğu operalar opera-balet adlanır. Operanın bu növü XVII-XVIII əsrlərdə Fransada geniş yayılmış (Ramonun "Zərif Hindistan" əsəri) və sonrakı dövrlərdə də bəzən rast gəlinir (məsələn, Rimski-Korsakovun "Mlada" əsəri).
Operanın heyətinə - solist, xor, orkestr, hərbi orkestr və orqan daxildir. Operada səslər əsasən iki yerə- kişi və qadın səslərinə bölünür. Öz növbəsində onların da növləri var. Soprano, metso-soprano, kontralto - qadın səslərinin, kontrtenor, tenor, bariton və bas isə kişi səslərinin növləridir.
Opera- aktlar, şəkillər, səhnələr və çıxışlardan ibarətdir. Aktlar proloqla başlayıb, epiloqla bitir.
Reçitativ, ariozo, mahnılar, ariyalar, duetlər, trio, kvartetlər, ansambllar opera əsərinin hissələri, üvertüra, introduksiya, antraktlar, patomima, melodrama, yürüşlər, balet musiqisi isə simfonik formalarıdır.

Azərbaycanda opera
Azərbaycanda opera sənəti keçən əsrin əvvəllərində təşəkkül tapmağa başlayıb.
Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan "Leyli və Məcnun"u ilə qoyulmuşdur.
Teatrın binası isə 1910-cu ildə məşhur inşaatçı-mühəndis Bayev tərəfindən tikilmişdir. 1918-ci il oktyabrın 18-də Azərbaycan Demokratik Respublikası (ADR) hökuməti bu binanı satın alaraq rəsmən dövlət teatrına çevirmək haqqında qərar qəbul etmiş və Dövlət Opera Teatrının yaranma tarixi bu vaxtdan başlayır.
Uzun müddət, yəni Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli operamız, məhz, Ü.Hacıbəyovun əsərləri sayəsində - "Şeyx Sənan" (1909, opera), "Ər-arvad" (1909, operetta), "Rüstəm və Söhrab" (1910, opera), "O olmasın, bu olsun" (1911, operetta), "Fərhad və Şirin" (1911, opera) və s. - yaşayıb və inkişaf edib. Sonrakı illərdə Zülfüqar Hacıbəyov ("Aşıq Qərib" 1916), Müslüm Maqomayev ("Şah İsmayıl" 1919), Əfrasiyab Bədəlbəyli ("Nizami" 1948), Fikrət Əmirov ("Sevil" 1955) və digər görkəmli bəstəkarlarımız da milli opera sənətinə öz töhfələrini vermişlər. Adları çəkilən müəlliflərin, xüsusilə də Ü.Hacıbəyovun əsərləri hazırda da Milli Opera və Balet teatrının repertuarındadır.

Teatr 1959-cu ildən Akademik Teatr statusu almışdır.
Müxtəlif dövrlərdə Opera və Balet Teatrının səhnəsində bir çox dünya şöhrətli sənətkarlar - Fyodr Şalyapin, Leonid Sobinov, Valeri Barsov, İrina Arxipova, Yelena Obraztsova, Mariya Bieşu, Maya Plisetskaya, Vyaçeslav Qordeyev, Zurab Sotkilava, Vladislav Pyavko, Monserrat Kabalye, Anastasiya Voloçkova, Svetlana Zaxarova və b. çıxış etmiş və bu gün də çıxış etməkdədir.

Balet haqqında
Balet Tarixi
Balet - (fransız sözü "balleto"dan götürülüb, mənası - "rəqs edirəm" deməkdir) səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsidir. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir.
Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var. Baletdə əsasən, klassik və xarakterik rəsqlərdən istifadə olunur. Ancaq bu sənət növündə pantomima da mühüm rol oynayır. Aktyorlar qəhrəmanların hisslərini, səhnədə baş verənlərin mahiyyətini pantomimanın köməyilə çatdırırlar. Həmçinin,müasir baletdə gimnastika və akrobatika elementlərindən də geniş istifadə olunur.
Balet İntibah dövründə İtaliyada musiqili tamaşaların - operaların tərkib hissəsi kimi - kiçik rəqs epizodları qismində meydana çıxıb (XVI əsr). Musiqi, söz, rəqs və pantomimanı birləşdirən ilk balet tamaşası "Çirçeya" və ya "Kraliçanın gülməli baleti" italiyalı baletmeystr Baltazarini di Belcoyozo tərəfindən 1581-ci ildə Yekaterina Mediçinin sarayında səhnələşdirilib. O vaxtdan da Fransada saray baleti janrı inkişaf etməyə başlayıb. (maskaradlar, pastorallar, rəqs divertismentləri və intermediyaları). XIV Lüdovikin zamanında saray baletinin tamaşaları son dərəcə möhtəşəm səviyyəyə çatmış, tamaşalara əfsanəvi xarakter verən səhnə effektlərindən istifadə olunurdu.
XVII əsrin ikinci yarısında komediya-balet, opera-balet kimi teatral janrlar yaranır ki, onlarda baletə daha çox yer ayrılır və onun dramatikləşdirilməsinə cəhd olunur.
Balet, yalnız XVIII əsrin ikinci yarısında Fransız baletmeysteri J.J.Noverin həyata keçirdiyi islahatlar sayəsində səhnə sənətinin müstəqil növünə çevrilir. Fransız maarifçilərinin estetikasından ilhamlanan Nover, məzmunu bədii plastik obrazlar vasiləsilə açılan tamaşalar yaradaraq, musiqini "rəqqasın hərəkətlərini yönləndirən proqram" adlandırır.
Baletin sonrakı inkişaf və çiçəklənmə dövrü romantizm dövrünə təsadüf edir. XVIII əsrin 30-cu illərində fransız balerinası Kamarqo yubkasını qısaldaraq dikdaban ayaqqabılardan imtina edir və rəqsə öz yeniliklərini gətirir. XVIII əsrin sonlarında balet kostyumu daha da yüngülləşir ki, bu da rəqs texnikasının inkişafına xeyli yardım edir. Rəqslərini daha havalı etməyə çalışan rəqqassələr barmaqlarının ucuna qalxmağa çalışırlar. Nəticədə puant ixtira olunur. İlk dəfə rəqsdə puantdan ifadə vasitəsi kimi rəqqasə Mariya Talyoni istifadə edib. Baletin müxtəlif növləri var: klassik, çoxaktlı təhkiyə baleti, drambalet, süjetsiz balet - balet -simfoniya, əhval-ruhiyyə baleti - miniatür. Janrına görə balet komik, folklor və qəhrəmanlıq baletlərinə bölünür. XX əsr isə baletə yeni formalar - cazz-balet və modern baleti gətirib.

Azərbaycanda balet
Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən - Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, əslində onun rüşeymləri 20-ci illərin əvvəllərində qoyulub. Belə ki, 1923-cü ildə Bakıda özəl balet studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə öyrənib. 
1939-cu ildə ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli "Tərlan" baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün "Qız qalası" baletini yazmışdır.
Sonralar teatrın repertuarı "Gülşən" (1950, S. Hacıbəyov) "Yeddi gözəl" (1952, Q.Qarayev), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov),Qaraca qız"(1965,E.Abbasov), "Min bir gecə" (1979, Fikrət Əmirov), "Babək" (1986, Aqşin Əlizadə), "Ağ və qara" (2000, Xəyyam Mirzəzadə), "Eşq və ölüm" (2005, P. Bülbüloğlu) və s. əsərlərlə zənginləşmişdi.