Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub12 avqust – Beynəlxalq Gənclər Günü Bərdə Regional Mədəniyyət İdarəsi tərəfindən geniş silsilə tədbirlərlə qeyd olunub. Sözü gedən tədbirlərdən biri də Bərdə rayon Tarix-Diyarşünaslıq muzeyində baş tutub. Rayonun fəal gəncləri, Bərdə Asan Xidmət mərkəzinin gənc üzvlərinin də iştirakı ilə baş tutan tədbirdə öncə gənclər Bərdə rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin qarşısında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Tədbirin rəsmi hissəsində çıxış edən rayon Tarix-Diyarşünaslıq muzeyinin direktor əvəzi Mehriban Əliyeva əlamətdar günün tarixindən məlumat verərək Azərbaycanda gənclərin dövlət tərəfindən ən yüksək diqqət və qayğı ilə əhatə olunmasıda ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən söz açıb.  Məhz 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin I Forumu keçirilib. 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan olunub. Hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu və bu uğurlu siyasətin ölkə prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Çıxış edən regional idarənin məsləhətçisi Əhliyyət Əliyev isə ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən bəhs edərək qeyd edib ki, Ümummilli Liderin gənclərə diqqət və qayğısı nəticəsində Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradılıb, 2 fevral tarixi Gənclər Günü kimi təsis edilib. Bu gün ulu öndər Heydər Əliyevin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əhliyyət Əliyev onu da qeyd edib ki, ölkədə gənclərə qayğı gündən-günə artır. Onlara etimad göstərilməyə, məsul vəzifələrdə çalışamalarına şərait və imkan yaradılır. Gənclərin ixtisaslarının artırılmasına, çalışdıqları sahələr üzrə daha da  təkmilləşmələri, inkişaf etmiş demokratik ölkələrin təcrübələrinə yiyələnmələri üçün qayğı göstərilir. Çıxışlardan sonra tədbir bir-birindən maraqlı səhnəcik və musiqi nömrələrinin ifası ilə yekunlaşıb. ..
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri olduMədəniyyət Nazirliyinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş layihəsi - “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı sona yaxınlaşmaqdadır. “100 illik tariximiz” devizi altında təşkil olunan festivala növbə ilə nazirliyin regional idarələri ev sahibliyi edir. Eyni zamanda, festivalın tədbirlərində nazirliyin 15 regional idarəsinin hər biri öz guşə-çadırı ilə təmsil olunur. Layihənin əsas məqsədi xalqımızın mədəni irsinin təbliği, regionların mədəni potensialının nümayiş etdirilməsi, bölgələrarası mübadilənin gücləndirilməsidir. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı avqustun 4-də Sumqayıt şəhəri  oldu. Şəhər sakinlərinin və qonaqların böyük coşqu ilə qarşıladığı festival maraqlı anlarla yadda qaldı. Sumqayıt şəhərində dənizkənarı bulvar ərazisində keçirilən tədbirdə yerli sakinlər, mədəniyyət işçiləri, respublikamızın bölgələrindən gələn qonaqlar əsl mədəniyyət bayramının şahidi oldular. Bulvar ərazisində regional mədəniyyət idarələrinin festival çadırları qurulub, şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin satış-sərgisi keçirildi. Qonaqlar əvvəlcə 15 regional mədəniyyət idarəsinin təşkil etdiyi sərgi ilə tanış oldular. Bölgələrimizin mədəni zənginliyi, incəsənət nümunələri festivala gələnlər tərəfindən böyük maraqla qarşılandı. Regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qaldı. Folklor qruplarının, bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər şəhər sakinlərində və qonaqlarda xoş ovqat yaratdı. Mərasimdə iştirak edənlər bölgələrin mədəni irsinin təbliği baxımından belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirdilər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bildirdi ki, Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı ölkəmizin bütün regionlarını əhatə edən bir mədəniyyət hadisəsinə çevrilib: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş bu festival artıq bir aydan çoxdur ki, davam edir. Festival bu gün də Sumqayıt şəhərinin qonağıdır. Burada ölkəmizin 15 regional mədəniyyət idarəsinə daxil olan rayonlar öz mədəni potensialını nümayiş etdirir. Bu, olduqca vacib mədəniyyət hadisəsidir”. İdarə rəisi festivalın təşkil olunmasından danışaraq vurğuladı ki, bu layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması ilə yanaşı, bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə də təkan verəcək. Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşı Validə Nabatova təşkil olunan sərgidə bölgənin fəal iştirak etdiyini bildirdi: “Mədəniyyət Nazirliyi bölgələrdə mədəniyyətin inkişafı üçün müxtəlif layihələr, tədbirlər keçirir. “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının da bu baxımdan önəmi böyükdür. Bir aydan çoxdur ki, festival keçirilir və biz də bu tədbirin fəal iştirakçısıyıq. Burada regionumuzu əhatə edən rayonlarda hazırlanan müxtəlif sənət nümunələri, sənətkarların əl işləri nümayiş olunur. Tədbirə gələn yerli sakinlər, şəhərin qonaqları da sənətkarlıq nümunələri, əl işləri ilə maraqlanırlar. Nümayiş olunan əl işlərindən alanlar da olur”. Festivala qatılan Sumqayıt şəhər sakinləri də tədbiri maraqla izləyirdilər. Şəhər sakini Akif Hüseynəliyev deyir ki, festivalda ölkəmizin bütün rayonlarının iştirakı, onların nümayiş etdirdikləri sənətkarlıq nümunələri, eyni zamanda, musiqi qruplarının çıxışı onda xoş təəssürat oyadıb. Belə festivalların davamlı olaraq keçirilməsini arzulayan şəhər sakini tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirdi. Qeyd edək ki, iyunun 25-də Masallı şəhərində başlanan festival yekunlaşmaq üzrədir. Festival Lənkəran, Salyan, Sabirabad, Füzuli rayonunun Horadiz şəhəri, Ağdamın Quzanlı qəsəbəsi, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı və Qusarda da keçirilib. ..
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı çərçivəsində təşkil olunan növbəti tədbir Qusar şəhərində yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük sevinclə qarşılanıb. Qusar şəhəri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan festival çərçivəsində bayram tədbirinin keçirildiyi 13-cü bölgədir. İyun ayından start verilən festivala bundan əvvəl Masallı, Lənkəran, Salyan, Sabirabad, Göyçay, Mingəçevir, Göygöl, Naftalan, Oğuz, İsmayıllı, Füzuli rayonunun Horadiz şəhəri və Ağdamın Quzanlı qəsəbəsi ev sahibliyi edib. Avqustun 3-də Qusar şəhərinin mərkəzindəki General Mahmud Əbilov adına meydanda təşkil olunan tədbirin əvvəlində bölgələrimizin mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işlərinin nümayiş etdirildiyi sərgi təqdim olunub. Regional mədəniyyət idarələri tərəfindən qurulan festival çadırları yerli sakinlər və qonaqların marağına səbəb olub. Festivalın açılış mərasimində bildirilib ki, layihənin əsas məqsədi çoxminillik dövlətçilik ənənələrinə malik Azərbaycan xalqının zəngin mədəni irsinin təbliği, bölgələrin mədəni imkanlarının nümayişi, eləcə də respublikamızda regionlararası mübadiləni gücləndirməkdir. Tədbirin əhəmiyyətindən danışan qonaqlar layihənin ilk dəfə ölkəmizin bütün bölgələrini əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmaq imkanı yaratdığını vurğulayıblar. Diqqətə çatdırılıb ki, Mədəniyyət Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə bölgələrimizin mədəni irsinin təbliği istiqamətində mütəmadi layihələr icra olunur. 2010-2014-cü illərdə reallaşdırılan “Xalq yaradıcılığı paytaxtları” proqramı bu qəbildəndir. Regionların mədəni həyatına yeni ilmələr qazandıran proqram çərçivəsində beş il ərzində, ümumilikdə, 15 şəhər və rayon “əfsanələr” (Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ), “folklor” (Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən) və “sənətkarlıq” (Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron) nominasiyaları üzrə “paytaxt” seçilib, ilboyu çoxsaylı tədbirlər keçirilib. 2015-ci ildə “Ədəbiyyat paytaxtı” (Şamaxı) və “Milli mətbəx paytaxtı” (Qax) nominasiyaları üzrə layihələr gerçəkləşib. 2015-2016-cı illərdə Nazirlik tərəfindən reallaşdırılan “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində şəhər və rayonlarımızın mədəni irsi Bakıda nümayiş olunub. Eyni zamanda, ayrı-ayrı regionlar arasında bu qəbildən mədəni mübadilə həyata keçirilib, konsert və sərgilər təşkil edilib. Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev müsahibəsində belə tədbirlərin bölgələrin mədəni irsinin təbliği baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. “Azərbaycanın şimal bölgəsi geniş turizm imkanlarına malikdir. Bu regionun qədim tarixi, zəngin mədəniyyət abidələri, eləcə də füsunkar təbiəti yerli və xarici qonaqları cəlb edir. Bu möhtəşəm yaradıcılıq festivalının yay mövsümündə keçirilməsi ölkəmizə gələn həm xarici qonaqlara, həm də yerli sakinlərə bölgələrin rəngarəng mədəni həyatı ilə əyani şəkildə tanış olmağa imkan yaradacaq”, - deyə N.Ağayev bildirib. Çıxışlardan sonra regional mədəniyyət idarələrinin təqdim etdikləri konsert proqramı da rəngarəngliyi ilə yadda qalıb. Folklor qruplarının, incəsənət və bədii özfəaliyyət kollektivlərinin ifasında təqdim edilən musiqi nömrələri, rəqslər hamıda xoş ovqat yaradıb.   ..
19.07.2018 17:35
Qusarda “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirilmişdirAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə 19 iyul 2018-ci il tarixində Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirmişdir. İclasda Bakı şəhəri və regionlardakı tarix-diyarşünaslıq muzeylərinin nümayəndələri iştirak etmişlər. Tədbirdə yaradılacaq assosiasiyanın strukturu, məqsəd və vəzifələri, fəaliyyət formaları və idarə heyətinin üzvlərinin müəyyən olunması istiqamətində müzakirələr aparılmış, verilən təkliflər Nazirliyə təqdim olunmuşdur. Assosiasiyanın yaradılmasında əsas məqsəd muzey işinin inkişafına geniş yardım funksiyalarını həyata keçirmək üçün mədəni, təhsil və elmi istiqamətin, muzey işi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, muzeylərin sosial təyinatının təmin edilməsi, koordinasiya fəaliyyətinin ictimai tələbatının ödənilməsi, habelə onların ümumi əmlak və qeyri-əmlak mənafelərinin qorunması istiqamətində fəaliyyətin  əlaqələndirilməsidir. Tədbir çərçivəsində Mərkəz tərəfindən hazırlanan muzey işinə aid metodiki vəsaitlərin təqdimatı olmuşdur. Mərkəzin Muzey işi sektorunun müdiri Pakizə Almazova “Muzeylərdə marketinq işinin təşkili”, metodist Sevinc Qasımova “Muzey işində informasiya texnologiyaları: virtual eksponatlar, internet kataloqlar”, İnnovativ layihələr sektorunun müdiri Aygün Balabəyova “Məhdud fiziki imkanlı şəxslərin sosial mədəni həyata adaptasiyasında muzey və muzey tipli müəssisələrin rolu” adlı metodiki tövsiyələri təqdim etmişlər. ..
17.07.2018 15:41
Sumqayıtda açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edilibSumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə yay mövsümü ilə əlaqədar olaraq Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi açıq səma altında uşaqlar üçün əyləncə saatı təşkil edib. Uşaqların mütaliəyə marağının artırılması və asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirdə oxucular və şəhər sakinləri kitabxana fonduna daxil olan ədəbiyyatlardan ibarət səyyar sərgi ilə yaxından tanış olublar.  Tədbir boyu uşaqlar yaşıllığın qoynunda əyləşərək kitab oxuyub, şeir söyləyib, şahmat, domino və digər əyləncəli oyunlar oynayıblar.   ..
17.07.2018 14:16
Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə bu gün start verildiAzərbaycan Respublikası mədəniyyət nazirinin səyyar yay seminar-treninqlərinin keçirilməsi haqqında müvafiq əmrinin icrası ilə bağlı Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə Ağstafa regional mərkəzində abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninqə start verildi. Qeyd edək ki, 17-21 iyul 2018-ci il tarixində Ağstafa regional mərkəz olmaqla Qazax və Tovuz rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda təşkil edilmiş səyyar seminar-treninqi Mərkəzin direktoru, fəlsəfə doktoru Ramazan Şabanov açmışdır. Açılışda Ağstafa Regional Mədəniyyət  İdarəsinin rəisi Ramiz Quliyev, rəis müavini Gülgün Kərimov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun  arxeoloqu, Tarix elmləri üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov, Mərkəzin səyyar tədrisin təşkili bölməsinin müdiri Turan Məmmədova və həmin bölmənin metodisti Türkan Həsənova da iştirak etmişdir. 40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqdə əhatə olunan rayonlar üzrə 21 nəfər abidə mühafizəçisi iştirak etmişdir. Treninqdə müzakirə olunan mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri, eyni zamanda “Tarix və Mədəniyyət abidələrinin qorunması haqqında” qanun və bu qanundan irəi gələn vəzifələrin yerinə yetirilməsi, Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri  əhatə etmişdir. ..
11.07.2018 18:44
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilibSumqayıt şəhər Heydər Əliyev Mərkəzində baş tutan müşavirə altı ayın yekunlarına həsr olunub. Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov müşavirəni açaraq Mədəniyyət Nazirliyində aparılan struktur dəyişiklikləri, idarənin tabeliyində olan müəssisələrin fəaliyyəti barədə məlumat vermişdir. “Son vaxtlar qazanılan uğurlar bizdə arxayınlıq hissi yaratmamalı, məsuliyyətimizi artırmalıdır” deyən idarə rəisi müəssisələrdə aşkarlanan problemlərlə bağlı müəssisə rəhbərlərinə öz iradlarını bildirmişdir. Qeyd etmişdir ki, region şəbəkəsinə daxil olan musiqi məktəblərinin müəllimlərindən ibarət xor kollektivləri, ansambllar, orkestrlər  yaradılmalı və təqdimatı keçirilməlidir. Eyni zamanda Mehman Şükürov bütün müəssisələr üzrə regional tədbirlərin, yeni layihələrin həyata keçirilməsinin, mətbuat xidməti ilə əlaqələrin genişləndirilməsinin vacibliyini klub müəssisələri və kitabxana rəhbərlərinin nəzərinə çatdırmışdır. Daha sonra idarənin rəis müavini İlham Əhmədov çıxış edərək hesabat dövrü ərzində region üzrə 250 – dən cox tədbirlərin (konsertlər, anım günləri, sərgilər, şair və yazıçılarla görüşlər və s.) keçirildiyini, regional idarənin  müəllimlərdən ibarət xalq çalğı alətləri orkestri, xor kollektivi,  “Buta” qızlar ansamblı, “Zərif” qızlar ansamblı yaradıldığını bildirmişdir. Hesabat dövründə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və ümummilli lider Heydər Əliyevin 95 illik yubileyləri, 8 Mart Beynəlxalq Qadınlar Günü, Novruz bayramı, Silahlı Qüvvələr günü ilə bağlı şəhər və rayonlarımızda, hərbi hissələrdə silsilə tədbirlərin keçirildiyi qeyd edilmişdir. Eyni zamanda Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “100 illik tariximiz” devizi altında “Bölgələrdən bölgələrə” adlı yaradıcılıq festivalında regional idarənin tabe müəssisələrinin  fəal iştirak etdiyi qeyd olunmuşdur. Sonda idarənin baş məsləhətçiləri və mədəniyyət müəssisələrinin rəhbərləri qeyd olunan problemlərin tez bir zamanda aradan qaldırılacağını, irad və təkliflərin nəzərə alınaraq yeni layihələrin hazırlanacağını bildirmişlər. ..
11.07.2018 12:28
Sumqayıt şəhər Bulvarında “Xəzri” xalq və mahnı rəqs ansamblının hesabat konserti keçirilibSumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə şəhər əhalisinin mədəni-asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Sumqayıt şəhər bulvarının konsert meydançasında “Dostluq” mədəniyyət evinin  “Xəzri” xalq və mahnı rəqs ansamblı və uşaq və yeniyetmələrdən ibarət “Şahinlər” rəqs kollektivinin hesabat konserti keçirilib. Konsertdə “Azərbaycan suitası”, “Qaytağı”, “Qazaxı”, “Dənizçilər”, “Bakı haqqında rəqs”, “Şənlik suitası”, “Tango”, “İspan”, “Yallı” və s. rəqslər tamaşaçılar qarşısında nümayiş olunub. Konsertdə həmçinin Vüsalə Məmmədova, Aydan Salahova, Şamo Babayev, Vüqar Ulusoy, Vüqar Təmkinin ifa etdikləri şən və oynaq mahnılar tamaşaçılarda xoş ovqat yaradıb. ..
11.07.2018 12:19
Salyanda yeni “DAMA” art-studiyası yaradıldıBiləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Salyan rayon Mədəniyyət Mərkəzinin “Güzgü” miniatür xalq teatrı və “Hünər” sirk-estrada xalq kollektivinin bazasında yeni “DAMA” art-studiyası yaradılıb. Studiyaya rayon mədəniyyət işçiləri ilə bərabər yerli həvəskar aktyorlar da cəlb olunub. “DAMA” art-studiyası ilkin fəaliyyətinə müasir həyatımızı əhatə edən müxtəlif satirik, düşündürücü səhnəciklər, eləcə də mono və qısa tamaşalarla başlayacaq. Art-studiyanın yaradılmasının əsas məqsədi rayonda və ətraf ərazilərdə mədəniyyət və incəsənət sahəsini daha da təkmilləşdirmək, əhalinin asudə vaxtlarını səmərəli təşkil etmək, həmçinin kreativ, yaradıcı gəncləri bir araya toplamaqdır. Salyan rayon Mədəniyyət Mərkəzində bu münasibətlə keçirilən toplantıda Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov “DAMA” art-studiyasının kollektivinə uğurlar arzulayıb, əlindən gələn köməkliyi əsirgəməyəcəyini vurğulayıb, gənclərə bu yolda dəyərli məsləhətlərini verib. O bildirib ki, Salyanda uzun zaman teatr, səhnə ənənəsi olub. Bu gün həmin ənənə gənclər tərəfindən davam etdirilməlidir. Qeyd edək ki, “DAMA” art-studiyasının ilk səhnə nümayişləri sentyabr ayına nəzərdə tutulub. Art-studiyanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Salyan Dövlət Kukla Teatrı və başqa Dövlət Teatrları ilə iş birliyi olacağı da diqqətə çatdırılıb. ..