Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3140

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib. Yürüşün əsas məqsədi bu tarixi mədəni abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu qorumaq üçün səylərimizin gücləndirilməsinə vurğu etməkdən ibarət olub. Azərbaycan bu kimi abidələrin gələcəkdə həm UNESKO, həm də digər formatlar çərçivəsində Azərbaycanın və dünyəvi mədəni dəyərin nümunəsi kimi təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.

Məlumat üçün bildiririk ki, nazirlik tərəfindən mütəmadi olaraq həm "Avropa İrs Günləri", həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində, xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və digər qoruq ərazilərində təbliğat və təşviqat tədbirləri həyata keçirilir. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunur, mədəni irsimizin qorunmasına həsr olunmuş sərgilər açılır və s. Burada əsas məqsəd abidələrin qorunması, bu məsələdə vətəndaş dövlət həmrəyliyinin gücləndirilməsi, onların tarixi və dəyəri barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Azərbaycan və gürcü xalqlarının tarixi yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir və bu əlaqələr bundan sonra da xalqlarımızın birliyi və tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə yüksək səviyyədə inkişaf edəcəkdir.

XƏBƏRLƏR

05.06.2020 10:52
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
05.06.2020 10:51
Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür
05.06.2020 10:45
Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib
04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib