Nazir Əbülfəs Qarayev Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb
Xəbər verildiyi kimi, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyada səfərdədir. Səfər çərçivəsində nazir Əbülfəs Qarayev Portuqaliyanın Mədəni İrs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.
Görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılmışdır.
Nazir Əbülfəs Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat vermiş, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif etmişdir.
Görüşdən sonra nazir Əbülfəs Qarayev Lissabonun Milli Azulejo Muzeyi ilə tanış olmuş və Azərbaycan muzeylərinin bu muzeylə birgə əməkdaşlıqda maraqlı oldğunu bildirmişdir. Sonda nazir Muzeyin xatirə dəftərinə ürək sözlərini yazmışdır.