Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2316

“Haqq mənəm” tamaşasının premyerası olub

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Tamaşanın nümayişindən əvvəl Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb: “İctimai Birliyin layihəsi “İmadəddin Nəsiminin 650 illiyinə “Haqq mənəm” adlı tamaşa” adlanır. Bu layihəyə uyğun olaraq İrəvan teatrı “Haqq mənəm” tamaşasının premyerasını təqdim edir. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsimi ili” çərçivəsində ölkəmizdə və ölkədən kənarda həyata keçirilən bir-birindən maraqlı tədbirlər sırasında teatrımızın xalqımıza layiqli sənət töhfəsi olacaq”.

Sonra “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva çıxış edərək qeyd edib ki, İrəvan teatrının kollektivi bütün fəaliyyəti dövründə vətənpərvərlik missiyası ilə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanla xidmət edib.

Sonra “Haqq mənəm” tamaşası nümayiş olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Tamaşada Nəsimi obrazını Natiq Həziyev, Əmir Teymur rolunu Əməkdar artist Rəşid Rzayev canlandırıb.

Qeyd edək ki, Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib