Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
855

Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 21-də Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Yardımlı rayonunda, nazir müavini Rafiq Bayramov isə Cəlilabad rayonunda vətəndaşlarla görüşüb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Heydər Əliyev Mərkəzində Yardımlı rayonundan olan vətəndaşları qəbul edib. Görüşdə sakinlər tərəfindən mədəniyyət sahəsində aparılan islahatların davamı olaraq kəndlərdə mədəniyyət mərkəzlərinin tikilməsi, tanınmış şair və yazıçılarla bölgələrdə oxucuların görüşlərinin təşkili, kitabxanalara yeni nəşrlərin verilməsi ilə bağlı müraciət ediblər.

Vətəndaşlar həmçinin Yardımlı Rayon Dövlət Rəsm Qalereyasının fondunun zənginləşdirilməsi, Heydər Əliyev Mərkəzinin ştat strukturunun təkmilləşdirilməsi, Musiqi məktəbinə yeni alətlərin verilməsi, fəxri ad, işlə təmin olunma və digər məsələlərlə bağlı Vaqif Əliyevə müraciətlərini çatdırıblar.

*      *      *

Heydər Əliyev Mərkəzində nazir müavini Rafiq Bayramov Cəlilabad sakinlərini qəbul edib. Qəbulda Göytəpə şəhər yeddiillik Musiqi məktəbi üçün yeni binanın tikilməsi, rayon ərazisində yerləşən və qeydiyyata götürülməmiş tarixi abidələrin dövlət tərəfindən mühafizə olunan tarix mədəniyyət abidələri siyahısına salınması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlər səsləndirilib. 

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin də iştirak etdiyi hər iki görüşdə bütün müraciətlər dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Bəzi müraciətlərin araşdırılması və qanunvericilik çərçivəsində həll olunması məqsədilə müvafiq tapşırıqlar verilib.

XƏBƏRLƏR

02.04.2020 12:08
Akademik Milli Dram Teatrının onlayn tamaşaları davam edir
02.04.2020 12:06
Azərbaycan Xalça Muzeyi “Çini, şüşə, ağac, kağız” kolleksiyasından iki nadir eksponatı təqdim edir
02.04.2020 11:35
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
02.04.2020 11:34
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb
02.04.2020 11:14
Milli Kitabxana oxuculara onlayn rejimdə xidmət edir
01.04.2020 11:16
Respublika Gənclər Kitabxanası da onlayn xidmət göstərməyə başlayıb
31.03.2020 14:39
31 mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı
30.03.2020 20:22
Birləşmiş Millətlər Təşkilatı COVİD-19 pandemiyasının yayılması ilə bağlı Yaradıcı Sənayelərə Açıq Çağırış edib
30.03.2020 14:47
Lənkəran Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
30.03.2020 12:54
Rəqəmsal mühitdə yeni mədəni xidmətlər
30.03.2020 10:15
Bu gün görkəmli aktrisanın 75 yaşı tamam olur
29.03.2020 10:09
Mədəniyyət Nazirliyi yeni layihəyə start verib
28.03.2020 10:06
Mədəniyyət Nazirliyi televiziya kanallarına müraciət edib
27.03.2020 18:21
Rauf Yusuf oğlu Babayev
26.03.2020 17:38
Əməkdar rəssam Rəşid Həsənov (Şerif) vəfat edib
26.03.2020 15:43
Mərkəzi İncəsənət məktəbində “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişlərinə start verildi
26.03.2020 14:04
Milli İncəsənət Muzeyi onlayn iş rejiminə keçib
26.03.2020 14:01
“Yuğ” Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:55
Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb
25.03.2020 13:42
“Bizi birləşdirən mədəniyyət” layihəsinə start verilir
23.03.2020 14:27
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin rəsmi facebook səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayıb