Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1544

Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib

“Novruzu bir sıra ölkələr və xalqlar qeyd etsə də, Azərbaycanda bu bayramın ənənələr boğçası daha zəngin, daha mütəşəkkildir. Xalqımızın bu bayrama olan bağlılığı, rəğbəti keçmişdən günümüzə heç zaman azalmamışdır”.

Bu fikirlər Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə ünvanlanan təbrikində qeyd olunur.

Təbrikdə bildirilir ki, mütərəqqi ideyaların daşıyıcısı olan Novruz bayramının fəlsəfəsindəki birlik və həmrəylik, yaşayıb-yaratmaq ruhu neçə-neçə ölkənin, yüz milyonlarla insanın ona könül verməsi ilə sübut olunur. Min illərdir Novruzun yaşadılması varlığın əsasını təşkil edən 4 ünsürün – od, su, yel (hava) və torpağın bayram günlərində həyata keçirilən ayinlərdə kompleks halında birləşməsidir.

Novruzun ayrı-ayrı ritualları insanları həyata bağlayır, eyni zamanda ana təbiətin dərindən dərk olunmasını özündə edir.

Daha sonra təbrikdə deyilir: “Novruz bayramı həm də çoxmillətli ölkəmizdə yaşayan bütün xalqların mehribanlığını, birliyini nümayiş etdirən, çağımızda da əhəmiyyətini itirməyən ideyalar məcmusudur. Novruz 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilərək bəşəri status qazanmışdır.

Məmnunluqla deyə bilərəm ki, bu bayramın, eləcə də digər mədəni irs nümunələrimizin beynəlxalq aləmdə təbliğində Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Hazırda ölkəmizdə xalq yaradıcılığının, qədim adət-ənənələrin yaşadılması, tədqiqi və təbliği dövlətin diqqət mərkəzindədir. Bu ənənələrin gələcək nəsillərə ötürülməsi məqsədilə müxtəlif layihələr həyata keçirilir”.

Nazir təbrikində bu günlər, ölkəmiz də daxil, bütün dünyanı bürüyən yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı Azərbaycanın mədəniyyət ictimaiyyətinə çağırış da edib: “Hazırda Azərbaycan dövləti bu infeksiyanın qarşısının alınması üçün səfərbər olunmuşdur. Mədəniyyət Nazirliyi olaraq dövlətimizin bu sahədə apardığı mübarizəyə lazımınca dəstək verməliyik.

Ölkəmizin bütün mədəniyyət ictimaiyyəti də Nazirlər Kabineti yanında Operativ Qərargahın virusla mübarizəyə dair hər bir tapşırıq və tövsiyəsinə ciddi şəkildə əməl etməlidir. Məlum səbəbdən bu il Novruzla bağlı ümumxalq şənliyi ləğv olunsa da, ümid edirəm ki, xalqımız bu əziz bayramı növbəti illərdə yenə də böyük ruh yüksəkliyi ilə keçirəcək”.

Təbrikin sonunda nazir Əbülfəs Qarayev Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətinə cansağlığı, xoşbəxtlik, ruzi-bərəkət və firavan həyat arzulayıb.

XƏBƏRLƏR

20.10.2020 16:37
Mədəniyyət Nazirliyinin Xudafərin körpüləri ilə bağlı Bəyanatı
15.10.2020 18:02
Anar Kərimov Ermənistanın Gəncə şəhərinə raket hücumu ilə bağlı UNESCO baş direktoruna müraciət edib
14.10.2020 09:30
Şuşa qalasına həsr olunmuş virtual sərgi açılıb
12.10.2020 09:15
Mədəniyyət obyektlərinin oğurlanması və ya qeyri-qanuni ixracı ilə bağlı beynəlxalq onlayn konfrans keçirilib
09.10.2020 18:14
Mədəniyyət Nazirliyi “Qarabağnamə” layihəsini təqdim edir
09.10.2020 10:27
Mədəniyyət Nazirliyində Özbəkistan səfiri ilə görüş keçirilib
07.10.2020 11:35
Mədəniyyət Nazirliyi tərəfindən beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
05.10.2020 11:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin BƏYANATI
03.10.2020 16:18
“Ordumuz üçün yarat” layihəsinin təqdimatı keçirildi
03.10.2020 12:29
Anar Kərimov Rusiya və Kolumbiyanın ölkəmizdəki səfirləri ilə görüşüb
02.10.2020 15:17
Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri və Britaniya Şurasının təmsilçisi ilə videokonfrans formatında görüşüb 
02.10.2020 09:10
Macarıstan və Yaponiya ilə mədəni əməkdaşlıq müzakirə olunub
01.10.2020 17:16
Uşaq musiqi məktəbinin 13 yaşlı şagirdi düşmən hücumunun qurbanı olub
01.10.2020 14:18
ICESCO Dağlıq Qarabağla bağlı bəyanat yayıb