Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
425

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi üzrə musiqi dərsləri başlanıb

Ölkəmizdə koronovirus infeksiyanın yayılması ilə bağlı tətbiq edilən sosial izolyasiya və  xüsusi karantin rejimində insanların mədəni irs və incəsənətimizə yaxın olması, eləcə də şagirdlərin musiqi tədrisinin ev şəraitində davam etdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət”  kanalı tərəfindən birgə “Bizi birləşdirən mədəniyyət”  layihəsi həyata keçirilir.

Layihə çərçivəsində lentə alınan musiqi dərslərinin ilk efir buraxılışı aprelin 1-də saat 18.30-da yayımlandı.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbindən yayımlanan ilk musiqi dərsi klarnet sinfinin 1-ci sinifləri üçün nəzərdə tutulmuşdu. Dərs məktəbin direktoru, Əməkdar artisti Əziz Qarayusifli (klarnet) tərəfindən təqdim edildi.

3 hissədən ibarət 30 dəqiqəlik musiqi dərsində müəllim əvvəlcə ibtidai siniflər üçün tövsiyə edilən dərsliklər barədə danışaraq bu vəsaitlərindən istifadə haqqında bəhs etdi. Sonra düzgün ifa qaydaları izah edildi, notların düzülüşü və ifa, nəfəs alma variantları ilə bağlı tapşırıqlar verildi. Dərsin üçüncü hissəsi klarnet aləti üçün musiqi pyeslərinə həsr olundu. Bu zaman şagirdlərə nüanslara, templərə diqqət yetirmək tapşırığı verildi.

Qeyd edək ki, “Mədəniyyət” kanalı ilə musiqi dərsləri həftə içi beş gün ayrı-ayrı musiqi alətləri üzrə təqdim olunacaq və müxtəlif siniflərin proqramını əhatə  edəcək.

XƏBƏRLƏR

05.06.2020 10:52
Azərbaycanlı rejissorun filmi Kannda 59-cu “Tənqid həftəsində” yer alıb
05.06.2020 10:51
Unudulmaz şair Mikayıl Müşfiqin anadan olmasından 112 il ötür
05.06.2020 10:45
Kitab irsi və beynəlxalq kitabxana əməkdaşlığına həsr olunan onlayn mətbuat konfransı keçirilib
04.06.2020 15:34
“Günəş” vokal kvarteti festivalda uğur qazanıb
04.06.2020 11:04
“Müəmmalı bir qətlin üç versiyası” tamaşası növbəti dəfə göstəriləcək
03.06.2020 10:40
Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" layihəsinin növbəti mühazirəsi Xalq artisti Əlövsət Sadıqova həsr olunub
03.06.2020 09:25
Mədəni konsaltinq xidmətləri davam edir
03.06.2020 09:24
Gənc Tamaşaçılar Teatrı “İtalyansayağı xoşbəxtlik” tamaşasına baxmağa dəvət edir
01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib