Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
452

Kitabxana Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinə virtual səyahətə dəvət edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı oxucuları virtual səyahətə dəvət edir.

Bu dəfə virtual səyahət Bakının qədim yaşayış məkanlarından olan Buzovna kəndinədir.

Xatırladaq ki, Buzovna kəndi Abşeronun şimal-şərqində yerləşir, əhalisi 31 min 500 nəfərdən (2019) çoxdur. Qeyd etmək lazımdır ki, XIX əsrin ortalarında əhalinin sayına görə yarımadada Maştağadan sonra 2-ci böyük yaşayış məntəqəsi də məhz Buzovna olub. 1758-1759-cu illərdə burada Bakı xanı I Hacı Mirzə Məhəmməd xan (A.A.Bakıxanovun ulu babası) "Xan bağı”nda özünə saray tikdirib.

Əhalinin ənənəvi məşğuliyyəti əkinçilik, o cümlədən tərəvəzçilik, bostançılıq, zəfərançılıq, maldarlıq, qismən də balıqçılıq ilə bağlı idi.

Buzovna özünün qədim tarixi-memarlıq abidələri ilə də zəngindir. Bunlardan qədim qəbiristanlıq "Hun qəbiristanlığı"nı (e.ə.III əsrə), "Qara paltarlı piri"ni (1306-cı il), "Xəlifə Əli və Məhəmməd Mömin türbə"sini (1641-ci il), Seyid Qasım, Şeyx Cavad, Seyid Gülşan pirlərini, Sahibəz-Zaman məscidini (XVII əsr), Məşədi Qərib məscidini (XIX əsr), İmam Həsən məscidini (XIX əsr), məşhur Həzrət Əli qədəmgahını (Əli Ayağı), Mehdiqulubəyin evini (XIX əsr) qeyd etmək olar.

Buzovna kəndi tanınmış şəxsiyyətlər də yetişdirib. Onlardan xalq qəhrəmanı Hacı İsgəndər, Əliağa Vahidin ustadı olmuş Məşədi Azər, şair Haşım bəy Saqib, Sidqi Ruhulla, Nəcibə Məlikova, bəstəkar Aygün Səmədzadə, Xalq artisti, tarzən Firuz Əliyev, Əməkdar artist Mirnazim Əsədullayev, Əməkdar artist Mirzə Ağabəyli və başqalarının adını qeyd etmək olar. Buzovna kəndi Xəzər rayonunun inkişaf etmiş yaşayış məntəqələrindən biridir.

XƏBƏRLƏR

01.06.2020 17:07
Mədəniyyət siyasətinin əhatə təsiri uşaqların tərbiyəsindən başlanır
01.06.2020 15:59
“Mərkəzi Asiyanın mədəni həyatı və sosial-humanitar elmlərin aktual problemləri” adlı videokonfransda Azərbaycan da iştirak edib
01.06.2020 14:43
Uşaqlar üçün müasir aranjemanlarda 30 mahnı təqdim ediləcək
01.06.2020 14:29
“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri elan olunacaq
01.06.2020 11:54
İrəvan Teatrının iyun ayı üçün virtual repertuarı açıqlanıb
31.05.2020 14:30
Uşaqlar üçün bir çox məşhur musiqi əsərlərinin müəllifi - Oqtay Zülfüqarov
31.05.2020 10:03
Milli Kitabxana “Azərbaycan Xalq Cümhuriyyəti” adlı elektron məlumat bazasını təqdim edib
28.05.2020 14:55
"Şərqin ilk demokratik respublikası" mövzusunda videokonfrans keçirilib
28.05.2020 13:40
Gözəl mahnı möhtəşəm ifada
28.05.2020 13:38
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Firəngiz Əlizadə
27.05.2020 16:35
İrəvan Teatrı Respublika Günü münasibətilə videokonfrans keçirib
27.05.2020 13:33
“Unudulmayanlar” layihəsinin onlayn mühazirəsi Hüseynqulu Sarabskiyə həsr edilib
23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib