Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
363

Respublika Gənclər Kitabxanası “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni layihə ilə izləyicilərinin görüşünə gəlir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası onlayn fəaliyyəti ilə izləyiciləri üçün maarifləndirici materiallar çatdırmağa davam edir. Bu məqsədlə “Dünyanın ən qeyri-adi kitabxanaları” adlı yeni virtual səyahət videoçarxının hazırlanmasına start verilib. Respublika Gənclər Kitabxanasının “Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması” şöbəsinin müdiri Səadət Şəfiyeva tərəfindən hazırlanan bu videoçarxlar silsilə xarakteri daşıyır və bu günədək bu layihənin iki buraxılışı izləyicilərə təqdim olunub.

Həmin videoçarxlarda xarici görünüşü ilə fərqlənən dünyanın ən qeyri-adi kitabxanalarından Fransada Lui-Nyusser, İtaliyada Sandro Penna, Çində Liyuan kitabxanaları, Belarusda Minsk Milli Kitabxanası, ABŞ-ın Kaliforniya Universitetinin Qeyzel Kitabxanası, Danimarkanın Kral Kitabxanası, Meksikada A47 adlanan təkərlərdə mobil kitabxana, Qazaxıstanda olan Milli Kitabxana, Nyu-York şəhərinin metro stansiyasında inşa edilən kitabxana, Keniyada “Dəvə kitabxanası”, İsveçdə “Sonsuz kitabxana” və digər qeyri-adi kitabxanalar haqqında ətraflı məlumat verməklə yanaşı, həmin kitabxanaların rəngarəng görüntüləri də virtual səyahət formatında, əyləncəli şəkildə “Instagram” və “Facebook” səhifələrində izləyicilərin diqqətinə təqdim edilib. Onu da qeyd etmək lazımdır ki, hər bir dünya ölkəsinin kitabxanasından danışarkən fonda bu ölkələrin özlərinə xas olan musiqiləri də səsləndirilib.

XƏBƏRLƏR

04.08.2020 16:56
III ANİMAFİLM-in MÜSABİQƏ İŞTİRAKÇILARI BƏLLİ OLDU
04.08.2020 09:39
Arif Məlikovun əsəri ABŞ-da festivalda səslənib
02.08.2020 10:37
Avqustun 2-si Azərbaycan Kinosu Günüdür
30.07.2020 17:15
Mədəniyyət Nazirliyi Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
30.07.2020 14:41
Mədəniyyət Nazirliyi ölkəmizin kino ictimaiyyətini təbrik edib
30.07.2020 12:32
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
30.07.2020 12:31
Respublika Gənclər Kitabxanası yeni aksiyaya start verib
29.07.2020 13:58
“Sevilənlər, sevənlər” rubrikasının növbəti uğurlu görüşü
28.07.2020 16:50
Azərbaycan musiqisi naminə birləşən peşəkarlar
28.07.2020 09:50
Xəzər rayon Mərkəzi Kitabxanası onlayn tədbirlərini davam etdirir
27.07.2020 16:49
Qısa Filmlər Festivalına filmlərin qəbulu başlayıb
27.07.2020 16:45
Azərbaycan yazıçısı “2015-2019-cu illərin ən yaxşı yazıçısı” adına layiq görülüb
27.07.2020 15:46
Gənclər Kitabxanası Antarktida haqqında biblioqrafik icmal hazırlayıb
27.07.2020 10:53
Milli Kitabxana not məcmuələrinin onlayn kitabxanasını oxuculara təqdim edib
27.07.2020 09:49
Mədəniyyət işçiləri üçün açıq təlimlər davam edir
24.07.2020 15:50
Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyası yeni layihəyə start verir
24.07.2020 14:42
Azərbaycan istehsalı olan film Avropanın ən önəmli festivalının əsas müsabiqəsinə seçilib
24.07.2020 10:12
Sumqayıt Dövlət Dram Teatrı 51-ci mövsümünə yekun vurub
23.07.2020 16:43
Bakı şəhərində uşaq musiqi və incəsənət məktəblərinə onlayn sənəd qəbulu yeni portalda
23.07.2020 14:46
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
23.07.2020 12:43
Gənclər Kitabxanası “Ağdam yaddaşımızın tarixi,tariximizin yaddaşı” adlı videoçarx hazırlayıb